İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                 

ETİBAR MƏMMƏDOV ARTIQ BİTMİŞ FİKİRDİR
Tarix: 2-11-2011, 12:40 | Çap et
ETİBAR MƏMMƏDOV ARTIQ BİTMİŞ FİKİRDİR

ONUN HEÇ BİR ZAMAN HAKİMİYYƏTƏ GƏLMƏYƏCƏYİ İLK GÜNDƏN DEYİLİB

DİA.AZ: - Bir zamanlar özünün kiçik boyu ilə ortada çox görükən Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov artıq böyüklərin məşğul olduğu siyasət meydanından qeybə çəkilib. Yalnız adda-budda şəkildə Azərbaycandan kənardakı azərbaycanlıların yaşamına diqqət yönəldən AMİP liderini isə deyəsən, diriltmək qeyri-mümkün olacaq. Bu baxımdan onun siyasi yoxluğuna hətta salavat çevirərək fatihə oxumaq da mümkündür.

Onun yeri əbədi müxalifətdir

Etibar Məmmədov hələ siyasi proseslərə qatılan ərəfədən özünün stabil imicini nümayiş etdirməkdə yetərincə çətinlik çəkdiyini nümayiş etdirib. Məsələn, AXC iqtidarına qarşı müxalifətdə dayanan Etibar Məmmədov bir müddət Heydər Əliyevlə əməkdaşlıq etsə də, sonradan bu alınmadı. Etibar Məmmədov Heydər Əliyev tərəfindən vəzifəyə yox, təkrarən müxalifətə yola salındı.

Xatirinizdədirsə, həmin ərəfədə bu məsələyə münasibət bildirən mərhum eks-prezident Heydər Əliyev qeyd etmişdi ki, Etibar Məmmədov ondan böyük səlahiyyətlər istəyir: “Mənə deyir ki, onu baş nazir təyin edib, habelə müdafiə və daxili işlər nazirliklərini birləşdirib onun tabeçiliyinə verim”. Təbii ki, Heydər Əliyev belə bir iştah sahibi ilə uzun yol gedə bilməyəcəyini yaxşı anladığından elə ilk addımdaca ona öz yerini - əbədi müxalifət statusunu göstərdi. Bununla da Heydər Əliyev bir zamanlar digər mərhum prezident - Əbülfəz Elçibəyin atdığı addımı təkrarlamış oldu. AMİP-ə, daha doğrusu Etibar Məmmədova əbədi müxalifət yerini tanıtdı.

Vəziyyət dəyişir və...

Heydər Əliyevin hakimiyyətinin ilk aylarında özünü bir qədər fəal göstərən Etibar Məmmədov sonradan təkrar olaraq qınına çəkilməli oldu. Və uzun müddət siyasi məkandan silindi. Doğrudur, ara-sıra onun baş verən hadisələrə bəyanat şəklində münasibətləri mətbuat səhifələrinə və partiyasının təsisçisi olduğu “Millət” qəzetinə yol tapsa da, sonradan bunlara da rast gəlinmədi. Və Etibar Məmmədovun siyasi taleyinin ayrılmaz hissəsinə çevrilən bu aqibət onu 1998-ci ilin prezident seçkilərinə qədər daşıdı.

Həmin ərəfədə ölkənin siyasi mühiti çox dəyişmişdi. Artıq Heydər Əliyevin ölkə ictimaiyyəti arasında olan nüfuzu kifayət qədər xərclənmişdi və xalq Heydər Əliyevin beş illik hakimiyyətindən əvvəlcədən vəd şəklində verilən Qarabağ probleminin həllini və sosial durumun yaxşılaşmasını ala bilmədiyindən bütün ölkə miqyasında böyük narazı eloktorat ordusu yaranmışdı. Bir sözlə, nə xalq Heydər idi, nə də heydər xalq.

Yəni əgər müxalifət partiyaları Heydər Əliyevin hakimiyyətinin ilk aylarında əgər hansısa aksiyanın keçirilməsi üçün adam qıtlığı yaşayırdısa, beş illik hakimiyyət dönəminin acı təcrübəsi müxalifətin eloktoratının böyüməsinə və bu eloktoratın ictimai rəyin əhəmiyyətli hissəsini təşkil etməsinə səbəb olmuşdu.

...və meydana köhnələr daxil olur

Bunlara paralel olaraq, artıq ölkənin siyasi mühiti də kifayət qədər ciddi çalxalanmaları yaşamalı olmuşdu. Dünənə qədər Bakıya girişi yasaqlanmış mərhum sabiq dövlət başçısı Əbülfəz Elçibəy artıq Bakıda idi. Bu isə mövcud vəziyyətin xeyli dərəcədə dəyişməsi anlamını daşıyırdı. Hər halda, inandırıcı deyildi ki, nəinki Etibar Məmmədov, ümumiyyətlə kimsə Elçibəyin bütün müxalifət düşərgəsinin vahid lideri olması statusunu əlindən ala bilsin.

Doğrudur, sonradan Elçibəyin bu haqqı haqqı çatmayanlar tərəfindən əngəlləndi, amma bu da əsl reallıqların gizlədilməsinə səbəb ola bilmədi. Bununla yanaşı, Etibar Məmmədovun artıq bir siyasi fiqur olaraq işini çətinləşdirən Rəsul Quliyev və Lalə Şövkət Hacıyeva faktorları da yaranmışdı. Bir zamanlar Heydər Əliyevlə çiyin-çiyinə işləmiş bu simalar da artıq müxalifətin aparıcı fiqurları olaraq meydanda idilər və onlar məhz Elçibəylə bərabər addımlamaq qərarını vermişdilər. Və bu bərabərlik də son nəticədə ortaya 1998-ci ilin ən möhtəşəm olayını - Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkatı (SİDSUH) ortaya çıxardı. Diqqət yetirsəniz, müxalifət düşərgəsi SİDSUH-a qədər və ondan sonrakı dövr ərzində, elə günü bu gün də həmin birlikdən daha möhtəşəməni ortaya qoya bilməmişdi və bunu indi də bacarmır.

Divlərin yanında cırtdanın nə işi?

Belə bir şəraitdə Etibar Məmmədovun özünün müxalifətçi imicini qoruma cəhdləri və ümumiyyətlə, siyasi güc olaraq meydana çıxma istəkləri, təbii ki, daşa dəyəcəkdi. Çünki meydanda artıq siyasətin divləri var idi. Divlərin oyun olduğu məkanda isə Etibar Məmmədov heç vaxt oyunçu ola bilməzdi. Çünki onun oyunçu kimi uğursuz bir sima olması, elə buna qədər dəfələrlə sübuta yetirilmişdi ki, nəticədə bu adam əbədi müxalifətçi statusuna yiyələnmişdi.

Lakin 1998-ci ildə keçirilən prezident seçkilərində gözlənilməz şəkildə SİDSUH tərəfindən verilən boykot qərarı bütün proseslərə öz mənfi təsirini göstərdi. Elə bu təsir nəticəsində Etibar Məmmədovun əvvəlki statusuna qayıtma şansları birə beş artmış oldu. Artıq ortalıqda iddiaçı tərəf kimi SİDSUH adlı bir qurum yox idi, SİDSUH prezident seçkilərini boykot qərarını vermişdi. Bu addım isə nə qədər hakimiyyətin əsas namizədi olan Heydər Əliyevin durumunu yaxşılaşdırırdısa, elə eyni dərəcədə də müxalifətin seçkilərə qatılan əsas namizədi hesab olunan Etibar Məmmədova əlavə nəfəslik rolunu oynadı. Etibar Məmmədov yenidən bir lider kimi meydana atıldı, yenidən bütün Azərbaycan miqyasında Etibar Məmmədovun bir siyasətçi imici çözələndi.

Fürsətcil və şanslı Məmmədov

1998-ci ildə yaranmış müxalif boşluqdan ustalıqla yararlanmağı bacaran Etibar Məmmədov həlledici olmasa belə, hakimiyyəti ciddi şəkildə narahat edə biləcək bir fəaliyyət ortaya qoya bildi. Bu, etiraf olunmalıdır. Etiraf olunmalıdır ki, Əbülfəz Elçibəy, İsa Qəmbər, Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev və İlyas İsmayılov kimi namizədləri özündə cəmləşdirən SİDSUH-un divlər adından verilmiş boykot qərarından sonra yaranmış situasiyadan AMİP lideri ustacasına yararlana bildi. Amma faktdır ki, boykot qərarı vermiş hər bir lider, hətta İlyas İsmayılovun özü belə həmin ərəfədə Etibar Məmmədovdan qat-qat nüfuzlu idi.

Elə bu səbəblərdən də günü bu gün də Etibar Məmmədovun tərəfdarları 1998-ci ildən xüsusi bir “ah”la danışırlar və öz namizədlərinin qələbə qazandığına əmindirlər. Əslində belə bir qələbənin əldə olunmasını inandırıcı edən ciddi arqumentlər yetərincə idi. Çünki həmin ərəfədə Heydər Əliyev gerçəkdən də nüfuz itkisi yaşayırdı, hətta onun əsas dayaqlarından hesab olunan Qərbi Azərbaycan eloktoratı da dövlət başçısından üz döndərmişdi ki, bu da daha kompakt və əlaqəli, az qala təşkilatlanmış şəkildə yaşayan həmin eloktoratın nəhayətdə Heydər Əliyevin əleyhinə, yəni Qərbi Azərbaycandan olan Etibar Məmmədovun lehinə səs verməsinə gətirib çıxarmışdı.

Hədsiz şişirdilən şar tez də partlayar

Etibar Məmmədovun bu fironluğunun ömrü o qədər də uzun çəkmədi. Bir yandan Heydər Əliyevin seçkilərdən sonra öz komandası ilə bağlı ciddi islahatlar aparması və komandasına aid olan Qərbi Azərbaycan kökənli məmurlara məlum regionla işləmələri üçün ciddi tapşırıqlar verməsi get-gedə Etibar Məmmədovun həm siyasi cəhətdən, həm də eloktoral baxımdan dilinin qısalmasına aparan faktorlar idi. Və bu arada Etibar Məmmədova qarşı bir kampaniyanın da startı verildi. Onun qərargahı əlindən alındı.

Qərargahsız qalan AMİP eyni zamanda təşkilatlanma işlərində də axsamağa başladı və bu da tədrici olaraq AMİP-in bir partiya olaraq, Etibar Məmmədovun isə bir lider olaraq diqqət mərkəzindən yığışması ilə müşaiyət olundu. Etibar Məmmədova isə ən böyük zərbə 2000-ci ilin parlament seçkilərində vuruldu. Artıq Heydər Əliyev 1998-ci ildə ona ciddi şəkildə maneçilik törətmiş Etibar Məmmədovu hətta bir deputat kimi görmək istəmədiyini də nümayiş etdirdi.

Bundan sonra isə Etibar Məmmədov amili Azərbaycanın siyasi mühitindən yoxa çıxdı. Doğrudur, bu arada da AMİP bir partiya olaraq mətbuat səhifələrində görükürdü. Lakin bu görükmələr heç də Etibar Məmmədovun bir siyasi fiqur olaraq və yaxud da AMİP-in bir siyasi güc olaraq maraqlı olma səbəbindən irəli gəlmirdi. Səbəbsə başqa idi. Çünki həmin ərəfədə müxalifətin əsas güclərindən olan Xalq Cəbhəsi Partiyası liderini itirdikdən sonra parçalanma dövrünü yaşayırdı. AMİP-sə jurnalistlərə hansı tərəfi AXCP kimi tanıdığı üçün lazım idi. Həmin ərəfədə Etibar Məmmədovu mətbuata daşıyan ən aktual mövzu məhz həmin məsələ idi. Çünki aktiv siyasətdən imtina edən Etibar Məmmədovdan qələm sahiblərinin soruşacağı bir başqa məsələ yox idi. Və bu mövzu ilə, AXCP-nin hazırkı lideri Əli Kərimlinin sayəsində Etibar Məmmədov bir həftəlik, bir aylıq olsa da, gündəmlərdə qaldı, şəkli qəzetlərdə göründü.

Beləcə, AXCP-dən aldığı süni nəfəs hesabına özünü 2003-cü ilin prezident seçkilərinə qədərki ömrünü başa vuran Etibar Məmmədov Əli Kərimliyə etdiyi siyasi yaxşılığın qarşılığı olaraq 2003-cü ilin prezident seçkilərində bir siyasi fiqur obrazını müvəqqəti olsa da, özünə qaytara bildi.

Öz boşqabında olmayan siyasi aşbaz

Əli Kərimlinin, cəbhəçilərin dəstəyi həmin seçkilərdə ən güclü müxalifət namizədi olan İsa Qəmbərin iştirakına baxmayaraq, Etibar Məmmədovun da kifayət qədər ciddi dəstək qazanmasına səbəb oldu. Az qala müxalifətin səsləri yarı-yarıya bölünürdü. Lakin buna mane olan amillər var idi ki, bunun da ən əsası bir tərəfdən Müsavatın güc olaraq xeyli şişməsi idisə, bir ucu da Etibar Məmmədovun şəxsi keyfiyyətlərinin seçkiləri udacaq qədərində yetərli olmaması idi. Yəni Etibar Məmmədov əslində stavka olunası, qələbə gətirən lider olmaması səbəbindən, onun əslində malik olduğu eloktoral dəstək son nəticədə İsa Qəmbərin xeyrinə işləməyə başladı.

Sirr deyil ki, həmin seçkilərdə hətta liderləri Əli Kərimli tərəfindən Etibar Məmmədovun xeyrinə çalışılma göstərişini alan sıravi cəbhəçilər onlara əslində rəqib kimi görükən İsa Qəmbərin xeyrinə fəaliyyət göstərdilər. Hətta cəbhəçilər İsa Qəmbərin rayonlardakı görüşlərinə belə həvəslə qatılırdılar ki, bunun da günahı cəbhəçilərdə və yaxud da Əli Kərimlidə yox, məhz Etibar Məmmədov da idi. Çünki Etibar Məmmədov öz boşqabında deyildi, öz xörəyini yeməyə girişməmişdi.

Və nəhayət əlvida...

2003-cü ilin prezident seçkilərinin qanlı sonluğu isə Etibar Məmmədov barədə az öncə dediklərimizi qətiləşdirdi. İsa Qəmbərin qələbəsini tanıyan cəbhəçilərdən fərqli olaraq Etibar Məmmədov sürətlə geri çəkildi. Hətta Bakıda axıdılan qanın hesabının müxalifətdən sorulmasının vacibliyini də ortaya qoydu ki, bu da sonradan onun müxalifətçi obrazını darmadağın etməklə yanaşı, həm də birdəfəlik olaraq siyasətdən getməsini şərt halına çevirdi.

Artıq Etibar Məmmədov bir siyasi fiqur olaraq yoxdur. Çünki onun heç belə bir iddiası da yoxdur. Əgər bu gün AMİP lideri mətbuata açıqlama verərək “2008-ci ilin prezident seçkilərinin onun üçün gündəmdə olmadığını” bildirirsə, deməli, Etibar Məmmədov gündəmdə yoxdur. Başınız sağ olsun, Etibar Məmmədov bir siyasi fiqur olaraq gömüldüyünü etiraf etdi. O, çünki hakimiyyət tərəfindən cızılan müxaliflik sərhədini aşacaq qədərində qəhrəman ola bilmədi. Onu təkrar olaraq siyasi gündəmə gətirmək isə qeyri-mümkündür. Hər halda, kimsə xarakiri etmiş yaponun dirilməsinə şahidlik etməyib...

“Dünya” Strateji Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru