Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“İşgəncə verdirib, bıçaqlayıb, şantajla 25 min manat alıb” - İlhamə Quliyeva haqda şok açıqlamalar
Tarix: 2-02-2016, 10:31 | Çap et
“İşgəncə verdirib, bıçaqlayıb, şantajla 25 min manat alıb”
Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynova “Yeni Müsavat”a məktub yollayıb. Dəmir barmaqlıqlar arxasında yazılan məktubda şəxsiyyət əleyhinə yönələn, işgəncə, alçaltma elementləri ilə zəngin səhnələrdən söhbət açılır. Və bu müdhiş cinayətlərlə üz-üzə qalan elə məktub müəllifidir.

Axşam.az xəbər verir ki, qəzetin təqdimatına görə, M.Hüseynovanın yazdıqlarından belə aydın olur ki, barəsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 29,180.3.2-ci - soyğunçuluğa cəhd maddəsi ilə ibtidai istintaqı aparılır.

Məktubu bəzi ixtisarlarla dərc edirik:

“İlhamə Quliyevanın sifarişi ilə həbs olunmuşam. Məni onu öldürmək və mülkinə sahib olmaqla təqsirləndirir. Bu əslində belə deyil. Məni yanında işləməyə özü dəvət etdi, dedi ki, heç kəsi yanıma buraxmıram, hamını qovmuşam yanımdan. Səni soruşub öyrənmişəm, gəl mənimlə işlə. Hər zaman televiziya kanallarında ekspert kimi və bir araşdırmacı jurnalist kimi çıxış etmişəm, heç bir nöqsana da yol verməmişəm. YAP-in üzvüyəm. Harada olmuşamsa öz vətənimi, dövlətimi tərənnüm etmişəm. Zəhmətkeş olmuşam. Namus və qeyrətimlə öz zəhmətimin bəhrəsi ilə şəhid anasına baxmışam. Xəstə yoldaşım və bir qızım var. Məni yalan vədləri ilə işə götürən İlhamə Quliyeva heç bir ay keçmədi məni hədələdi, yanından elə-belə gedə bilməyəcəyimi dedi. Mən artıq məcburən onun yanında qul kimi işləməli oldum. İlhamə Quliyeva mənimlə heç bir əmək müqaviləsi bağlamadan məni istismar etməyə başladı”.

“Xoşuna gəlməyən hər kəsi şantaj edərək...”

Məktub müəllifi xalq artistinin ayaqlarında problemlərinin olduğunu və bununla bağlı müalicə edildiyini yazır. İ.Quliyevanın oğlu ilə münasibətlərini də qeyd etməklə özünün şərləndiyinə əsas verən nüansları diqqətə çatdırır: “Əslində heç bir əsaslı sənədi olmayan, oğlum dediyi Orxanı həmişə dələduz kimi qələmə verən, anasının evindən 10 min dollar çanta qarışıq pullarını oğurlayan deyirdi. “Oğluna” pul yığmaq xatirinə, ona toy edib, dövlətdən “onun evi yoxdur” deyib 2-ci bir evi alıb və həmin evi sataraq banka qoyub faizini alır. Xoşuna gəlməyən hər kəsi şantaj edərək bahalı zinət əşyaları və ya pul almayınca heç kəsin yaxasını buraxmır. Özünü xeyriyyəçi kimi tanıtmaq üçün Nazpəri Dostəliyevadan haqsız aldığı 25 min manat puldan cəmi iki min manatını efirlərə verərək özünü sevdirmək istədi. Hər dəfə efirdə hansı bir müğənnini yaxşı və imkanlı görürdüsə, onu təhqir etməyə başlayırdı. Efirlərlə və internet saytlara böhtan xarakterli müsahibələr verir, şantaj etdiyi adamlardan rüşvət gələn kimi böhtanlarını dayandırırdı. Hər kəs ondan qorxurdu, elə mən özüm də. Hər kəsə dövlət rəhbərlərinin yaxın dostu olduğunu söyləyir və onun tez-tez telefonla əlaqə saxladığını deyirdi. Kimə hirsli olurdusa “4 nömrə ilə prezidentimə zəng edəcəyəm” deməklə hədələyirdi. Bir necə qurumda yaxın dostlarına zəng edərək, xoşuna gəlməyənləri cəzalandırmağı xahiş edirdi. Özünü hamıdan və bütün xanımlardan üstün və birinci hesab edirdi”.

“İlhamə Quliyevadan qorxduğum üçün bu haqda...”

Məktub müəllifi yazır ki, xalq artistinin yanında çalışdığı vaxtlarda qorxu altında yaşayıb: “Mən onun bir kəlməsini belə iki edə bilməzdim. Söz deyəndə cavab verməyə belə qorxurdum. Türkiyəyə istirahətə getmək istəyirdi. Oğlunun bir neçə dəfə zənglərindən sonra onları evinə buraxdı, amma mənə onlar çıxıb getməyincə evə getməməyimi və onlara göz-qulaq olmağımı tapşırırdı. Evində bir verilişin çəkilişində aparıcı xanım oğluna

“Anan necə anadı” sualına, “Ana olmağı bir tərəfə, yaxşı dostdur, get nə bilirsən onu elə Orxan, arxanda durmuşam deyir” cavabından sonra əsəbiləşib yenə də onu evinə buraxmadı. Nadir hallarda Orxanla qıraqda restoranlarda görüşürdü. Deyirdi ki, onlar məni pula görə istəyir, lap bezmişəm onlara pul paylamaqdan, uzaq olmaları yaxşıdır, pulum cibimdə qalır. Sonradan İlhamə Quliyeva yenə də mətbuat katibi Faiq Ələkbərliyə danışmağa başladı. Dedi ki, onunla danışmayanda müğənnilər haqda məlumat bilmirəm. Bu doğrudan da belə idi. Dəfələrlə şahid olurdum ki, Faiq Ələkbərli İlhaməyə zəng edərək, ona hər kəsdən məlumat verirdi. Bu hallar mənim xoşuma gəlmirdi, bir neçə dəfə onun üstündə məni təhqir edib və hətta döymüşdü də. Mən İlhamə Quliyevadan qorxduğum üçün bu haqda heç kəsə heç nə deyə bilmirdim, hətta yoldaşıma da. Evimə də vaxtlı-vaxtında gedə bilmirdim. Elə olurdu ki, İlhamə məni evə gecə bir-iki radələrində buraxırdı, icazə almaq istəyəndə hirslənərək, “işin budur” deyirdi. Nəhayət Yeni il üçün dostu tərəfindən Antalyaya dincəlmək üçün dəvət aldı, mənə də bilet sifarişi etdi, oğlu və gəlini də getməli oldu”.

“Orxan bir neçə nəfəri tutdurub və onları şantaj edərək...”

Xalq artistinin həbsdəki köməkçisi yazır ki, istirahətdən qayıdandan sonra İ.Quliyevanın vəziyyəti pisləşib və səhhətindəki problemlərin yaranmasında ən yaxın adamlarından belə şübhələnib: “Bir neçə dəfə başqa-başqa adamlardan Orxanın mənim üçün tələ qurduğunu eşitdim və ehtiyatlı olmağı məsləhət gördülər. Bir gün Orxanın dostu Vüqar zəng elədi və Orxanın etdiyi dələduzluqları, bir neçə medianın bu haqda maraqlandığını, İlhamə Quliyevanın adının bu məsələlərdə hallanacağını söylədi. Onunla vacib görüşməyini istədi. Onsuz da xəstə olan İlhamə Quliyeva bu sözlərdən sonra gecə-günduz yata bilmirdi. Nəhayət ki, İlhamə Vüqarla görüşdü. Vüqar Orxanın axtarışda olduğunu, tutulacağını, onun İlhamə Quliyevanı dərmanlarla zəhərləyəcəyini, özünü ondan qorumağını, evə qətiyyən buraxmamağını və mənə Orxanın tələ qurduğunu söylədi. Dedi ki, Orxan bir neçə nəfəri tutdurub və onları şantaj edərək həmin adamlardan pullar alıb. Başqa cinayətkar şəxsləri yanına yığıb onlara başçılıq edir, onları vəzifəli şəxslərin qohumu kimi qələmə verir, İlhamə Quliyevanın adından istifadə edərək “qorxmayın anam Prezidentə bir kəlmə zəng edəcək, arxanızda durmuşam bizi tutmayacaqlar. Mən tutulanda o qədər vəzifəli şəxslərin uşaqları qaldı, amma mən çıxdım” deyir. Hətta Orxanın arvadı haqda da onun ən əxlaqsız kimi qələmə verirdi. Dedi ki, indi pul sahibləri də pulları mənim yanımda verdikləri üçün üstümə düşüb tutdururlar: “Hamı qapını döyür, ailəm dağılıb, evdən çıxmışam, çöllərdə qalmışım, tutsalar, Orxanı da tutduracam, o da tutulsa, sizin adınız bütün medialarda hallanacaq. Mən hələ ki bütün medianın qarşısını almışam. Onlara demişəm ki, Orxan onun oğlu deyil və s”. Bu sözlərdən sonra İlhamə Quliyevanın bütün halı dəyişdi, şəkəri qalxdı, təzyiqi düşmürdü, səhərəcən yata bilmirdi. Bütün günü dərmanlar qəbul edirdi. “Orxan tutulsa biabır olacağam” deyirdi. Əgər tutulsa hamıya deyəcəm ki, o, mənim oğlum deyil, xalam nəvəsidir, çox kasıb olduqları üçün köməklik etmişəm, getsin atası da var, anası da.

Vüqar isə hər gün İlhaməyə zəng edərək ondan əl çəkmirdi. Nəhayət, İlhamə Quliyeva biabır olmasın deyə 10 min manat pulu Vüqara borc olaraq verdi. İlhamə Vüqara dedi ki, mənim Orxan adlı daha oğlum yoxdu, bu gündən sən mənim oğlumsan, sənə kömək edirəm ki, tutlmayasan, ancaq elə et ki, jurnalistlər heç nə bilməsin: "Yoxsa biabır olacam, desəm ki, oğlum deyil, deməli Prezidentimi aldatdığımı biləcəklər”.

Vüqar da söz verdi ki, narahat olma. Vüqardan pulu nə vaxt qaytaracağını mən soruşduqda, Vüqar mənə dedi ki, İlhamə pulu oğlu üçün verib də, mənə nə. Mən bu sözləri eşitdikdə çox şübhələndim. Vüqar İlhamə Quliyevadan iki gündən bir yenə pul istəməyə başladı. Vüqar İlhaməyə dedi ki, Orxan 75 min pulu aldadaraq ələ keçirib. Vüqar gecə zəng etdi və dedi ki, “İctimai” kanalı açın Orxanın tutdurduğu oğlanı televiziyada göstərirlər. İlhamə Quliyeva bu məsələ mediada və KİV-də hallanmasın deyə Vüqara xərclik pul da verirdi.

“Elza Seyidcahana üz tutdu və onu şantaj edərək...”

Xalq artistinin həbsdəki köməkçisi çox maraqlı bir detalı da açıqlayır: “Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. F.Ələkbərli İlhaməyə zəng edərək Elza xanım haqda məlumat verdi, bundan sonra İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi və Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə “Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəm ki, Dostəliyeva yalan olacaq. Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam” dedi.

“Başını qırxıb, çılpaq vəziyyətə salıb, telefonlara çəkərək internetlərə buraxacağam”

Məktub müəllifi yazır ki, İ.Quliyeavnın oğlu və onun dostu onu səsini yazaraq şantaj ediblər: “Vüqarın öz planı var imiş, mənim səsimi yazaraq Orxanla birləşib, məni İ.Quliyevanın yanından uzaqlaşdırmaq üçün öz çirkin planlarını həyata keçirdilər. İ.Quliyeva məni dinləmədən onlara inanaraq mənə qarşı haqsızlıqlar etdi. Məni bıçaqla vurduğu yetmədi. Ət taxtası ilə başıma, sağ qoluma vurdu. Zərbələrdən sağlamlığıma ziyan yetirib, gözlərimin görmə qabiliyyəti zəifləyib, ürəyimdə qorxudan problem yaranıb. Bunlar yetmirmiş kimi gecə saat 1-2 radələrində məni evə buraxdı. Həmin vaxta qədər oğlu Orxan deyirdi ki, Vüqarla səni harasa aparıb başını qırxıb, çılpaq vəziyyətə salıb, telefonlara çəkərək internetlərə buraxacağam”.

“İlhamənin məni biçaqla vurduğu yaranın qanını kəsmək üçün...”

Xalq artistinin həbsdəki köməkçisi sonradan hədələrin real əsaslarının olduğunu görüb və dəhşətli alçaltma ilə üzləşib: “İlhamə Quliyeva Orxana “sən dəymə, onunla özüm məşğul olacam, onsuzda işlərim pis gündədi” dedi. Mən İlhamənin sözlərindən çox qorxdum. İlhamənin məni biçaqla vurduğu yaranın qanını kəsmək üçün nə qədər yaraya yod vurdurdum. İlhamə məni buraxarkən “əgər mənim səni bıçaqla vurduğumu söyləsən başına oyun açacam” dedi. Orxan isə “əgər bıçaqla sənin onu vurmağım kiməsə desə, deyərəm mən vurmuşam” dedi. Mən onlara söz verdim ki, heç kəsə bu barədə deməyəcəm. Mən evə gecə saat 2 radələrində çatdım. Nə vəziyyətdə olduğumu təsəvvür edə bilmirəm. Evdəkilər məni görüb qorxdular, danışmağa belə taqətim qalmamışdı. Səhəri gün İlhamə Quliyeva həyat yoldaşım Tofıqə zəng edərək məni ona əxlaqsız kimi qələmə verib məni öldürməyini və onun arxasında durduğunu söylədi. Mən qorxudan heç yerə - həkimə, şikayətə getmədim”.

“Namusumu ləkələycəklərindən qorxaraq onların dediklərini etdim və onlar məni telefona çəkdi”

Məktub müəllifi bir müddət əvvəl bir çox saytlarda yayılan videosunun çəkilməsi səhnəsi haqda bunları yazır: “Məni guya hirsi soyumuş kimi, şirin dillə evinə çağirdı ki, gəl barışaq. İnanaraq getdim, içəri girər-girməz qapı açılan kimi şok oldum. Onsuzda səhhətim yerində deyildi. Qapımı üzümə Vüqar açdı. Elə otağa girmişdim ki, Kəmalə Rüstəmova üstümə hücum edərək 2 dəfə üzümə necə şillə çəkdisə başım gicəlləndi, İlhamə Quliyeva şillə üçün onun sağ əlindən öpdü. Evdə Vüqar, Orxan, Kəmalə, Aida adlı qadın, Faiq Ələkbərli və İlhamə Quliyeva var idi. Vüqar çantamı əlimdən alıb məni lağa qoyaraq çantamı yoxladı. Çantamdan 300 manat pulumu götürüb cibinə qoydu. Faiq Ələkbərli telefonumu aldı və Orxanla o biri otağa gedib bütün telefonumda olan məlumatları sildilər. Özü üçün bir sürü “şayka” yığan “Şərəf” “Şöhrət” ordenli İlhamə Quliyeva özü üçün linç məhkəməsi qurmuşdu. Mən tək, onlar isə çox, nə edəcəyimi bilmədim, tələyə düşdüyümü gördüm. Aida adlı tanımadığım bir xanıma guya həmin günü səhər zəng etməyimi yalandan boynuma qoydular. Hamısı birləşib yenə namusumu aparıb ləkələməklə qorxudub diz çöküb hər şeyi boynuma almağımı tələb etdilər. Əsasən də Vüqar bu məsələdə çox israr edirdi. Onların namusumu ləkələycəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefona çəkirdilər.

Çəkdikdən sonra xahiş etdim ki, bunu internetə verməyin. Onlara bildirdim ki, bıçaqlanmağımla bağlı heç yerə şikayət etməmişəm. İlhamə və yanındakılar məni təhqir edərək, lağa qoyaraq məni 3 saatdan artıq evdə zorla saxladılar və evdən çıxmağa qoymadılar. Sonra onlar bərk qorxduğumu görüb məni buraxdılar. Mən yenə qorxaraq heç bir yerə şikayət etmədim. Bir neçə gündən sonra Kəmalənin və İlhamə Quliyevanın zəngi ilə məni yenidən aldadılaraq İlhamənin evinə çağrıldım. İlhamə anasının qəbrinə and içərək, onlara gəlməyimi və gəlib Qurana əl basmağımı istədi ki, mənə tam inansın ki, həqiqətən mən ona qarşi heç nə etməmişəm. Dedi ki, səndən başqa mənə baxan, qayğımı çəkən heç kəs yoxdur, hamını qovmuşam və təkəm. Onun səmimiyyətinə inanaraq can-başla and içmək üçün Kəmaləylə onun evinə getdim. Bloka girmişdim ki, məni Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tutdular”.

Sabiq köməkçi başına gələnlərlə bağlı polisdən azad edildikdən sonra hüquq mühafizə orqanlarına müraciət edib və yeni zorakılıqla üz-üzə qalıb: “Yasamal RPİ-nin 26-cı polis bölməsinə şikayət etməyimdən xəbər tutan İlhamə Quliyeva məni güddürərək gecə saatında yaxın rəfiqəmgildən evimə gələrkən evimin düz qarşısında öz qoçuları vasitəsi ilə saxlatdırdı. Orxan və Vüqarla maşının qarşısını kəsib soyuq silahla üstümə hücum etdilər. Mən özümü itirdim. Bu zaman rəfiqəm əlini maşının siqnalına qoyaraq əlini çəkmədi. Dayanmadan siqnal səsinə sakinlər köməyə gəldi və mənə tez 102 xidmətinə zəng etməyimi dedi. Şokdaydım və qorxudan əsirdim. Bir təhər 102 xidmətinə yığdım, 5-ci polis bölməsinin əməkdaşları vaxtında harayıma çatmasaydılar, kim bilir aqibətim nə olardı. Polis əməkdaşları çox sağ olsunlar. Onlara minnətdaram ki, həyatımı xilas etdilər. Buna bütün bina sakinləri şahiddir. Həmin gün iki dəfə halım pisləşdiyi üçün təcili yardım çağırdılar.

İlhamə Quliyeva əlini maşının qarşısına yumruqları ilə vuraraq maşından düşməyimi tələb edirdi, polis orqanlarını nalayiq söyüşlərlə təhqir edirdi. 5-ci polis bölməsinin əməkdaşları gələr-gəlməz maşına minib qaçdılar. Bu vaxt Vüqarın İlhamə Quliyeva haqda dedikləri yadıma düşdü. Vüqar deyirdi ki, o, Orxandan qorxur, onun əli qanlıdır, bu sirri Orxan bildiyi üçün həmişə ona kömək edir və onu ata bilmir. Bu sözlərə inanmağım gəlməmişdi. İndi sübuta yetir ki, İlhamə adam öldürməkdən qorxmur. İlhamə tez-tez deyirdi ki, mənim keçmişimdə bir köməkçim olub, onunla da sənin kimi çox yaxın idim, bütün sirlərimi ona etibar edib verirdim (o qadının adını çəkmirəm). Bir gün eşitdim ki, kimsə onu öz evində 12 biçaqla öldürüb. Onun ölümünə çox pis olduğunu söyləyirdi. Bu sözlər məni inandırdı ki, həmin qadının ölümündə İlhamə Quliyevanın da rolu olub. Belə çıxır ki, İlhamə Quliyeva məni də gecə ikidə evimə gəlib məni kimin əliyləsə öldürtdürüb yoldaşımın üstünə yıxmaq istəyib. Axı onu nə vadar edir ki, mənim üzərimə hücuma keçir, mən ya ölməyimi, ya da tutulmağımı istəyir.

İlhamə özünü hegemon hesab edərək, qolları altında cinayətkarlar saxlayır. Səhəri gün isə mətbuat konfransı keçirərək, məni zorakılığa məcbur edib çəkdiyi kadrları internetlərə və TV-lərə yaymaqlara şərəf və ləyaqətimi təhqir etdi. Bunlar hansı qanunlara uyğundur, məgər bunların hamısı cinayət deyilmi? Niyə onun cinayətlərinə baxan yoxdur? Bu hadisənin səhəri şərləməklə məni ən ağır maddə ilə bir cinayətkar kimi həbs etdirdi və mənə etmədiyim cinayətə görə 29,180.3.2-ci maddə ilə Bakı şəhər Prokurorluğunda cinayət işi başlandı”.

Məktub müəllifi səlahiyyət sahiblərinə müraciət edərək başına gələnlərin araşdırlmasını, hüquqi qiymət verilməsini xahiş edir: “Mən güvəndiyim dövlət başçıma, bütün media nümayəndələrinə, hüquq mühafizə orqanlarına müraciət edirəm. Mənə bir Azərbaycan qadını kimi, bir şəhid bacısı kimi, bir vətənpərvər kimi köməklik edəsiniz”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru