Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                     Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU .....                     Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                 

“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
Tarix: 10-08-2014, 11:59 | Çap et
“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
İnsanları yalnız xəyallar öz qanadlarında həm keçmişə çəkir, həm də irəliyə aparır. Bəzən sevgidən çox inam və ümidlərlə yaşayırıq. Həyatın çətinliklərinə dözərək birdən elə zirvəyə gəlib çıxırsan ki, heç özün də inanmırsan. Elə bilirsən ki, hər biri bir röya imiş və özünü çox xoşbəxt sanırsan. Ona görə xoşbəxt sanırsan ki, həyatda özünü tapırsan. Belə insanlardan biri də arzularının eşqi ilə yaşayan, ümidlərini gerçəkləşdirən gənc müğənnimiz Xatun xanımdır. Gəlin birgə onu dinləyək.

- Xatun xanım, bilmək olarmı haralısınız?

- Mən azərbaycanlıyam, amma Bakıda böyüyüb boya-başa çatmışam. Ailədə 4 uşaq olmuşuq – 2 bacı, 2 qardaş. Mən bacımdan sonra evin ikinci övladı olmuşam. Məndən sonra 2 qardaşım olub. Oxatan bürcündənəm, bu bürc altında dünyaya göz açanların çoxu şanslı olur.

- Sirr deyilsə yaşınızı deyə bilərsinizmi?

- Yox, deməyəcəyəm. İstəmirəm mənim yaşımı bilsinlər. Qoy elə məni hamı şıltaq və dəcəl Xatun kimi tanısınlar.

- Ailədə çox sevilən övlad siz olmusunuz?

- Yox, məni heç sevməyiblər.

- Bəlkə ögey olmusan?

- (gülərək) Yox canım, səbəb o idi ki, bacımdan sonra oğlan övladı gözləyirdilər. Təəssüf ki, mən doğulmuşam.

- İndi necə, peşman deyillər ki?

- Əksinə, indi sevinirlər ki, nə yaxşı sən varsan, mənimlə fəxr edirlər.

- Müğənni olmaq həvəsi sizdə uşaqlıqdan yaranıb, yoxsa təsadüfən gəlmisiniz bu sənətə?

- O vaxtlar bizim nəsildə qız övladlarını fortepiano dərsinə qoyurdular. Biz iki bacını da həmin fənn üzrə 16 nömrəli musiqi məktəbinə qoydular. Mən hər zaman fortepianodan çox mahnı oxuyurdum, Müəlliməm hər dəfə anama deyirdi ki, qızının çox gözəl səsi var, icazə verin müğənni olsun. Anam da iradla qız uşağı nədir, oxumaq nədir, – deyirdi. Lakin hər zaman evdə mahnılar oxuduqca nənəm də, ailə üzvlərim də çox həvəslə qulaq asırdılar.

- Bildiyimə görə siz həm də çox gözəl rəqs edirsiniz. Nə əcəb rəqqasəliyi seçmədiniz?

- Bizim ailəmizdə hər birimiz gözəl rəqs etməyi bacarırıq. Oxumaqla bərabər rəqs etməyin özü də bir istedad tələb edir. Düzdür, peşəkar deyiləm, lakin müəyyən məqamlarda gözəl rəqs edirəm.

- Bir zamanlar jurnalist olmusunuz. Jurnalist hara, müğənnilik hara?

- Mən orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunda qabiliyyət imtahanından kəsildim. Valideynlərimin təkidi ilə 18 yaşımda ailə qurdum. Bir oğlum oldu. Ailə həyatım 5 ilə qədər davam elədi. Müəyyən səbəblərdən ayrıldım. Sonra Tibb texnikumunun mamaçalıq fakültəsinə daxil oldum. Təbii ki, valideynlərimin istəyi ilə. Lakin düşünürdüm ki, mən ömrümü ağ xalatla keçirə bilmərəm. Texnikumu bitirdikdən sonra müğənni olmaq həvəsinə düşdüm. Mən bu minvalla nəşriyyatda jurnalist kimi çalışdım. Düşünürdüm ki, bəlkə burdan mənə bir yol açıla ki, müğənni olam. Doğru deyiblər, niyyətin hara mənzilin də ora. Belə də oldu. Bir gün Təhsil Nazirliyinin 10 illiyi ilə bağlı bir konsert təşkil olunmuşdu. Mən həmin konsertdə canlı olaraq iki mahnı oxudum. Mənim səsimi çox bəyəndilər və artıq ansamblda çalışmağa başladım və getdikcə toylara da dəvət aldım. Toylarda oxuya-oxuya bu sənəti öyrəndim.

- Deyə bilərsinizmi, toylara getməyinizə kimlər təkan verib?

- Məmnuniyyətlə deyərəm. Vasif Məhərrəmli, Ağadadaş Ağayev, Sabir Əliyev və başqaları... Hər birinə də bu günə qədər minnətdaram. Artıq püxtələşdikdən sonra 2007-ci ildən 12 mahnı və 2 klipimlə efir və səhnələrə çıxdım.

- Bəs sonradan musiqi təhsili aldınız?

- Xeyr, almadım. Səhnəyə gələndə individual müəllimlərdən Ofeliya və Mahirə xanım mənə vokaldan dərs keçdi. Ən azından da mənim musiqi anlamım var idi.

- Erkən ailə qurduğunuz üçün peşman deyilsiniz ki?

- Əsla yox. Sevib ailə qurmasam da bu gün istərdim onu qeyd edəsiniz ki, hal-hazırda 35 yaşım var, 19 yaşında da ana olmuşam, oğlumun da 17 yaşı var. Bəzi müğənni xanımlar var ki, 35-36 yaşları var, nə ailə qurublar, nə də övlad sahibi olublar. Allah onlara da qismət eləsin. Çox şanslı bir xanımam. Həyatımdan da olduqca razıyam. Ən azından arxamda çox ağıllı bir oğlum var.

- Sizi də təbrik edirik ki, oğlunuz ali məktəbə daxil olub.

- Bəli, 490 balla Neft Akademiyasına daxil olub və gələcəkdə istərdim oğlumu savadlı bir iş adamı kimi görüm.

- Yenidən sevə bilərsiniz?

- Sevgi hər zaman var, əbədi və tükənməzdir. İnsan hər zaman sevə bilər, sadəcə partnyorlar dəyişir.

- Haqqınızda gəzən şayiələrə necə baxırsınız?

- Normal yanaşıram. Düşünürəm ki, mən kimlər üçünsə maraqlıyam.

- İmicinizi necə, tez-tez dəyişməyi sevirsiniz?

- Çox sevirəm. Bildiyiniz kimi qardaşım tanınmış stilistdir. O, məni eyni görkəmdə görməyi sevmir. Hətta ona irad tuturlar ki, heç olmasa Xatunu bir il bir imicdə saxla ki, tanıya bilək. Mən özüm də dəyişkənliyi çox sevirəm, hərdən özüm-özümdən bezirəm. Məndən də çox Balaş bezir. Dəyişək, inkişaf edək. Bu sözü çox sevirəm. Dəyişmək o demək deyil ki, bahalı brendlər geyinəsən. İstər sənətdə, istər musiqidə, istər imicdə dəyişkənlik olmalıdır. Təki insanlığını dəyişməyəsən. Bir çox müğənnilər var ki, illərdir tanıyıram. Saç düzümü də, geyim tərzi də, mahnıları da elə eynidir. Belələrini qəbul eləmirəm. Belə müğənnilər mənim üçün meyar deyillər. Hətta 5 oktava səsləri olsa belə.

- Siz jurnalist işləyərkən tanınmışlardan müsahibə almısınız?

- Mənim Ceyran adlı həmkarım və rəfiqəm var idi. Onunla birgə ilk dəfə Baloğlan Əşrəfovdan müsahibə aldıq. Baloğlan müəllim bizə yaxşı hörmət də eləmişdi, onda bildik ki, o, çox əliaçıq bir insandır. Amma hələ də o bilmir ki, ondan müsahibə alan mənəm.

- Axı necə bilsin, məncə sizin adınız başqa olub?

- Bəli, mənim əsl adım Nərgizdir. Qoy bu müsahibədən sonra sizin vasitənizlə bilsin ki, mən Xatun elə həmin Nərgizəm.

- Necə oldu ki, Xatun ləqəbini götürdünüz?

- Mən artıq peşəkar bir müğənni kimi yüksək səviyyədə efirə gəldikdən sonra prodüserimlə məsləhətləşdim ki, mən ləqəbimi ya Şahzadə, ya Sultan, ya da Banu qoymaq istəyirəm. Təklifimi qəbul eləmədi. Bir gün Gülşən adlı bir xanımla oturmuşduq. Birdən Gülşən mənə dedi sənə ad tapmışam, Xatun!!! Sevincimdən qucaqlayaraq onu öpdüm və sevincimdən qışqıraraq ay daaaa, axır ki adımı tapdım və bu ad mənə bu gün gündəmə gəlməyimə böyük kömək olub. Bir-iki il bundan öncə “Möhtəşəm yüz yıl” filmində o qədər Xatun adı hallandı ki, mən də bu adla artıq şanslı oldum.

- Kimi özünüzə rəqib görürsünüz?

- Mən elə Xatunam da, kimi rəqib görə bilərəm ki. Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir.

- Rəqsanənin necə, imici sizin xoşunuza gəlir?

- Bilirsiniz, o çox cəsarətli addım atdı. Nəsə saçın-zadın qırxdırdı, bilmirəm ona kim bu məsləhətləri verib, ya da özü insanları təəccübləndirmək istəyir. Bir tamaşaçı kimi mənə xoş gəlmir. Bir də ki, onunla mənim həyata baxışlarım başqa-başqadır. Ona da öz işlərində uğurlar arzulayıram.

- Uşaqlıqda ən yaddaqalan hadisə nə olub?

- (gülərək) Heç vaxt yadımdan çıxmaz. İlk dəfə məktəbə 1-ci sinfə gedəndə dərsdən qayıdan kimi çantamı tullayıb, ağlayaraq dedim. Mən belə oxumaq istəmirəm, mən Zeynəb Xanlarova kimi oxumaq istəyirəm. Hələ də bu sözü deyib mənə gülürlər.

- Sizə ilk şöhrət gətirən hansı bəstəkarın mahnısı olub.

- İlk şöhrət gətirən mahnım “Səndən ötrü” olub. Klassik skripka ifaçısı Yalçın Məlikovun mahnısıdır. O mahnı həm ona, həm də mənə şöhrət gətirdi. Bir çox bəstəkarları da mən öz mahnımla tanıtmışam. Onlardan Qüdrət Əsgərli, Azər Nəsibov, Hatəm Nəbioğlu olub. Hal-hazırda “nağd pul” adı ilə tanınan Nadirlə çalışıram. “Axtarmadım” adlı gənclərin ruhunu oxşayan bir mahnı üzərində işləyirəm.

- Deyirlər Xatun toy biznesində yaman xod gedir?

- Elin gözü tərəzidir deyirlər. Xatunun gənc müğənnilərə nisbətən potensialı daha güclü olduğundan bir toydan 3-5 toy tutur. Allah gözdən-nəzərdən saxlasın.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Onu vurğulaya bilərəm ki, bu dəqiqə ən çox gücü mahnılarıma vermişəm. 1-ci albomum çıxıb 15 mahnıyla, 2-ci albomum da demək olar hazırdır. Bu yaxınlarda işıq üzü görəcək. Hal-hazırda müasir popuri eləmişik. Hər yerdə ritmləri çox bəyənilir. Şükürlər olsun ki, hər şeyə nail olmuşam. Gələcəkdə bir arzum var, o da insanları düşündürəcək dərəcədə bir solo-konsert verməkdir. İnşallah, adını çəkməyəcəm, çox tanınmış bir aparıcı rəfiqəm var. Onun mənə bu işimdə böyük köməyi dəyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru