Pul göndərmək çətinləşəcək .....                     Rusiya-Azərbaycan münasibətlərində əvvəlki gərginlik aradan qalxıb? .....                     Dövlət Agentliyi bu şirkətlərə 3 milyondan çox pul ödədi .....                     Hegemonların müttəfiqləri uğrunda döyüşü və: mürəkkəb oyun qaydaları .....                     İcra nümayəndəsi 17 yaşlı gəlinin ölümündən danışdı .....                     İcra hakimiyyəti Çuxuryurdda 101 hektarlıq istirahət kompleksinin .....                     Qardaşını öldürən zabit .....                     AYİB Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 mln. dollar ayıra bilər .....                     Tamilla Əliyeva İŞ BAŞINDADIR... .....                     “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…” .....                     Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri .....                     Nazirlik "New Med"i plandankənar yoxladı .....                     Qarabağ qazisinin kassasiya hüququna qeyri-prosessual qadağa qoyulub .....                     Araik Arutyunyandan SON DƏQİQƏ sülh sazişi açıqlaması .....                     Prokuror Tağı İbrahimova 9 il cəza istədi .....                     Bakı və İrəvan bunları müzakirə edir .....                     SOCAR və “Qazprom” mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib .....                     “Tramp yolu”nda onlar da olacaq .....                     Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirən ekstremist qruplaşma üzvünə .....                     Azərbaycanlı milyarder Özbəkistandakı şirkətini satır? .....                     “Milyonçu”da 8 min qazanan oğlan həbs olundu .....                     Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir .....                     Mehdiyevin oğlu Naxçıvanda fəhlələri ayağa qaldırmaqçün hərəkətə keçib .....                     "Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm" .....                     UNEC tenderlər elan etdi maraq göstərən şirkət tapılmadı .....                     Pakistan Talibanı məhv etməklə hədələyib .....                     “Azadlıq” radiosunun keçmiş əməkdaşından şok ittihamlar .....                     "Sədərək" və otellərdə ƏDV FIRILDAĞI .....                     Mehdiyevin ailə maraqları və siyasi motivlərin kəsişməsi .....                     “Dedi ki, baş həkim Gülnar xanım tapşırıb, damar iynəsi və ya sistem köçürmək olmaz” .....                     Elton Məmmədov milyonlar mənimsəyibmiş .....                     Paşinyan hökumətində təmizləmə əməliyyatı .....                     Maliyyə-İqtisad Kollecinə və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni təyinatlar olub .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     MEHDİYEV İLİŞDİ: AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır .....                     Saleh Səmədovun işdən çıxarılan daha bir oğlunun yerinə təyinat .....                     Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi .....                     "Aylardır maaş almayan işçilər var..." .....                     Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib .....                     “Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? .....                 

Aktyorları attestasiyadan keçirmək lazımdır - ÇAĞIRIŞ...
Tarix: 25-07-2025, 09:25 | Çap et

Teatr sahəsində qarşılaşdığı nöqsanları dilə gətirməkdən çəkinmir. Hesab edir ki, məsələni qapalı saxladıqca problemin həllinə nail olmaq mümkün deyil.

“Reytinq” qəzetinin həmsöhbəti Akademik Rus Dram Teatrının aktyoru, quruluşçu rejissor kimi müxtəlif teatrlarda maraqlı tamaşalar hazırlayan Abdulladır.

- Oxucular üçün tam aydın olsun deyə bir məsələyə aydınlıq gətirək. Deyəsən, Elşadlı təxəllüsündən imtina etmisən. Yəqin ki, bir səbəbi var...

- Xüsusi bir səbəbi yoxdur. Elşadlı təxəllüsünü atamın adından götürmüşdüm. Çoxdan istəyirdim ki, imza məsələsində hansısa bir dəyişiklik edim, enində-sonunda fikrimi qətiləşdirdim. Artıq afişada sadəcə, Abdulla yazılır, məncə, belə daha yaxşı səslənir. Həm də məmləkətdə Abdulla adında başqa bir rejissor yoxdur, təkəm. Amma bu dediyimin təkəbbürlük kimi qəbul olunmasını istəmirəm, çünki təkəbbürdən xoşum gəlmir.

- Bəs hansı Abdulla? Aktyor, yoxsa rejissor?

- Təbii ki, rejissor. Bir yaradıcı insan kimi özümü rejissor kimi daha yaxşı realizə edə bilirəm, quruluş verdiyim tamaşa vasitəsilə düşündüklərimi həyata keçirmək istəyirəm.

Düşüncəmə görə, hər hansı bir əsər səhnəyə qoyulursa, pyesin müəllifi artıq ikinci plana keçir, tamaşanın müəllifi rejissordur və bu prinsipdən də yola çıxaraq teatr sənətində doğru bildiklərimi reallaşdırıram. Aktyorun isə belə bir imkanı yoxdur.

- Yəqin elə ona görə də aktyorluq asılı sənət sayılır...

- Aktyor sənətinin bəlkə də elə gözəlliyi ondadır ki, rejissordan asılıdır. İxtisasım da rejissorluqdur. Mədəniyyət və İncəsənət Universitetində Fikrət Sultanovun, Moskvada isə Mixayıl Borisovun kurslarını bitirmişəm.

Aktyorluğa gəlincə, sadəcə, Akademik Rus Dram Teatrında aktyor ştatındayam. Fürsət düşmüşkən, burdan teatrımızın direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə minnətdarlığımı bildirirəm, çünki Ədalət müəllim rejissor kimi özümü realizə etməyimə hər cür şərait yaradır, dəstək olur, ən əsası, mənə inanır. Məncə, bu, bir gənc üçün çox vacibdir.

- Dəstək və inam varsa, qaldı öz rejissor dəst-xəttini, üslubunu göstərmək...

- Hesab edirəm ki, rejissor üçün kanonlar olmamalıdır. Kimsə durub deməməlidir ki, klassik əsəri belə hazırlama, elə hazırla, Şekspirin yazdığı kimi quruluş ver, Mirzə Fətəlinin mətninə müdaxilə eləmə. Kim və harda yazıb, tabu qoyub ki, klassik əsər kitabda necə varsa, səhnədə də belə qoyulmalıdır? Bayaq dediyim kimi, tamaşanın müəllifi rejissordur, o, əsəri necə görürsə, belə də səhnədə quruluş verməlidir. Təbii ki, elə prinsiplər var ki, rejissor kimi əməl etməyə borclusan. Məsələn, tamaşanın əvvəlində hansı şərtləri qoymusansa sona qədər ona əməl etməlisən. Tutaq ki, ən yeni quruluşum Sumqayıt Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırladığım tamaşa oldu. Əvvəldən axıra kimi meydan tamaşası üslubundadır, yəni sona qədər üslub gözlənilib.

- “Qaravəlli”dən söhbət düşmüşkən, premyeraya mən də baxmışam və fikirlərimi mətbuatda bildirmişəm. Hesab edirəm ki, maraqlı tamaşa alınıb. Sumqayıt Dövlət Dram Teatrında bu tamaşanı hazırlamaq təklifi kimdən gəldi?

- Sumqayıt teatrında tamaşa hazırlamaq istəyim çoxdan var idi, lakin məndən asılı olmayan texniki səbəbdən bu məsələ açıq qalmışdı. Samir Şəfiyev teatra direktor təyin ediləndən sonra istəyimi reallaşdırmaq mümkün oldu. Həmin ərəfədə Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi ilə tamaşa hazırlamalı idim. Nazirliyin sektor müdiri Böyükxanım Talıbova Sumqayıt teatrının bu layihə üçün uyğun olduğunu dedi. Samir müəllimlə görüşüb müzakirə aparanda bir neçə pyesi nəzərdən keçirdik. Anarın “Qaravəlli” əsərini də Samir müəllim təklif etdi. Adətən quruluş verəcəyim tamaşanı özüm seçməyi xoşlayıram. Amma bu dəfə fərqli oldu, əsəri oxudum və gördüm ki, “Qaravəlli” bu günümüzlə çox səsləşir, pyesdə aktual məsələlər qabardılır
.
- Və yəqin ki, rol bölgüsü də direktorun masası üzərində artıq hazır idi...

- Qətiyyən. Rol bölgüsünü özüm aparmışam, çünki kollektivi yaxşı tanıyıram, müxtəlif tamaşalara baxışam. Samir müəllim, baş rejissor Xalq artisti Firudin Məhərrəmov, yaradıcı və texniki heyət tamaşamızın uğurlu alınması üçün nə lazmdırsa, etdilər.

- “Qaravəlli” tamaşasında da müəllifə əlavələr etmisən, teatrda “Otello”nun məşqi prosesi, rejissor Abbas Abbasov, Otello və Dezdemona obrazları Anarın əsərində yoxdur. Necə düşünürsən, yazıçı bu müdaxiləni qəbul edəcək?

- Premyerada Anar müəllimin iştirakı mümkün olmadı, inşallah, payızda yeni mövsümün əvvəlində tamaşaya baxar. Məncə, qəbul edəcək, çünki yazıçı-dramaturq Anar həm də rejissordur. Məhz ona görə də inanıram ki, rejissor əlavələrimlə razılaşacaq. Əlavə etdiyim səhnə və obrazlar əsərin ideyasına xələl gətirmir, süjet xəttinə ziyan vurmur.

Əsərin qəhrəmanı Əvəz Əvəzov cəmiyyətdəki müxtəlif mövqeli, müxtəlif xasiyyətli insanları tanıyır, onlarla təmasda olur. Onun bir rejissor tanışı da ola bilir. Həm də istədim ki, Abbas Abbasov obrazı ilə ölkə teatrlarındakı mövcud problemləri tamaşaçıya çatdırım. Belə hesab edirəm ki, bu gün teatrlarımızda çoxlu və ciddi problemlər var.

- Məsələn...

- Peşəkar kadr çatışmazlığı yaşanır. Bu gün bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir. Elə teatrlarımız var ki, orda bir-iki nəfəri çıxmaqla heç kim bu sahə üzrə ali təhsil almayıb.

Söhbətimizin əvvəlində Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsindən bəhs etdik. Çox faydalı olan bu layihənin məqsədlərindən biri də bölgə teatrlarının paytaxtın teatr mühiti ilə əlaqələrini gücləndirməkdir. Mən bu layihə çərçivəsində Füzuli, Qusar və Sumqayıt dram teatrlarında tamaşa hazırlamışam, Lənkəran Dövlət Dram Teatrının kollektivi üçün isə master-klass keçmişəm. Həmin teatrın sabiq baş rejissoru Anar Babalının dəvəti ilə orda 2 tamaşaya quruluş vermişəm. Bakıdan kənardakı teatrlarımızın real vəziyyətini yaxşı bilirəm.

“Qaravəlli”yə əlavə etdiyim rejissor obrazı bəlkə də öz-özlüyündə savadlı, ağıllı adamdı, lakin əyalətdə, təhsilsiz aktyorlarla çalışmaqdan psixologiyası pozulub. Əsərə mənim əlavəmdəki Otellonu oynayan aktyor Dezdemonanı əvvəlcə boğur, sonra sözlərini deyir. Təbii ki, əslində əvvəlcə mətni deyib sonra onu boğmalı idi. Yəni o, Otellonu oynamaq gücündə, bacarığında deyil. Bu gün teatr aləmində iddiası ilə istedadı uzlaşmayan nə qədər aktyor və aktrisa var.

Biz səhnədə quruluş verdiyimiz tamaşalarda cəmiyyətdəki çatışmazlıqları göstərməyə çalışırıq, ən ciddi problem bəlkə də teatrdadır. Bu gün Azərbaycandakı teatr prosesini incələyərkən hansı qənaətə gəlirik?

- Sualı özün verirsənsə, yəqin cavabı da bilirsən...

- Teatr irəli getmək, müasir tələblərlə ayaqlaşmaq istəyir, lakin savad və hazırlığın vəziyyəti irəli getməyə imkan vermir. Hər şey təhsildən başlayır, razılaşsaq da, razılaşmasaq da bu, belədir.

Master-klass üçün kimlərinsə ölkəyə dəvəti, başqa ölkədəki yay məktəbinə kimlərinsə göndərilməsi çıxış yolu deyil.

Rejissor kimi məni narahat edən əsas problemlərdən biri də teatrlarımızdakı texniki məsələlərdir. Avadanlıqlar, işıq sistemləri, akustika və digər məsələlər imkan vermir ki, rejissor tamaşaya quruluş verərkən nəzərdə tutduğunu tam reallaşdırsın.

İş prosesində reallığı nəzərə alıb ideyalarının üstündən xətt çəkməli olursan.

Düzdür, prezidentin diqqət və qayğısı ilə əksər teatrlarımızın binası təmir edilib, avadanlıqlar yenilənib. Amma nəzərə almaq lazımdır ki, bu gün dünyada texnologiyalar çox sürətlə inkişaf edir, bir neçə il əvvəlki texniki avadanlıq artıq günün tələbinə cavab vermir. Tamaşa hazırlayan rejissor bilmir aktyorlarla rol üzərində işləsin, üzdə görünən və görünməyən çoxsaylı texniki problemlərin dərdini çəksin.

Teatrlarda, xüsusilə Bakıdan kənarda fəaliyyət göstərən teatrlarda çalışanların maaşları çox aşağıdır. 400 manat əmək haqqı alan aktyordan səhnədə necə sənət tələb etmək olar?

Çox vaxt dəvət aldığım premyeralardan imtina edirəm. Çünki tamaşa bitən kimi dost-tanış, həmkarlarım fikrimi öyrənmək istəyir. Mən də kimlərinsə xoşuna gəlmək üçün yalandan zəif səhnə əsərini tərifləmək istəmirəm.

- Bu müsahibə sənin kimi gənc və perspektivli rejissora problem də yarada bilər...

- Üzləşdiyimiz problemlərin həllini həqiqətən də istəyiriksə, onu dilə gətirməkdən çəkinməməliyik. Tutaq ki, bir insanın səhhətində narahatlıq yaranıb və gedir həkimin qəbuluna, amma konkret nədən əziyyət çəkdiyini açıb həkimə demək istəmir. Bu durumda həkim onu necə doğru-düzgün müalicə edə bilər? Ona görə də hər hansı çatışmazlığı, nöqsanı dilə gətirməliyik ki, problemi aradan qaldırmaq mümkün olsun.

- Bəzən nöqsanı demək yetərli olmur, çıxış yolu göstərmək, təklif vermək lazım gəlir. Təkliflərin varmı?

- İlk növbədə teatr təhsilinə yeni yanaşmalar olmalıdır. Çünki indi müşahidə etdiyimiz vəziyyət bir daha göstərir ki, bu sahədə sistem səhvdir. Ali məktəbdə quruluşçu rejissor yox, sanki tamaşa quran hazırlanır. Rejissor tamaşa hazırlayan deyil, həm də ideoloqdur. Rejissorluq fakültəsinə hər il qəbul keçirməyə ehtiyac yoxdur, məncə. 20-21 yaşlı gəncin nə dünya görüşü, təcrübəsi var ki, tamaşa hazırlasın?

Moskvada orta məktəbi bitirən heç bir gənci rejissorluq fakültəsinə götürmürlər, o gənc hökmən birinci təhsilini humanitar sahədə almalıdır. Sonra gəlib rejissorluğu oxumalıdır.

Bütün teatrlarımızda aktyorlar ciddi və şəffaf attestasiyadan keçirilməlidir. Teatrlarımız düşüncə tərzinə görə ötən əsrin 70-80-ci illərində qalıb. Ətrafımızda, beyinlərdə, zövqlərdə baş verən dəyişiklik vecimizə də deyil, sanki.

- Gələcəklə bağlı çox pessimistsən deyəsən...

- Belə deməzdim, əslində nikbin adamam və bu problemlərin düzələcəyinə inanıram. Çünki ola bilməz ki, hər şey hər zaman pis olsun.

- Yeni teatr mövsümü üçün yaradıcılıq planların necədir?

- Yeni mövsümdə Qazax Dövlət Dram Teatrının kollektivi ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsri üzərində işləməyi planlaşdırıram, artıq rol bölgüsünü də aparmışam.

- Yəni Şeyx Nəsrullanı da, Kefli İsgəndəri də tapmısan?

- Təbii. Əks halda heç bu əsərə müraciət etməzdim. Bizim tamaşada bu iki əsas obrazı oynayacaq aktyor istedadlı insandır. Tamaşada Kefli İsgəndəri gənc və istedadlı aktyor Rüfət Ömər oynayacaq.

Yeri gəlmişkən, bu, Qazax Dövlət Dram Teatrı ilə ilk işim deyil. Ötən il bu teatrın səhnəsində Bekketin əsəri əsasında “Səmirsiz” mono-tamaşasına quruluş vermişdim. Tamaşa “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində paytaxtda da uğurla oynanıldı və Rüfət Ömər “Ən yaxşı aktyor” nominasiyasının qalibi seçildi. Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyi mənim bu tamaşadakı işimi “Ən kreativ rejissor yozumu” nominasiyasının qalibi elan etdi.

“Ölülər” tamaşası barədə çox da ətraflı danışmaq istəmirəm, sadəcə, onu deyə bilərəm ki, “Ölülər” Hacı Həsən ağanın qardaşının guya o dünyadan göndərdiyi məktubla başlayacaq. Pyesin əvvəlində Müəllimin Kefli İsgəndərin qardaşı Cəlala dərs öyrətməsi səhnəsini ixtisar etmişəm.

Yaxın gələcəkdə isə Şekspirin “Kral Lir” pyesini qurmaq barədə düşünürəm. Belə hesab edirəm ki, Xalq artisti Qurban İsmayılov bu obrazın öhdəsindən məharətlə gələr. İnanıram ki, bu ideyamı gerçəkləşdirə biləcəyəm.

Etibar CƏBRAYILOĞLU
Reyting.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pul göndərmək çətinləşəcək - “Rusiyada yaşayan azərbaycanlılara...”
Bu gün, 18:03
Rusiya-Azərbaycan münasibətlərində əvvəlki gərginlik aradan qalxıb? - NƏ BAŞ VERDİ Kİ...
Bu gün, 18:02
Dövlət Agentliyi bu şirkətlərə 3 milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Bu gün, 18:01
Hegemonların müttəfiqləri uğrunda döyüşü və: mürəkkəb oyun qaydaları - İNCƏLƏMƏ
Bu gün, 18:00
İcra nümayəndəsi 17 yaşlı gəlinin ölümündən danışdı - “Toyda iştirak etməmişəm”
Bu gün, 17:59
İcra hakimiyyəti Çuxuryurdda 101 hektarlıq istirahət kompleksinin tikintisinə icazə verdi
Bu gün, 17:57
Qardaşını öldürən zabit HAKİM QARŞISINDA
Bu gün, 17:55
AYİB Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 mln. dollar ayıra bilər
Bu gün, 17:53
Tamilla Əliyeva İŞ BAŞINDADIR... - AÇIQLAMA
Bu gün, 17:51
“İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…” - TƏFƏRRÜAT
Bu gün, 17:49
Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
Bu gün, 17:44
Nazirlik "New Med"i plandankənar yoxladı - Pozuntular aşkarlandı
Bu gün, 17:42
Qarabağ qazisinin kassasiya hüququna qeyri-prosessual qadağa qoyulub - AXI NİYƏ?
Bu gün, 17:40
Araik Arutyunyandan SON DƏQİQƏ sülh sazişi açıqlaması - DETALLAR
Bu gün, 17:37
Prokuror Tağı İbrahimova 9 il cəza istədi
Bu gün, 16:25
Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan
Bu gün, 16:22
SOCAR və “Qazprom” mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib
Bu gün, 16:19
“Tramp yolu”nda onlar da olacaq - Simonyan
Bu gün, 16:02
Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirən ekstremist qruplaşma üzvünə hökm oxunub
Bu gün, 15:11
Azərbaycanlı milyarder Özbəkistandakı şirkətini satır? - TƏFƏRRÜAT
Bu gün, 15:10
“Milyonçu”da 8 min qazanan oğlan həbs olundu - VİDEO
Bu gün, 15:04
Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir
Bu gün, 15:01
Mehdiyevin oğlu Naxçıvanda fəhlələri ayağa qaldırmaqçün hərəkətə keçib - İDDİA
Bu gün, 14:30
"Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm" - Elton Məmmədov
Bu gün, 14:27
UNEC tenderlər elan etdi maraq göstərən şirkət tapılmadı - TENDERLƏR LƏĞVƏ GETDİ
Bu gün, 12:58
Pakistan Talibanı məhv etməklə hədələyib - “Reuters“
Bu gün, 12:55
“Azadlıq” radiosunun keçmiş əməkdaşından şok ittihamlar - “Rəhbərliyə satqınlıq edib”
Bu gün, 12:48
"Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon yedilər
Bu gün, 12:43
Mehdiyevin ailə maraqları və siyasi motivlərin kəsişməsi - KEÇMİŞ MTN ZABİTİ YAZIR
Bu gün, 12:40
“Dedi ki, baş həkim Gülnar xanım tapşırıb, damar iynəsi və ya sistem köçürmək olmaz” - Ağsuda ÖZBAŞINALIQ
Bu gün, 12:35
Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...
Bu gün, 12:31
Paşinyan hökumətində təmizləmə əməliyyatı – iqtidaryönlü məmurlar kütləvi şəkildə istefaya göndərilir
Bu gün, 12:26
Maliyyə-İqtisad Kollecinə və Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:24
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:23
MEHDİYEV İLİŞDİ: AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır - TƏFƏRRÜAT
Bu gün, 12:18
Saleh Səmədovun işdən çıxarılan daha bir oğlunun yerinə təyinat - FOTO
Bu gün, 12:06
Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi DAVAM EDİR...
Bu gün, 12:04
"Aylardır maaş almayan işçilər var..." - NARAZILIQ VAR...
Bu gün, 11:59
Aydın Talıbov "Cahan Şirkətlər Qrupu"nun Naxçıvanda keçirilən yubiley tədbirində iştirak edib - FOTO
Bu gün, 11:55
“Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
Paşinyan Fransada Makronla görüşəcək
Bu gün, 11:51
Mariya Zaxarovanı şoka salan REALLIQ – Tarixi manipulyasiya yoxsa siyasi sifariş CƏHDİ?
Bu gün, 11:11
Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu
Bu gün, 11:09
Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir - İDDİA
Bu gün, 11:03
Tacir GİZLİNLƏRİ AÇDI - “O adamla mənim aramda…”
Bu gün, 10:55
Astarada gəlin toy günündə öldü - HAMİLƏ İMİŞ...
Bu gün, 10:51
Günay Ağamalı mandatını itirəcək? – Qalmaqalın pərdəarxası
Bu gün, 10:46
Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:44
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Bu gün, 10:32
“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru