Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ .....                     Ermənistanın Çinlə bağlı planları... .....                     Adil Kərimlinin üz-üzə qaldığı XAOS .....                     Zəngəzur dəhlizi başqa adla geri qayıdır .....                     “Hell”in insan sağlamlığına zərəri .....                     İmişlinin başçısı ÖZBAŞINA QALIB .....                     Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... .....                     “Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var .....                     Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır .....                     “Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” .....                     Bu gün Elçibəyin doğum günüdür .....                     İsrail də atəşkəsə eyni şərtlə razılaşıb .....                     İrandan gözlənilən açıqlama gəldi .....                     İsrail və İran tam atəşkəsə razılaşıblar .....                     İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi .....                     Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib .....                     Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                 

“Ən azından iki dəfə öldüm və dirildim, sağ qalmağıma güman yox idi”
Tarix: 19-04-2014, 09:57 | Çap et
“Ən azından iki dəfə öldüm və dirildim, sağ qalmağıma güman yox idi”
İncəsənət ruhun qidasıdır. Bu sənətə xidmət edən həqiqi sənətkarlar üzlərini unlayaraq acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib xalqa çatdırırlar. Odur ki, sənətin acısı da bal dadır.

Belə sənətkarlarımızdan biri də çoxlarının sevimlisi, məğrur qadın obrazları ilə özünü tanıtdıran, Respublikamızın əməkdar artisti Hicran Nəsirovadır.

- Hicran xanım, artıq təqdimata ehtiyac yoxdur, istərdim sizi bir anlıq keçmişinizə qaytarım. Harada anadan olmusunuz və neçənci ildə?

- 1958-ci ildə Bakıda Əmircan qəsəbəsində doğulmuşam. 114 nömrəli orta məktəbi bitirmişəm. Ailədə 2 bacı, 2 qardaşıq. Ailənin ilk uşağı mənəm. Ən böyük çətinlik və ağırlıqlar da elə mənim üzərimə düşüb.

- Necə oldu ki, siz məhz bu sənəti seçdiniz? Bu sizin uşaqlıq arzunuz idimi?

- Mənə elə gəlir ki, bütün respublika mənim sənətə necə gəldiyimi bilir. Mənim arzum aktrisa yox, müğənni olmaq olub. Özü də opera müğənnisi. Bütün mahnıları oxuyurdum, əsasən də Zeynəb Xanlarovanın repertuarını bilirdim. “Arşın mal alan” filmində Gülçöhrə və Asiyanın ariyalarını əzbərdən oxuyurdum. Evimiz həyət evi idi. Həyətdə hər dəfə oxuyanda hasarın o biri tərəfində qonşular həvəslə mənə qulaq asırdılar.

- Niyə bu arzunuzu valideynlərinizə deməyə çəkinirdiniz?

- Çünki valideynlərimin arzusu məni ya həkim, ya da müəllimə görmək idi. Xasiyyətləri tünd idi. Əlbəttə ki, çəkinirdim arzumu bildirməyə. Lakin buna baxmayaraq, bütün fənləri çox əla oxuyurdum, fizikadan başqa. Uşaqlıqdan çox həssas və kövrək ürəyim var idi. Bu üzdən anam bir müddətdən sonra başa düşdü ki, mən bu ürəklə həkim ola bilmərəm. İndiyə qədər də bu xarakterimi dəyişə bilmərəm.

- Bəs necə oldu ki, teatra gəldiniz?

- Mən onuncu sinifdə oxuyanda (o vaxtlar orta məktəb 10 illik idi) Moskvada Matfeyevin kursları keçirilirdi. Bizim də məktəbə nümayəndələr gəlmişdi. Bizim sinfə girəndə 25 qız, 20 oğlan var idi. Nümayəndələrdən biri birinci olaraq mənə yaxınlaşdı və “sən aktrisa olmaq istəyirsən” – deyə soruşdu. Uzunsaç, arıq, qara bir qız idim. 2-ci sırada otururdum. Bu sözləri eşidərkən yerimədəcə dondum, sevincimdən bilmədim ağlayam, yoxsa güləm. Mən valideynlərimdən qorxduğumu bildirdim və “evdən qoymazlar” dedim. Dedilər, biz sənin valideynlərindən icazə alarıq. Sevinə-sevinə evə gəldim. Anama hər şeyi dedim. Anam qətiyyətlə “onsuz da müsabiqədən keçməyəcəksən” dedi. Bəli, valideynlərimdən icazə aldılar. Lakin anamın dediyi kimi, 3-cü turdan keçə bilmədim. Elə bir vaxt idi ki, İncəsənət Universitetinə sənədləri verməyə cəmi bir gün qalmışdı. Elə ordan qayıdın kimi dərhal sənədlərimi İncəsənət Universitetinə verdim.

- Bundan valideynləriniz xəbər tutdumu?

- Xeyr, evdə heç kəsə bir söz deməmişdim. Elə ilk ili də daxil oldum, özü də yüksək balla. Qəbul sənətimi əlimə aldım. Qaça-qaça evə gəldim ki, mən instituta qəbul olmuşam. Təbrik eləmək əvəzinə qaş-qabaqlarını salladılar. Atamla aramızda pərdə var idi. Anam isə hirslənərək gəldi rəhmətlik Rahib müəllimin yanına ki, məni institutdan çıxartsın. Lakin Rahib müəllim icazə vermədi.

- Belə narazılıqla necə oxuya bildiniz?

- Üç il çox çətinliklər çəkdim. II kursda televiziyaya çəkildim. İnanın ki, evə gedəndə Allaha yalvarırdım ki, Əmircanda bütün işıqlar sönsün, heç kim məni görməsin.

- Necə oldu ki, siz həm ailəni, həm də sənəti birgə davam etdirə bildiniz?

- O vaxtlar anam məni sıxışdıranda söz verdim ki, ailəm də olacaq, sənətim də.

- Həyat yoldaşınızla necə tanış oldunuz? Bildiyimizə görə, o iş adamı olub. İş adamı ilə də aktrisanın birgə nikahı çox təəccüblüdür və hər kəsə də nəsib olmur.

- Allah hamının ölənlərinə rəhmət eləsin. Həyat yoldaşım artıq dünyasını dəyişib (kövrəldi). O sağ olsaydı, hər şeyi gözəl açıqlayardı. Biz tanış olmazdan bir il əvvəl o məni yuxusunda görür ki, Nardaran pirindən gələrkən anamla başım çarşablı pirdən çıxıram. Yanımızdan keçərkən qolumuzdan dartıb çıxarır və yuxudan ayılır. Bu yuxudan bir sonra bir tanış olmuşuq. O zaman “Evləri köndələn yar” tamaşası televiziya ekranlarında gedirdi. Mən orda Reyhan obrazını oynayırdım. Onun o zaman 30 yaşı var idi. Anası evləndirə bilmirdi. Məni televiziyada göstərib anasına, deyib ki, belə qız olsa evlənərdim. Sən demə, 6 aydı həyatda mənə göz qoyurmuş. Amma bilmirdi ki, mən elə o tamaşadakı qızam. Mənə nişan taxılanda birdən profildən məni görəndə tanıyıb ki, mən elə onun arzuladığı, ekranda gördüyü qızam. Mən də Raufu tanımamışdan əvvəl onların evlərini yuxuda görmüşdüm. Toy günü evlərinə gəlin gələndə evin daş-divarlarını görəndə çaşdım ki, bu mənim yuxuda gördüyüm evdir. O zamanlar mən həm də institutun komsomol katibi vəzifəsində çalışırdım, eyni zamanda dərs deyirdim.

- Teatra ilk gəlişiniz necə olub və hansı obrazları oynamısınız?

- “Evləri köndələn yar”da Reyhan, “Almaz”da Yaxşı, “Çandra üsyanında” Çandra, “İtkin gəlin”də Dünya, “Gülər”də Gülər, “Casus”da Burlaxatun və ən uğurlu tamaşalardan biri olan “İdeal”da İdeal və s. Mən 1982-ci ildə Azdramaya daxil olmuşam. O zamanlar “Nəğməli sətirlər” adlı bir veriliş gedirdi. Mən də daim o verilişin qonağı olurdum.

- Əgər keçmişə qayıtsaydınız, bu sənəti yenə seçərdiniz, yoxsa həkim və ya müəllimə olardınız?

- Çox çətin sual verdiniz. Belə ki, yenə də sənətin hansısa bir sahəsində olardım.

- Övladlarınızdan sizin sənətinizi davam elətdirən varmı?

- Hərdən fikirləşirəm ki, qızım görəsən kimə oxşayıb. Məndə uşaqlıqdan rəssamlıq qabiliyyəti də var idi. Qardaşım da rəssam idi. Mənim kimi Səkinənin də gözəl səsi və rəssamlığı var. Artıq qızım böyüyüb və istədiyi sənəti seçib, hal-hazırda sənəti üzrə də işləyir. Yəni rəssamdır.

- Bəs oğlunuz İsmayıl necə, o, hansı sənəti seçdi?

- Oğlumun uşaqlıqdan beyninə elə advokat olmaq düşmüşdü. Sevdiyi məktəbi bitirib, hal-hazırda FHN-də hüquqşünas işləyir, ailəlidir, 2 övladı var.

- Bir-birinə oxşar olmayan obrazlar oynamısınız. Həyat yoldaşınız sizi qısqanmırdı ki?

- Qısqanclıq təbii ki, hər bir kişidə olur. Bizdə də hərdən olurdu. Bir tərəfdən də bəxtim onda gətirmişdi ki, rəhmətlik qayınanam sənətşünas idi. O mənə deyirdi ki, mən həmişə sənin arxandayam Məsələn, mən Dünyanı oynamamışdan əvvəl pyesi mənə verəndə düşündüm ki, niyə mənə bu obrazı verdilər. Axı biz tamam ayrı-ayrı adamlarıq. Gəldim qayınanamın yanına, dedim ki, nə məsləhət görürsən, mənə belə bir obraz veriblər. Mənə baxdı-baxdı və dedi ki, qızım, əgər oynaya bilərsənsə, get oyna, çəkinmə, mən arxandayam. O dövrdə də mən müəyyən səbəblərdən rolsuz idim. Dedim, çəkinirəm axı yoldaşımdan. Qayınlarımdan bir az abır-həya elədim. Qayınanam dedi: “Əgər bu obrazı yarada biləcəksənsə, get oyna, qorxma”. Oynadım və çox uğurlu alındı.

- Hansı seriallarda çəkilmisiniz?

- Nəinki mənim karyeramda, respublikamızda ilk çəkilən serial “İtkin gəlin” olub. O zamanlar çox çətin idi. Montajlarda, kameralarda şərait demək olar ki, yox dərəcəsində idi. Lakin buna baxmayaraq, çox gözəl və təbii bir serial alındı və sevildi. Bu serialda hər kəs öz obrazını çox gözəl oynadı.

- Hicran xanım, ağır da olsa, deyəcəyəm. Ömrünüzün ən gözəl vaxtlarında ağır bir xəstəlik keçirdiniz. Bu haqda nə deyə bilərsiniz?

- Ehh... O vaxtları heç yada salmaq istəmirəm, şükürlər olsun bu günümə. Məni Allaha inamım bu dünyada yaşatdı. Ən azından iki dəfə öldüm və dirildim. Sağ qalmağıma güman yox idi. Əməliyyatım Moskvada keçirildi. Mənim yaşamağıma səbəb göydə Allah, yerdə Ulu öndərimiz Heydər Əliyevin dəstəyi oldu. Allah ona qəni-qəni rəhmət eləsin.

- Yeni tamaşalara və filmlərə dəvət alırsınız?

- Tamaşalarda varam. Onlardan biri İlyas Əfəndiyevin “Boy çiçəyi”ndə Nəzakət obrazıdır.

- Oynadığınız obrazlardan ən çox sevdiyiniz və yadda qalanı hansıdır?

- Bilirsiniz, mən oynadığım bütün obrazları sevərək oynamışam və yaşamışam. Son zamanlar belə bir sözlər eşidirəm. Hansı obrazı oynayırsansa deyirlər ki, sən öz həyatını oynayırsan. Bu fikirlər çox səhv fikirlərdir. Həyatımı niyə oynamalıyam e? Sadəcə olaraq mən obrazımı yaşatmışam. Bu o demək deyil ki, oynadığım obraz mənim həyatımdır.

- Hicran xanım, illər öncəki tamaşaçıların sevgisi ilə indiki sevgi arasında nə qədər fərq var?

- Teatrsevərlər həmişə var və hər teatrın da öz tamaşaçısı var. O zaman hər teatrın öz dramaturqu, öz rejissoru, öz dəsti-xətti olurdu. Son zamanlar bu dəsti-xəttin pozulması sayəsində tamaşalara bir az sevgi azalıb. Fərq budur.

- Hicran xanım, sizi son zamanlar efirlərdə nadir hallarda görürük. Buna səbəb nədir? Bəlkə dəvət almırsınız?

- Dəvət alıram. Sadəcə məni maraqlandıran bir veriliş yoxdur. İndi hər şeydə qalmaqal yaratmağı sevirlər. Mən isə bu işlərdən uzağam. İndi bütün verilişlər bir-birinə oxşayır. Bizim vaxtımızla indiki verilişlərin arasında çox fərq var. Bir sözlə, indiki efirlərdəki verilişlər şəxsən məni qane eləmir.

- Sizin efirdən istəyiniz nədir?

- Teatrlar barədə geniş mövzular qoysunlar, teatrşünas və rejissorları dəvət eləməklə teatrlar haqqında məlumatlar versinlər. İşdən evə gəlib televizoru açıb dincəlmək istəyirsən, əvəzində əsəb və sarsıntı keçirirsən. Ayıbdır axı, sovet dönəmində sənətkarları ideallaşdırırdılar. İndi sənət qalıb qıraqda, sənətkarın şəxsiyyətinə toxunaraq, qalmaqal yaradırlar. Biz xalqın gözündə kiçildilib, alçaldılmış hesab olunuruq. Bunlara da efirlər şərait yaradır. Kim-kimi boşadı, kim-kimə ərə getdi və s. ayıbdır axı. Teatr bir məktəb olduğu kimi efir də bir məktəbdir. Bu efirlərdəki verilişlərdən gənclər nə tərbiyə götürəcəklər? Bu da məni çox narahat edir.

- Teatrda ən yaxın rəfiqəniz kimdir?

- Belə bir söz var, sənətdə rəfiqə olmur. Mənə qarşı çox haqsızlıqlar olsa da, heç zaman duz-çörək itirməmişəm. Əlbəttə ki, sənətdə hər kəs özünü daha yüksək görmək istəyir.

- Demək, dostunuz yoxdur?

- Niyə ki, var. Mən neçə illərdi Həmidə Ömərovayla, Məleykə Əsədovayla, Zərnigar Atakişiyevayla yoldaşlıq edirəm. Amma bu o demək deyil ki, bir bir-birimizin evində hər dəqiqə oturub qalırıq. Çox zaman səhnədə rastlaşırıq. Sadəcə, bir-birimizə səmimi münasibətimiz olur.

- Ən böyük arzunuz?

- Ən böyük arzum odur ki, əmin-amanlıq, respublikamızda sülh olsun. Məni sevən hər bir kəsə can sağlığı və xoşbəxtlik arzulayıram. Bir ana kimi də öz övladlarımın xoşbəxtliyini görmək istəyirəm. Allah heç kəsi heç kəsə möhtac eləməsin.

- “Oxu məni”yə nə arzulardınız?

- Adından göründüyü kimi, həmişə sevilib oxunsun və ömrü uzun olsun. Sizə də minnətdaram ki, məni yada saldınız.

- Sağ olun, təşəkkür edirik.

Zənnimcə, bugünkü söhbətimiz şirin alındı. Çünki səmimiyyəti ilə dadına dad qatan respublikamızın əməkdar artisti Hicran Nəsirova idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30
Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17
Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14
Zəngəzur dəhlizi başqa adla geri qayıdır - AKTUAL
Bu gün, 06:59
“Hell”in insan sağlamlığına zərəri - VİDEOFAKT
Bu gün, 06:55
İmişlinin başçısı ÖZBAŞINA QALIB - BU DA FAKT...
Bu gün, 06:51
Rəsmi Bakı sülh prosesinə ŞOU KİMİ BAXMIR... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:48
“Beverage Retail Group” QSC-nin 224 min manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:45
Müəllimlərin sertifikasiyadan kəsilməsinin səbəbkarı onlardır - ÇÜNKİ...
Bu gün, 06:41
“Paşinyan Türkiyə ilə yaxınlaşaraq Rusiyanın təzyiqinə davam gətirməyə çalışır” - Görünəni odur ki...
Bu gün, 06:36
Bu gün Elçibəyin doğum günüdür - ANIM
Bu gün, 06:32
İsrail də atəşkəsə eyni şərtlə razılaşıb - KİV
Bu gün, 06:28
İrandan gözlənilən açıqlama gəldi - Yalnız bu şərtlə
Bu gün, 06:26
İsrail və İran tam atəşkəsə razılaşıblar - Tramp
Bu gün, 06:20
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru