Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... .....                     İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi .....                     Tramp Kiyevin hərəkətindən qəzəblənib .....                     Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər .....                     Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur .....                     Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu .....                     Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ .....                     Müğənniyə sui-qəsd İŞİ: .....                     Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb .....                     Süleyman Mikayılov Qobustanda qəbul keçirdi .....                     Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu .....                     Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? .....                     Azərbaycan nəyə və niyə hazır olmalıdır? .....                     Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb .....                     FTB Con Boltonun evində axtarış aparıb .....                     12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                 

"Mən əminəm ki, milli kinomuz bərpa olunacaq" - Şeyx Əbdül
Tarix: 14-09-2023, 08:28 | Çap et
"Mən əminəm ki, milli kinomuz bərpa olunacaq"
DİA.AZ Cebhe.info-ya istinadla Azərbaycan kinosunun taleyindən narahat olanlardan biri Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudovla (Şeyx Əbdül) müsahibəni təqdim edir.

-Bu il Azərbaycan kinosunun yaranmasının 125 illiyi qeyd edildi. Film günü ilə bağlı tədbirləri necə dəyərləndirirsiz, sizcə, Azərbaycan kino tarixinə yaraşan şəkildə qeyd olundu?

-Biz 30 ildir ki, tam müstəqil, azad dövlətik. Müstəqilliklə bağlı o qədər problemimiz var, bizə düşmən kəsilən qonşularımız, içimizin “beşinci kolon”u, nəfsinə xidmət edən məmurlar, millətə alver gözü ilə baxan iş adamları və savadsız kütlə. Ən dəhşətlisi odur ki, heç kəs öz işi ilə məşğul olmur.

Azərbaycan müstəqil dövlət kimi formalaşır, öz qanunları, öz iqtisadiyyatı, öz siyasəti var. Dövləti bir ailə kimi düşünün, içərisində hər cür adam, ərköyünlər, ipə-sapa yatmayanlar var. Mən bir daha Azərbaycan xalqına da, əlaqədar dövlət strukturlarına da, bizə rəhbərlik edənlərə, bizə mane olanlara da, ölkəni çalıp-çapıb talayıb qaçanlara da müraciət edirəm. Biz neqativləri, edilən səhvi deməliyik. “Sən ağa, mən ağa, bəs bu inəyi kim sağacaq”?!

Yəni bu mənada ən böyük silahın biri kinodur. Kino tarixdir, ideologiyadır, böyük bir təbliğat vasitəsidir, əzəmətli bir silahdır. Əgər bir millətin mədəniyyətinin başında kino yoxdursa, onun ideologiyası, təbliğatı yoxdursa, o millət gündə 10 kiloqram “ikra”, qızıl balıq yesə də xeyri yoxdur. Çünki qarın doyacaq, şişəcək, amma baş-beyin, intellekt olmayacaq. Millətin ilk növbədə öndə gedən təbliğatı, ideologiyası, mədəniyyəti formalaşmalıdır. Bundan ötrü də ən yaxşı vasitə KİV və kinodur. Bu şeyləri demək, danışmaq, yoluna qoymaq lazımdır.

Haradasa qəribə bir məmur otuzdurublar, sən millətin dərdindən, haqdan, reallıqdan danışırsan, onun kefinə dəyir. Sən axı dövlət deyilsən, xalq deyilsən, sən 3-5 il işləyib gedəcəksən. Nə deyirsən, hər kəs özünə götürür və sənə düşmən olur. Bu dəqiqə Şeyx Əbdül iqtidar yanında mənfi qələmdədir. Məni hər yerdən təcrid edirlər, uşaqlarımı işdən çıxarırlar, mən əlimdə məhkəmə qətnaməsi ilə bunlardan halal evimi ala bilmirəm.

Bunlar hamısı mənim danışdıqlarıma görədir. Yoxsa mən də abırımı, ismətimi atardım, ştatnı məddahlıq, “bəy tərifi” edərdim, hər şeyim olardı. Bu dərd var, 80 yaşında kişi, ölkənin xalq sənətkarı, professor, xalq artisti görün hansı məişət problemlərini yaşayır. Bunları mənə yaşadan təsadüfi məmurlardır. Əgər söhbət kino mədəniyyətimizdən gedirsə, heç olmasa kino sahəsində birləşsinlər, düşmən axtarmasınlar.

"Bizə cavan nazir də göndəriblər, canfəşanlıq edir..."

-Bu il kinonun 125 illiyi ilə bağlı bir neçə tədbir keçirildi. Amma yeni film təqdim olunmadı. Yəni kinonun günü vardı, özü yox idi.

-Biz bayram elədiyimiz kino sovet hökumətindən bizə miras qalan kinodur. Müasir müstəqillik dövründə hələ lazımi kino mədəniyyətini formalaşdıra bilməmişik. Çünki ictimai-siyasi format dəyişəndə, burada baş qarışır əsas dövlətçiliyə, iqtisadiyyata, hərbiyə, mədəniyyət onuncu plana keçir. Sonra görünür ki, sən demə, bunların hamısının fövqündə mədəniyyət, ideologiya, təbliğat, kino dayanırmış. Kino ilə bağlı proses 30 il ərzində bizdə çətin getdi, nəhayət, başa düşdük. Kino yubileyində yüksək səviyyədə bildirildi ki, kino həm siyasi, ideoloji, gəlir baxımdan çox mühüm, vacib sahədir. Bizə cavan nazir də göndəriblər, çox çalışqandır, hələlik müsbət imic formalaşdırıb. O da canfəşanlıq edir, görüşlər keçirir.

-Elə söz yeni mədəniyyət nazirindən düşmüşkən nazir təyinatdan sonra kino sahəsinin adamları ilə görüş keçirdi. Siz səhhətinizlə bağlı o görüşdə iştirak edə bilmədiyinizi, amma görüşüb təkliflər verəcəyiniz demişdiniz. Görüşdünüzmü, hansı təklifləri verdiniz?

-Mən nazirdən soruşdum, dedim ki, siz cavansınız, ola bilsin bilmirsiniz, neçə illərdir kinonun başı qalmaqaldadır, dağılır, məhv olur gedir. Studiyanın həyət-bacası satılır, otaqları icarəyə verilir, hətta söhbət gəlib o məqama çatıb ki, birdəfəlik bağlamaq istəyirlər. Onda nazir dedi ki, cənab Prezident mənə tapşırıb, milli kinomuz mütləq bərpa olunacaq. Əsas söz budur, hər şey birinci şəxs səviyyəsində həll olunmalıdır. Mən əminəm ki, milli kinomuz bərpa olunacaq.

-Hazırda Azərbaycan kinosunun ən böyük problem nədir? Yaxşı ssenari, rejissor, aktyor, yoxsa maddiyyat, pul?

-Kinonun bərpası üçün əsas şərt maddi-texniki bazadır. İkinci məsələ isə kadrların formalaşması məsələsidir. Azərbaycan İncəsənət Universiteti xalq üçün heç bir mədəniyyət adamı yetişdirə bilmir. Orada nə işlə məşğuldurlar bilmirəm. Lazım olan avadanlıq olmasa, kino çəkmək mümkün deyil. Bu gün dünya standartlarına cavab verən maddi-texniki baza olacaq. Birmənalı şəkildə razılaşdırılıb ki, kinostudiyanın öz akademiyası təşkil olunacaq. Yəni orada kino xadimləri yetişəcək və kinoya sahib çıxacaqlar.

Əsas arzumuz milli kinonun bərpasıdır və bu şərtin ikisinin də yerinə yetirilməsini cənab Prezident söz verib. Bunun üçün bizə bir az vaxt lazımdır. Bu darı deyil ki, əkəsən, üç aydan sonra biçəsən. Biz bu işə bu ildən başlaya bilsək, yaxın 4-5 ildə arzusunda olduğumuz kino 60-70-ci illərin kino səviyyəsindən də çox yuxarı olacaq.

"Dostum Rasim Balayevin, tələbə yoldaşım Şəfiqə Məmmədovanın mənə düşmən kəsilməsi…"

-Milli kinonun yubileyi ərəfəsində müsbət hal ölkədə fəaliyyət göstərən iki kino ittiafqınım birləşməsi oldu. Nəhayət, ətrafında söz-söhbət bitməyən ittifaqlar birləşdilər. Bu birlik kinomuza nə vəd edir?

-İki ittifaqın birləşməsini təşkil edən mənəm. Bunu dövlət qurumlarından da, kinematoqrafçılardan da soruşa bilərsiniz. Hörmətli dostum Rasim Balayevin, tələbə yoldaşım Şəfiqə Məmmədovanın mənə düşmən kəsilməsi, mənimlə əlbəyaxa olması və s. O ittifaqın davasını mən döymüşəm və gündəmə mən gətirmişəm. Hər yerdə mənim adımla gedir, bunu fəxarətlə deyirəm. Çünki belə rüsvayçılıq dünyanın heç yerində ola bilməzdi, kinonun sahibi ittifaq deyil, kinostudiyadır, kino xadimləridir. İttifaq yaşlı və gənc adamların birliyidir, ora sosial məsələlərin həll olunması üçündür. Kinonun istehsalına oranın heç bir təsir mexanzimi və adiyyəti yoxdur. Kinonun sahibi də kinorejissordur.

Qarmaqarışıq zamandan istifadə edərək növbəti bir ziyan da bu iki ittifaqın yaranması idi. Azərbaycan kinosuna, xalqına, mədəniyyətinə öz şəxsi marağı zəminində ziyan vuran manqurtlar, “aldanmış kəvakiblər” bundan məharətlə sui-istifadə elədilər. Hər iki ittifaqda büdcədən ayrılan vəsaiti öz şəxsi maraqlarına uyğun xərcləyib kef edirdilər. Hansı ki, kinonun yolunda şikəst olanlar, qocalanlar beş qəpiyə həsrət idilər.

Mənə deyirdilər ki, bu, ictimai təşkilatdır, öz işinə aid olmayan “ziyalı”lar deyirdilər ki, ictimai ittifaqdır da, qoy, neçə dənə olsun. Bu adam başa düşmür ki, bura kolxoz, fabrik, zavod deyil. Bura yaradıcılıq təşkilatıdır və dövlət büdcəsindən maliyyələşir. Dövlət büdcəsindən maliyyələşən eyni iki təşkilat necə ola bilər axı?! Kino orada qalıb, iki dənə qondarma təşkilat yaradıb, hərəsi bir milyon alıb kef edirlər.

Heç bir təzyiq olmadan, bizim mübarizəmizlə ittifaqlar birləşdi. Mən təklif eləmişdim ki, yoxlama komissiyası olsun, Ədliyyə Nazirliyindən gəlsinlər, büdcə hesabına kef edirlər, kino da yoxdur, kinoçular da acından ölür. Mənim mübarizəmdən sonra məsələ gedib Prezident Aparatına, nazirlik və kinostudiya səviyyəsinə çıxdı və bəlli oldu ki, bunlar heç bir hüquqi əsası olmayan, mahiyyətsiz ittifaqlardır.

Hər iki ittifaqın sədrləri, üzvləri və nazirliyin əlaqədar şəxsləri Nizami Kino Mərkəzində yığışdıq. Sədrlər hamımızın yanında yazılı və rəsmi surətdə etiraf elədilər, günahlarını başa düşdülər və bəyanat verdilər ki, ittiafqlar dayanmalı, bir araya gəlməli, bir yerdə biri-biirmizə arxa-dayaq olub milli kinomuzu bərpa eləməliyik.

"İttifaqın adı dəyişdiriləcək, Anar təklif edib…"

-İttifaqlar birləşdi, amma hələ sədr müəyyən edilməyib. Sizin sədrlik üçün namizədiniz varmı?

-Oktyabr ayında qurultay çağırılacaq. Adı da dəyişdiriləcək, adının dəyişdirilməsini də yazıçı Anar təklif etdi. Anar müəllim dedi ki, ittifaqlar həqiqətən çürüyüb, sovetin dövründən qaılmadılar. Yeni qurultayda qurumun adını Azərbaycan Respublikası Kinematoqrafçılar Birliyi qoyacağıq. Rəsmən mübahisələrə, düşmənçiliyə nöqtə qoyuldu.

Qanun belədir, ittifaqlar inzibati məsələləri həll edib təhvil-təslim etməlidirlər. Bundan ötrü onlara iki aydan çox vaxt verilib. Şəfiqə xanımın rəhbərlik etdiyi ittifaqın 300 nəfər, digər ittifaqın 100 nəfərdən çox üzvü var. Birlik üzvlərinin 60 faizdən çoxunun iştirakı ilə qurultay keçirilir, sədri ya idarə heyəti, ya da qurultay iştirakçıları səsvermə yolu ilə seçirlər.

İttifaqın rəhbəri də kino xadimi olmalıdır, aktyor ola bilməz. Aktyor gəlib rejissora ağıl öyrədəcək?! Bilmirəm kim təklif olunacaq, amma birmənalı şəkildə sədr rejissor olacaq.

"Ssenarilər yazdım və nazirə təqdim etdim..."

-Biz 2020-ci ildə, 30 ildən sonra 44 gün ərzində torpaqlarımızı işğaldan azad elədik. Tarixdə müharibələrə həsr olunmuş əsərlər yazılıb, filmlər çəkilib. Bəs bu hadisə ilə əlaqədar film niyə çəkmirik? Sizcə, biz buna gecikmirik?

- Həmişə tarixi, müharibə mövzusunda filmlər çəkilib. Bu gün “prodakşın” deyilən studiyalar əmələ gəlib. Çox adam da elə bilir ki, bu kinostudiyadır və onlar da film çəkəndilər. Onların bizə heç bir aidiyyəti yoxdur. Camaat eybəcər şeylərə baxıb bizi söyür. Onlara bizim təsir mexanizmimiz yoxdur. Artıq o, dövlətin problemidir. Çox təəssüf ki, camaat bunu ayıra bilmir və kino adamlarını söyürlər. Onu mən çəkmirəm ki, 400-500 seriya kino olar?! Kino olar bir saat, saat yarım və insan baxar, nəticəsini çıxarar. Kino lakonik, ideoloji təbliğat vasitəsidir.

Bunlar hamısı vahid mərkəzdən idarə olunacaq, kinomuz bərpa ediləcək və bizim görmək istədiyimiz filmlər çəkiləcək.

O cümlədən, 44 günlük müharibəyə də həsr olunan dünya səviyyəli, peşəkar, ortalıqda problem qoya biləcək filmlər çəkiləcək. Burada tarixi cinayətlər törədənlər , ərazi bütövlüyünü pozanlar dövlət səviyyəsində böyük sənət nümunəsi kimi oratya qoyulacaq. İndi çəkilən müharibə filmləri kimi olmayacaq, biz uşaq vaxtı bunlardan qəşəng “dava-dava” oynayırdıq. Bu mövzu insanlığın taleyini həll edən mövzudur.

-Növbəti filmlərdə yəqin ki, sizi də hansısa obrazda görəcəyik.

-İnşallah, qismət olar. İndi sağlamlığımla məşğulam və ən böyük xidmətim o oldu ki, Şah İsmayıl Xətai, Ağa Məhəmməd şah Qacar, Xurşudbanu Natəvan haqqında ssenarilər yazdım və heç bir maddi maraq güdmədən nazirə təqdim etdim. Həmçinin, “Qan yaddaşımız: tarixi erməni yalanları” kitabım çap olundu. “Klassik irsimiz” televiziya verilişim var idi, onu da bağladılar. Məni də işdən çıxartdılar. Hər iki uşağımı da işdən çıxartdılar. Mənə düşmən olanlara deyirəm ki, düşmən sizsiniz, məni qanıma qəltan eləsəniz də, həqiqəti deyəcəyəm. Vicdan və insafınız olsun. Güzgünü sındırmaq yox, özünüzdəki eyibləri düzəltmək lazımdır. Məndən nümunə, vətən sevgisini öyrənsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Bu gün, 17:46
İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Bu gün, 17:30
Tramp Kiyevin hərəkətindən qəzəblənib
Bu gün, 17:27
Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Bu gün, 17:20
Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Bu gün, 17:15
Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Bu gün, 16:52
Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 16:50
Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Bu gün, 16:45
Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Bu gün, 16:37
Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Bu gün, 16:17
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:13
Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Bu gün, 16:08
Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59
FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru