“Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın”
Tarix: 1-10-2022, 09:32 | Çap et
 “Ermənilər millət deyil, tayfadırlar. Mən onlara millət deyə bilmərəm. Cəbrayıl rayonu o vaxt işğal olunanda bacım oğlu şəhid oldu. O hərbi xidmətdə idi. 1 həftə məzuniyyət götürüb, bizə gəlmişdi. Dedim ki, “Nurəddin, gəl səni evdə saxlayım, getmə, qal burada”. Dedi ki, “mən başa düşmədim, məni gizlədirsən?”. Yaralandı, şəhid oldu. 1993-cü ilə qədər səsimdə kövrəklik yox idi, Cəbrayılın işğal olunması ilə o kövrəklik məndə yarandı. İndi arzulayıram ki, səsimdə qəmginlik olmasın. Həyatda hər şeyi əvəz edən olur, hər şey unudulur, həyatın qanunu budur. Amma vətən torpağı unudulmur. Unudulsaydı 30 ildən sonra işğaldan azad olunmazdı. Çox şükürlər olsun bu günümüzə” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış sənətkar Yaqut Abdullayeva deyib. O daha sonra əlavə edib.
“Cəbrayılımız və digər torpaqlarımız işğaldan azad olundu. Cəbrayıl Qarabağın açarı hesab olunur, çünki birinci Cəbrayıl alınmışdı. Cocuqmərcanlıya artıq ailələr köçmüşdü. Cəbrayıl işğaldan azad olunanda yağış yağırdı. O yağışı mən Cəbrayılın göz yaşlarına oxşadırdım. O göz yaşı tökürdü ki, siz məni nə yaxşı bu yağılardan, vəhşilərdən azad etdiniz. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimiz can sağlığı versin. Çox istərdim ki, efirlərdə qazilərimiz, şəhidlərimiz haqda xüsusi verilişlər hazırlansın. Şou həmişə var. Biz onların sayəsində torpaqlarımıza qovuşmuşuq” deyə sənətkar bildirib. Böyük sənətkar Yaqut Abdullayeva daha sonra uşaqlıq illərindən danışıb. “Televizorda mahnıları eşidirdim. Ən çox qulaq asdığım Zeynəb Xanlarova idi. Tez qələm götürüb, mahnıların sözlərini yazırdım ki, yadımda qalsın. Zeynəb Xanlarova nə mahnı oxuyurdusa onları oxuyurdum, bir növ onu yamsılayırdım. İstər mahnı oxuyanda, istərsə də muğam oxuyanda. Sonra başlayırdım özümü tapmağa, özüm kimi oxumağa. İndi atalar qızlarının əlindən tutub oxumağa aparır, amma bizim vaxtımızda mənə tək dəstək olan anam olub. Anam özü təhsil almamışdı, amma həyat təcrübəsi, dünya görüşü böyük idi. Anam deyirdi ki, “istedadı sənə Allah verib, bunu səndən heç kim ala bilməz. Anam evdə xalça toxuyurdu. Evdə xalçamızı satıb, onun pulu ilə məni festivala göndərdi. Anam mənim oxumağım üçün evdə hamıya qarşı çıxmışdı. Deyirdi ki, qoymaram Yaqut sənətindən qalsın. Mən oxuyanda anama dünyanı verirdilər” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22 |
|
|
|
| • Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14 |
|
|
|
| • Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12 |
|
|
|
| • “Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05 |
|
|
|
| • “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01 |
|
|
|
| • "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56 |
|
|
|
| • Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54 |
|
|
|
| • Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53 |
|
|
|
| • Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49 |
|
|
|
| • Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43 |
|
|
|
| • Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37 |
|
|
|
| • “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32 |
|
|
|
| • Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25 |
|
|
|
| • “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22 |
|
|
|
| • Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11 |
|
|
|
| • TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07 |
|
|
|
| • Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03 |
|
|
|
| • İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58 |
|
|
|
| • Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57 |
|
|
|
| • 50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
| • "Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32 |
|
|
|
| • Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31 |
|
|
|
| • Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43 |
|
|
|
| • Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41 |
|
|
|
| • Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39 |
|
|
|
| • Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37 |
|
|
|
| • ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31 |
|
|
|
| • Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30 |
|
|
|
| • Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04 |
|
|
|
| • Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58 |
|
|
|
| • "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54 |
|
|
|
| • NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43 |
|
|
|
| • "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35 |
|
|
|
| • Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28 |
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
|