Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                 

"Allah pensiya ilə yaşayan insanlara kömək olsun" - Nura Suri
Tarix: 13-01-2022, 08:46 | Çap et
"Allah pensiya ilə yaşayan insanlara kömək olsun"
Müğənni Nura Suri Meydan TV-yə müsahibə verib. O, ölkədə və dünyada baş verən bir sıra ictimai hadisələrə, bahalaşma və digər mövzulara toxunub. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Nura xanım, pandemiya yaradıcılığınıza hansı formada təsir etdi? Məsələn, toyların dayandırılması və ya konsertlərin keçirilməməsi baxımından?..

- Əvvəllər bütün gün efirlərdə, yaxud konsertlərdə - dövlət tədbirlərində olurdum. Üstəlik, ad günləri, toylar da vardı. Pandemiya vaxtı bunların heç biri olmadı. Sonra da yavaş-yavaş sayı azaldı. Bu da əlbəttə ki, həm maddi, həm də mənəvi olaraq pis təsir edir. Hazırda dünya iqtisadiyyatı bərbad vəziyyətdədir. Oğlum Los-Ancelesdə yaşayır. Deyir ki, Amerikada benzinin litri altı dollardır. Bu, anormal bir qiymətdir. Görürsünüz, Türkiyədə vəziyyət necədir? Lirə gündən-günə "ölür”, dollar qalxır. Düşünürəm ki, son iki il bütün insanlara, ümumiyyətlə, dünya iqtisadiyyatına ağır təsir göstərdi. Pandemiya bir çox sahələrə ciddi zərbə vurdu. Bu proses güman ki, xeyli müddət davam edəcək. Əvvəlki həyatımıza, öyrəşdiyimiz komforta - rahatlıqla bir ölkədən digərinə gedib-gəlməyimizə, güman ki, bu tezlikdə qovuşmayacağıq.

- Azərbaycandakı bahalaşma gündəlik həyatınıza təsir edib?

- Azərbaycanda ciddi bahalaşma var. Hər dəfə getdiyim marketdən eyni məhsulları alıram. Oğlumun yediyi bir məhsul var, qiyməti 24-26 manat arasında idi. Hazırda həmin məhsulun qiyməti 31 manatı keçib. Bilmirəm, bəlkə də, həmin marketə məhsulları daha çox xaricdən gətirirlər, gömrüyə görə qiymət fərqi çoxdur. Evdə kiçik oğlumla mənəm. Heyvanları sevirəm deyə ət, toyuq da yemirəm. Böyük külfəti olan ailələr necə etsin, necə dolansın? Hər məhsulun qiyməti 50 qəpik, 1 manat qalxanda, çox böyük fərq edir. Bunun yuyucu tozu, içməli suyu var. O var, bu var. Hamısı bir-birinin üstünə gələndə ciddi qiymət fərqi yaranır. Kommunal xərclər qalxıb, taxılın da qiyməti bahalaşıb. Bu sahədə ekspert deyiləm, durumun nə zaman və necə düzələcəyini də bilmirəm. Amma bu, hazırda çox ciddi problem kimi görünür. Zaman keçdikcə, imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Allah pensiya ilə yaşayan insanlara kömək olsun.

- Əksər dövlətlərdə, məsələn, Avropada, eləcə də Türkiyədə sənət adamlarına qayğı total şəkildə sezilmir. Yəni onlar sponsor vasitəsilə dəstək alırlar. Azərbaycanda bu qaydanın oturuşmamasından narahat deyilsiniz?

- Biz müharibədən çıxmış ölkəyik. Hazırda da Qarabağın bərpası istiqamətində işlər davam edir və bu proses uzun müddət gedəcək. Minalar basdırılmış ərazilərin araşdırılması, o-bu, yəni böyük işlər görülür. Hazırda hansısa şirkətin müğənnilərə sponsorluq etməyini düşünmək doğru olmazdı. Məncə, onlar sənət adamlarına yox, qazilərə, dövlətə lazım olan daha vacib məsələlərə sponsorluq etməlidirlər. Düşünürəm ki, bu məsələlər hələ bir neçə il gözləməli olacaq.

- Nura xanım, siz kifayət qədər vətəndaş mövqeyi olan sənətçisiniz. Maraqlıdır, niyə çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz əlaməti olan proseslərdə iştirak etmirsiniz?

- Sadaladığınız problemlər bütün dünyada var. "Цветок пустыни” ("Desert Flower”), "Сожжённая заживо” ("Burned Alive: a Victim of the Law of Men”) avtobioqrafik romanları buna nümunədir. Qadına qarşı zorakılıq din, dillə bağlı bir məsələ deyil. Avropa ölkələrində də qadınlara qarşı zorakılıq halları çoxdur. "Netflix”də real hadisələrə əsaslanan silsilə qətlləri əks etdirən, qatillər haqqında filmlərə baxanda, məəttəl qalırsan. Xaricdə, dünyada elə hallar baş verir, düşünürsən ki, bizə çox şükür. Biz balaca ölkəyik, üstəlik də, o nə deyər, bu nə deyər söhbəti, mentalitet də var. Ümumiyyətlə, meqapolisdən, böyük ölkələrdən bir az sıxılan adamam. Amerikada özümü narahat hiss edirəm. Ölkə böyükdür, insanlar sıxdır. Amerikada silahı çıxarıb kimisə güllələyib getmək, az qalsın, adi haldır. Get, sonra qatili axtar, görüm necə tapırsan. Azərbaycanda hər yer kameradır. Bizdə elə böyük cinayətlər olmur. Olanda da üstü açılır.

- Azərbaycan feminist hərəkatı hər il 8 martda "8 Marş” yürüşü keçirir.

- Yürüş keçirməyin, yaxud da bu haqda danışmağın köməyi olmayacaq. Bütün problemlər uşaqlıqdan yaranır. Fikir verin, xaricdə problemli ailələrdən uşağı alıb, övladlığa uşaq götürmək istəyən daha uğurlu ailəyə verirlər. Bizdə bilmirəm belə bir qayda-qanun varmı? Problemli ailələrdə böyüyən uşaqlarda psixoloji travmalar şüuraltında qalır. Böyüyəndə daha ciddi problemlərə, qaressiyaya düzgün münasibət qura bilməməyə səbəb olur. Hər şey ailədən, daha sonra da məktəbdə təshildən başlayır. Təhsilə çox böyük önəm verdiyim üçün həyat yoldaşımdan qalan evlərimi satıb, uşaqlarımın təhsilinə yatırım etmişəm. Kiçik oğlum, özəl məktəbdə oxyur, sinif rəhbəri psixoloqdur. Əslində, belə olmalıdır. Oğlum ailədə hansısa bir psixoloji travma alsa, məktəbdə aqressiya göstərəcək. Ya da sabah həyat yoldaşına qarşı aqressiv olacaq. Zorakılıq, aqressiya tək qadınlara qarşı olmur. Oğlan uşaqlarına da qarşı olur. Xalid Hüseyni kitabını oxumusunuzsa, bilirsiniz.

- "Çərpələng uçuran”.

- Bəli, kitabı oxuyandan sonra uşağımı bir ay evdən həyətə buraxmağa qorxurdum ki, birdən nəsə olar. Əməlli-başlı stress, narahatlıq yaşamışam. Deməyim odur ki, problemin kökündən həll olunması üçün başqa işlər görülməlidir. Oğlum özəl məktəbdə təhsil alır. Özəl məktəblərin üstünlüyü, təkcə təhsil sistemində deyil. Adi kənd məktəbini oxuyub, yüksək balla universitetə daxil olanlar var. Yaxud da xaricdə magistr oxuyub, gəlib, haradasa böyük vəzifədə çalışan insanlar var. Heydər Əliyev kimi dahi bir insanı götürək. Məgər o, özəl məktəbdə təhsil alıb Heydər Əliyev olmuşdu? Sadəcə, bəzi nüanslara görə fikirləşmişəm ki, konsert verməyim, əynimə bahalı paltar almayım. Amma uşağıma elə təhsil verim ki, orada psixoloji təzyiqlə üzləşməsin. Təhsildən daha çox bu məqamlara önəm vermişəm. Uşaq psixoloji travma almasın, "bulling”lə üzləşməsin. Özəl məktəblərdə də buna ciddi diqqət edilir. Oğlumun təhsil aldığı sinifdə səkkiz uşaq var. Belə olanda da hər hansı bir problem varsa, məktəb anında maraqlanır, vaxt ayıra bilir. Yadımdadır, bizim vaxtımızda dövlət məktəblərində bir sinifdə 30-40 uşaq oxuyurdu. Mən demirəm ki, orada adi məktəbdən daha üstün təhsil verirlər. Çünki adi məktəblərdən də çox oxumuş uşaqlar çıxır. Özəl məktəblərdən də heç bir universitetə daxil ola bilməyən uşaqlar var. Sinifdə uşaqların çox olması müəllimi yorur. Fikirləşin ki, müəllimlər bu qədər uşaqla ünsiyyətdə olur. Biz valideynlər evdə bir-iki uşağa tərbiyə verənə kimi nələr çəkirik. Çox vaxt müəllimlərdə də günah görmürəm. İndiki dövr bir az başqadır. Bizim dövrümüzdə müəllimə Allahdan sonra müqəddəs varlıq kimi baxırdıq. Axşam saat "РЎРїРѕРєРѕР№РЅРѕР№ ночи, малыши” uşaq verilişinə baxıb yatırdıq. Bir də "Приключения Электроника” filminə baxırdıq. Bunlar isə lazım olan və olmayan məlumatı çox asanlıqla əldə edə bilirlər. Beyinə çoxlu informasiya daxil olur. Bu da uşaqlarda aqressiya yaradır.

- İnternet, informasiya çoxluğundan söz düşmüşkən, dünyada keyfiyyətsiz mahnılar və ifaçılar daha çox dinlənilir. "YouTube” trendlərində əksər hallarda keyfiyyətsiz, bayağı videolar olur. Hətta bizim absurd hesab etdiyimiz kitablar bestsellerə çevrilir. Necə düşünürsünüz, zövqsüzlük dünyada trenddir?

- Dünyanın qaydaları ara-sıra belə dəyişir. Vaxt vardı, ağıllı qadınları cadugər adıyla yandırırdılar. Bir ara eyni dövrdə yaşayan rəssamlar vardı, sonra da yazıçılar. İndi də giclik dəbdədir. Dünyanı anlamağa çalışanlara Yuval Noah Hararinin "Sapiens” və "Homo Deus” kitablarını, Corc Oruelin "1984”, bir də Oldos Hakslinin "Рћ дивный новый РјРёСЂ” ("Brave New World”) antiutopik romanlarını oxumağı tövsiyə edirəm. Bu yazıçılara müraciətdən sonra dünya anlayışınız dəyişəcək. Nə baş verdiyini başa düşəcəksiniz.

- Freddi Merkyuri müsahibələrindən birində demişdi ki, kitab oxumuram, bu, mənə vaxt itkisi kimi gəlir. Bilirəm, bu sözlərə görə məni öldürə bilərlər. Necə düşünürsünüz, müğənni kitab oxumalıdırmı? Yaxud kitab oxumayan müğənniləri buna görə qınamaq doğrudurmu?

- Düz deyib, o, sənətlə məşğul olub. Arada mənim üçün deyirlər ki, oxuyub, savadlıdır, onunla hər mövzuda danışmaq maraqlıdır. Bu, mənim özümün əldə etdiyim uğur deyil. Elə ailədə doğulub, böyümüşəm ki, evimzidə ən böyük otaq kitabxana olub. Dayım Rasim Mirzəyev dilçi-alimdir. Babam ədəbiyyatşünas idi. Ailədə hərbçilər, müəllimlər, hamı oxumuş olub. Belə bir mühitdə doğulub, böyümüşəmsə, kitab oxumağım nailiyyət sayılmır. Ailəmdə nə görmüşəm, onu götürmüşəm. Elə ailərlər var ki, oxumayıblar. Bəlkə də, məktəbə getməyə imkanları olmayıb. Allah gözəl səs, sənət verib, bu adam oxuyur. Elə kasıb ailə də olub ki, bəlkə də, kitab almağa imkanları olmayıb. Axı bu onun günahı deyil. Söhbət müəllim, yaxud həkimdən getsəydi, əlbəttə ki, kitab oxumağın vacibliyindən danışa bilərdik. Müəllim uşağıma dərs keçir, onun həyatında rolu var. Həkim də sağlamlığımı, həyatımı qoruyur. Onun savadsız olması kiminsə həyatına xələl gətirə bilər. Müğənni kitab oxudu-oxumadı, Allah ona istedad verib, bundan istifadə edib. Heç kimə də ziyan gətirmir. İstəyirsən qulaq as, istəyirsən, qulaq asma. Düşünürəm ki, bu məsələdə müğənnilərin üzərinə getmək düzgün deyil. Bizdə bir çoban oğlan vardı. Acun onu Türkiyəyə, "O ses Türkiyə” verilişinə dəvət etdi. Adam çobandır, gül kimi səsi var, əla da oxuyur. Bunda ayıb nə var?!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru