Masallıda belə "fərasətli" məmurlar da var imiş - Ölən adama sosial yardım veriblər... - Bir kəndə sığmayan böyük yeyinti
Tarix: 21-11-2014, 09:38 | Çap et
 Masallı rayonu əhalisinə görə Azərbaycanın ən sıx rayonlarından olduğu kimi, Qızılağac kəndidə Masallı rayonunda kəndlər arasında bir çox xüsusiyyətlərinə və ən əsas əhali sayının çoxluğuna görə daima diqqətdə olub, bu gündə belədir.
JAM.AZ xəbər verir ki, bu kənddə 2002-ci ildə bir başa İcra Hakimiyyəti tərəfindən nifaq toxumu səpilib. O vaxtdan bu günədək icra başçıları bir neçə dəfə dəyişilsə də, bu vəziyyət yenilərə sərf etdiyi üçün o vaxtkı “şeytanın quyruğu” bu gün də kənddən çıxmır. Kənddə mini “İqtidar” və mini “müxalifət” sistemi qurulub. Zaman-zaman bir tərəf “iqtidar”, digər tərəf isə “müxalifət” olur. Daha doğrusu, kim çox “hörmət” etməyi bacarırsa, hakimiyyəti o ələ alır. Və ya “iqtidardakı” komanda bezib və müflis olursa, o tərəf “müxalifətə” keçib, zamanı və güclənməsini gözləyir. Köhnə “müxalifət” isə “iqtidar”a çevrilib zamanı çatanadək müflisləşib yerini dəyişir.
Düzdür, arada bu komandadan digərinə “transfer”lər də olur. Kənddəki hakimiyyət həmin “transferin” kapitanlığı altında öz iqtidarını sürür, sadə camaatda eynilə futbol maçında olduğu kimi, tamaşaçı rolunda “top” kimdədirsə, onu tərəfə baxır. Beləliklə, Qızılağac üçün həyat beləcə davam edir…
JAM.AZ-a verilən məlumata görə, indi kənddə bu “müxalifət-iqtidar” oyununun əsas siması Şamil Məmmədovdur. Bu şəxs kənddəki hakimiyyətə bir neçə dönəm “müxalifət” olan Zakir Abuşovun komandası ilə, “xeyriyyəçilik” pərdəsi altında 2009-cu il Bələdiyyə seçkilərində oyuna qatılıb. İnsafla desək, həmin vaxt kənddə yaxşı hörməti olan Ş.Məmmədov seçkiləri müvəffəqiyyətlə başa vurdu. Ancaq hakimiyyətin “özünə məxsus seçki texnalogiyası” onu “ofsaytda” qoyaraq, yekunda seçkini uduzmağa vadar etdi.
Bunu özünə sindirə bilməyən Məmmədov 2010-cu ildə kənd icra nümayyəndəsi Tahir Abdullayevi şantaj və qaydalara zidd, özünə yaxın kanallarla vəzifəsindən uzaqlaşdırıb, ozu “kənd icra nümayyəndəsi” postunu tutmağı bacardı. O gündən Qızılağac kəndində “hərbi xunta” rejimi başladı…
Ş.Məmmədov özü ilə bərabər kəndə bir neçə yeni “əndirəbadi” qanunlar da gətirməyə başladı. O, bu qanunları polis vasitəsilə həyata keçirməyə cəhd etsə də, işlədiyi dövürdə bu qanunlara camaat etiraz edir və yavaş-yavaş həmin “qanunlar” öz əhəmiyyətini itirməyə başlayırdı.
İcra nümayəndəsi işlədiyi dövrdə etmədiyi qanunsuzluq, camaata etmədiyi pislik qalmadı. Elə ünvanlı sosial yardım maxinasiyasında 2013-2014-cü illər ərzində 187ünvanlı sosial yardım alan vətəndaşların 119-nu saxta arayışlarla təmin edərək, həmin vətəndaşların xəbəri olmadan dövlətdən yüksək məbləğdə pul ayrılmasına rəvac verdi. Bu 119 vətandaşın içində Ş.Məmmədov əsasən kənddə yaşamayıb, qeydiyyatda olan insanlar, maddi yardıma ehtiyyacı olmayanlar, hətta xaricdə yaşayanlar da azlıq təşkil eləmirdi. Təxmini hesablamaya görə Ş.Məmmədov 1 il ərzində belə maxinasiya ilə dövlətə 500.000 manatadək zərər vurub.
Maraqlı odur ki, kənd sakinləri dəfələrlə Prezidentə və başqa aidiyyərli orqanlara şikayətlər ünvanlasalar da, indiyədək heç bir vətəndaşa şikayətilə bağlı cavab gəlməyib. Səbəb isə bütün şikayətlərin İcra Hakimiyyəti tərəfindən “həll edilməsi”dir.
JAM.AZ-ın araşdırmalarına görə, bu maxinasiyada ən maraqlı məqam 15 avqust 2012-ci ildə faciəvi surətdə vəfat etmiş Ağabalayev Hüseyn Mərdan oğluna ailəsinin belə xəbəri olmadan Ş.Məmmədovun 18 avqust 2013-cü ildə saxta arayış verməsidir. Bu hadisədən bir neçə müddət sonra xəbər tutan vəfat etmiş şəxs Hüseyn Ağabalayevin ehtiyac girdabında boğulan ailəsi, qardaşı Ağabalayev Əli Mərdan oğlu, yoldaşı Ağabalayeva Elnarə Ələmqulu qızı 10 iyun 2014-cü ildə Masallı Rayon Polis Şöbəsinə şikayət edirlər. İşlə əlaqədar cinayət işi açılıb, hal-hazırda iş Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Nizami Caniyevin icraatındadır.
Məlumatlara görə, Ş.Məmmədov İcra Nümayyəndəsi vəzifəsindən istefa verərək, komandasının müəyyənləşdirməklə bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb. Məqsəd Bələdiyyə sədri postunu ələ keçirməkdir. Amma ortada qaranlıq məqamlar da var. Məsələn, Ş.Məmmədov hal-hazırda dövlətin Qızılağac kəndində olan 1 nömrəli adamı idisə, nədən Bələdiyyə sədri olmaq istəsin? Və ya onun haqqında cinyaət işi olduğu halda 71 saylı Masallı kənd DSK-sı namizədliyini necə qeydə alıb? Altı aydır barəsində cinayət işi açılan Ş.Məmmədovun cinayətini kimlər və niyə ört-bastır edir? Hər halda bu suallara aydınlıq gətiriləcək.
      


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18 |
|
|
|
• Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01 |
|
|
|
• Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47 |
|
|
|
• 6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42 |
|
|
|
• “Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15 |
|
|
|
• TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12 |
|
|
|
• Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00 |
|
|
|
• İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55 |
|
|
|
• İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52 |
|
|
|
• "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46 |
|
|
|
• Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37 |
|
|
|
• Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32 |
|
|
|
• İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27 |
|
|
|
• “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22 |
|
|
|
• Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20 |
|
|
|
• Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18 |
|
|
|
• Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04 |
|
|
|
• Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01 |
|
|
|
• Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49 |
|
|
|
• Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42 |
|
|
|
• “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31 |
|
|
|
• İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23 |
|
|
|
• Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21 |
|
|
|
• Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17 |
|
|
|
• 16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15 |
|
|
|
• Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10 |
|
|
|
• Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08 |
|
|
|
• Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04 |
|
|
|
• İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01 |
|
|
|
• İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Dünən, 15:51 |
|
|
|
• ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Dünən, 15:48 |
|
|
|
• TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Dünən, 15:00 |
|
|
|
• Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Dünən, 14:57 |
|
|
|
• Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Dünən, 14:52 |
|
|
|
• Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Dünən, 14:49 |
|
|
|
• ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Dünən, 14:45 |
|
|
|
• Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Dünən, 13:08 |
|
|
|
• Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Dünən, 12:59 |
|
|
|
• Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:47 |
|
|
|
• Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Dünən, 12:35 |
|
|
|
• “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Dünən, 12:29 |
|
|
|
• Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Dünən, 12:28 |
|
|
|
• Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Dünən, 12:22 |
|
|
|
|