Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                 

1 milyonluq oğurluğun üstünü açan ARDNŞ əməkdaşı işdən niyə qovuldu? - "Prezidentimizdən kömək istəyirəm"...
Tarix: 21-10-2014, 10:57 | Çap et
1 milyonluq oğurluğun üstünü açan ARDNŞ əməkdaşı işdən niyə qovuldu?
Bakı Dərin Özüllər Zavodunda uzun illər laboratoriya mühəndisi, sonra elektrik təchizatı sexinin rəisi işləmiş mütəxəssis vicdanının qurbanı olub... Belə ki, o, Prezidentin korrupsiyaya qarşı mübarizə çağrışlarından ruhlanaraq Dövlət Neft Şirkətinə tabe olan “BOSŞelf” MMC-də baş vermiş 1 milyon manatlıq oğurluğun üstünü açdığına görə mükafatlandırmaq və başqalarına da nümunə göstərmək əvəzinə, əksinə, onu işdən çıxarıblar... Bu barədə Arif Cavadov “Təzadlar”a göndərdiyi şikayət məktubunda yazır.
“Mən vicdanımın səsinə qulaq
asaraq böyük bir oğurluğun üstünü açdım, dövlətimin maraqlarını
qorudum, amma bəzi məmurlar mənə axmaq kimi baxdılar...”

Dünən şikayətçi Arif Cavadovla telefon əlaqəsi yaratdıq və o, şikayət məktubunda yazdıqlarını təsdiqləməkdən əlavə, bizə bəzi sənədlərin və ona verilmiş cavab məktublarının surətini göndərdi. Sözlərindən belə məlum oldu ki, o, çalışdığı müəssisədə dövlətimizin maraqlarına vicdanla yanaşıb, amma... Onun Prezidentə şikayət məktubundan:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev-25, mənzil-3-də yaşayan
Cavadov Arif Səfiyar oğlu tərəfindən
Şikayət
Hörmətli cənab Prezident!
Mən doqquz aydır ki, haqsızlıq və ədalətsizlik qurbanı olduğumu sübut edə bilmirəm. Mənim doqquz ay ərzində on dəfə müraciyət etdiyim Baş Prokurorluq, MTN, Ombudsman və Dövlət Neft Şirkəti şikayətimi araşdırmır. İfşa elədiyim 1.000.000 azn dəyərində mal və material oğruları hələ də azadlıqdadırlar. Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun mənə ünvanladığı məktubda yazır ki, məlum oğurluq hadisəsi baş vermiş “BOSŞelf” MMC ARDNŞ-nin strukturuna daxil olmadığı üçün ona nəzarət imkan xaricindədir”.
Bəs onda “BOSŞelf”ə niyə Dövlət Neft Şirkətinin ən aparıcı müəssəsini idarə etməyə icazə verilib? Onlar Azərbaycan Dövətinin daxilində özbaşnalıq edirlər, hətta əlli tonluq körpülü kranın üç gün yalandan “detal yoxdur” deyərək saxlayırlar. Halbuki qizli anbarda detallar var və üç gün ərzində sifariş yazılır, pullar mənimsənilir, sonra kran təmir olunur. Bu korrupsiya deyil, həm də bu artıq sobatajdır. Onların düşmən dəyirmanına su axıtmaları mənim vicdan və əqidəmə zidd olduğu üçün bu addımı atdım. Həmçinin ilk növbədə Sizin, cənab Prezident, korrupsiya ilə mübarizə kampaniyanızdan ruhlandım. Dövlətimizin BMT-nin Korrupsiyaya qarşı mübarizə konvensiyasına qoşulmasını Baş Prokurorluqda da inanıram ki, yüksək dəyərləndirirlər. Amma nədən hələ də “Get kimə şikayət edirsən-et!, -deyən məsuliyyətsizlərin fəaliyyətinə son qoyulmur?
Vicdan susmayanda...

Həqiqətən də ağrılı məsələdir. Niyə dövlətinin iqtisadi maraqlarına vicdanlı münasibət bəsləyənə belə münasibət olsun?
Özü demiş, vicdanlı olmasının qurbanı olan şikayətçi Arif Cavadovla söhbətimizdən belə məlum oldu ki, o, 1988-ci ildən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işləyib. Düz 25 il:
-Əvvəllər laboratoriyada mühəndis vəzifəsində çalışmışam, sonrakı illərdə isə elektrik təchizatı sexinin rəis müavini işləmişəm. 2012-ci ildə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev zavoda gəldi və işçilərlə görüşdü. Məlum oldu ki, zavod 10 il müddətinə “BOS-şelf” MMC-yə icarəyə verilir. Hətta zavodun 2000-dən çox işçisinin bəzi sualları oldu ki, gələcəkdə iş problemi olmayacaq ki? O, üzünü bizə tutaraq dedi ki, icarəçinin xarici şirkət olması ilə kadr sistemində xüsusi bir dəyişikliyin olmayacaq. Yəni, hamı öz işində qalıb işləyəcək. Əslində, biz - dövlət müəssisəsində işləyənlər xarici MMC-lərdən ehtiyatlanırıq. Onlara etibar etmək çətindir. Uzun illər zavodda işləmişik, heç bir problemimiz yox idi. 2013-cü ilin əvvəlindən bizimlə əmək müqaviləsi bağlandı. Əvvəl 3 aylıq, sonra illik. Ötən il seçki ili olduğu üçün Prezident də televiziya ilə çıxışlarında korrupsiya ilə mübarizənin vacibliyini vurğulamışdı. Bunu ən az 20 dəfə mən özüm eşitmişəm. Nazirlər Kabinetindəki çıxışları, Baş Prokurorluğun korrupsiya ilə mübarizə konsepsiyası və s. ürəyimcə olub. Həm də düşünmüşəm ki, niyə də xarici şirkət Azərbaycanda korrupsiyaya ilə məşğul olmalıdır. Axı məhz Avropadır ki, bizi də Sovet sistemindən fərqli, təmiz yaşamağa çağırır.
Həmin dövrdən bizim zavodun enerji və mexanika sahəsinə Seymur Hacıyev adlı şəxs kuratorluq edirdi. O, 3-4 ildir BOS-şelf MMC-də çalışır. 2013-ci ilin oktyabr ayında S.Hacıyevin zavodumuzun ərazisində gizli anbar kimi saxladığı saxlancda çoxlu mal və materiallar barədə işçilərdən biri zavod rəhbərliyinə məktubla məlumat verdi. Onun anbarlarda saxladığı elektrik avadanlıqları bir neçə dəfə dövriyyəyə buraxılmışdı. Sənədlərdə yazılırdı ki, guya mal alınıb istifadəyə verildi, əslində isə həmin mal alınmırdı. Yəni alınsaydı, biz sex işçiləri bunu görərdik. Bu məsələdən bir xeyli keçdi... Bunun müqabilində zavodun rəhbərliyi daxildə bir komissiya təşkil elədi, 2013-cü ilin oktyabr-dekabr aylarında gizli anbarlarda saxlanılan, dəfələrlə dövriyəyə buraxılan 1 milyon manat dəyərində mallar siyahıya alındı və götürüldü, sonra zavodun əsas anbarına yığıldı. Bundan sonra başımıza müsibətlər gəlməyə başladı. S.Hacıyev bu qədər malın əlindən çıxması ilə əlaqədar müraciət edəni axtarmağa başladı. Mən də dövlətimizin maraqlarından, Prezidentin korrupsiya ilə mübarizə çağırışlarından ruhlanaraq bu məsələyə qarşı etiraz səsimi qaldırdım. Bildirdim ki, dövlətin malı niyə də oğurlanmalıdır? Bir sözlə, günahkar S.Hacıyev cəzalanmalıdır və s. 2013-cü ilin dekabrın 23-də məni işdən çıxartdlar. Adını da qoydular ki, müqavilə müddətim bitib. Heç bir izahat vermədilər. 25 illik qüsursuz işləməyimi də nəzərə almadılar... Ortada komissiya aktı, maddi sübut ola-ola, anbarlardakı malları gözləri ilə gördükləri halda Seymur Hacıyevə bir kəlmə də söz demədilər...
-Niyə?
-Çünki o, hamının bildiyi kimi, yüksək vəzifəli bir şəxsin kadrıdır... Hansı ki, biz tələb edirdik ki, S.Hacıyev işdən azad olunmalı və cinayət işi qaldırılmalıdır, amma bu baş vermədi. Əksinə, onun hörməti bir az da qalxdı, çünki hamıda belə təsəvvür yarandı ki, artıq o, “odda yanmaz, suda batmaz”dır. Mən sonra zavodun direktoru Axundova məktub yazıb soruşdum ki, Seymur Hacıyev milyonlarla manatlıq mal “yediyi” halda işdən çıxarılmayıb, mən niyə işdən çıxarılıram? Mənim oğlum əlində silah Tovuzda səngərdədir, sənin kimiləri qoruyur. Xahiş edirəm, bu suala cavab verin. Amma cavab vermədilər. 2014-cü il yanvar ayının sonları zavodun mühafizə üzrə meneceri Azər mənimlə görüşdü, direktora göndərdiyim məktubda yazdıqlarımı sübuta yetirəcəyimə şübhə ilə yanaşdığını söylədi.
-Niyə Dövlət Neft Şirkətinin rəhbərliyinə şikayət etmədiniz?
-Etdim... Şikayətimdən sonra şirkətin audit şöbəsinin işçisi Zalid Tağıyev mənimlə görüşdü və korrupsiya faktları ilə bağlı məlumatları ətraflı olaraq ona açıqladım... O isə söz verdi ki,bu faktlar barədə rəhbərliyə məlumat verəcək. Buna cavab olaraq şirkətin vitse-prezidenti Mikayıl İsmayılov 12 mart 2014-cü ildə mənə cavab məktubu göndərdi. Məktubda “BOS-şelf” MMC-nin ARDNŞ-nin strukturuna daxil olmadığını əsas gətirərək ordakı problemlərin SOCAR-a aidiyyatı olmadığını yazmışdı. Maraqlıdır, dövlətimizin malını kimin oğurlamasından asılı olmayaraq, tədbir görülməli idi. Həm də bizim Dərin Özüllər Zavodu xarici şirkətə satılmayıb, icarəyə verilib... M.İsmayılov məktubunun sonunda aidiyyatı qurumlara müraciət etməyimi məsləhət bilmişdi. Mən də bundan sonra İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), Prezidentə yazdım. Şikayətim SOCAR-a göndərilmişdi. Mənimlə əlaqə saxlayanlara dedim ki, söhbət mənim işə bərpa olunmağımdan getmir. Mən korrupsionerləri ifşa eləmək istəyirəm, onların korrupsioner olduqlarını sübut etdikdən sonra işə qayıtmaq barədə fikirləşərəm. İnanın, düz 10 dəfə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə də məktublar göndərmişəm.
Onlar da müraciətlərimi şikayətçi olduğum firmanın, şirkətin rəhbərliklərinə ünvanlayıblar. Maraqlıdır, bəzən 30-40 min manatlıq mal-material çırpışdıran məktəb direktorunui həbs edirlər, amma dövlətin 1 milyon manatlıq malını oğurlayana bir kəlmə də söz deyilmir... Sonradan “BOS-şelf” MMC-nin insan resursları məsələləri və DİŞ ilə iş üzrə meneceri Qalib Həsənov mənimlə görüşdü. O, mənə dedi ki, bu şirkət beynəlxalq standartların tələbi olaraq layihələrdə iştirakın və şəffaflığın təmin edilməsi məqsədilə “Ernst & Young”, “Bureau Veritas” kimi beynəlxalq audit şirkətləri tərəfindən hər il mütəmadi tam daxili auditdən keçir. Mən isə ona dedim ki, təkcə mən yox, onlarla zavod işçisi 3 ay ərzində gizli anbarlarda saxlanılan malların siyahıya alınıb müsadirə edildiyinin şahidi olmuşuq. Audit şirkətləri isə sizin kağızları araşdırır.
Orada isə təbii ki, oğurluq görünmür... Hansı ki, Seymur Hacıyev sabotajla məşğuldur. Məsələn, o, 50 tonluq kranın işini “kontakt yoxdur” bəhanəsi ilə üç gün dayandırıb və həmin müddətdə sifariş yazdıraraq pulunu mənimsəyib, ondan sonra kranı gizli anbarda saxladığı detallarla işə salıb. Fakt budur ki, 200-dən çox “kontakt” həmin gizli anbarda vardı. Onu almaq üçün sifariş yazdılar, tələb olunan malın pulu ayrıldı, mənimsənildi və ondan sonra guya “kontakt alınıb gətirildi”, kran “təmir olundu”. 3 gün boş yerə işi dayandırdılar. Bu barədə yazdıqlarım da bir fayda vermədi. Təsəvvür edin, generator yüksüz işləmə vaxtı, tutaq ki, 300 litr yanacaq yandırırsa, yük altında işləyəndə 500 litr yandırır. Generator adətən yüksüz işləyir. Lakin onlar həmişə 500 litr sərf olunduğunu yazırlar. Bununla da gün ərzində 1 ton yanacaq sərf olunursa, 2-3 ton silirlər... Məni ilk növbədə Hacıyevin qanunsuz hərəkətləri maraqlandırır.
Bu hadisələr baş verəndə və komissiya onun kələyinin üstünü açanda o, mənim adımı verib işdən çıxartdırmışdı və özü isə Truskavesə qaçmışdı. Mənimlə birgə Ramiz Kərimov da işdən çıxarıldı. O, McDermott şirkətində “qızıl kaska” daşıyan energetika mütəxəssisi idi. Dərin biliyə malik bir insandır. 2-3 il idi BOS-şelf-də işləyirdi. Mənimlə yoldaşlıq etdiyinə görə “repressiyalılar siyahısı”na düşdü. Dövlətimizin Konstitusiyası, Cinayət Məcəlləsi var, korrupsiyaya qarşı mübarizə aparırıqsa, Parlament BMT-nin Korrupsiya ilə Mübarizə Konvensiyasını ratifikasiya edibsə, bu mübarizə həqiqətən də aparılmalıdır. Mən də bunu vətəndaş kimi tələb edirəm. Bu zavodda konkret şikayət və bir korrupsioner qruplaşma var. Hətta Seymur Hacıyevin əməlləri barədə direktor İxtiyar Axundova zəng edib, bildirilib. Amma o, Seymuru himayə edir. Belə çıxır ki, mən Prezidentin korrupsiyaya qarşı mübarizə barədə çağırışlarının və vicdanımın qurbanı olmuşam. Ona görə də Prezidentimizdən kömək istəyirəm...
***
Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Bu gün, 21:01
Qətər öz hava məkanını bağlayıb
Bu gün, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Bu gün, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Bu gün, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Bu gün, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Bu gün, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Bu gün, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Bu gün, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Bu gün, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Bu gün, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Bu gün, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru