"Müdafiə Nazirliyi və hadisəyə görə məsuliyyət daşıyan adamlar təqsirkar sayılmalıdır..." - AMMA...
Tarix: 6-03-2024, 09:42 | Çap et
 Göygöldəki hərbi hissələrin birində xidmət edən əsgərlər dağlıq ərazidəki meşədə odun toplayıb daşıyarkən qayadan yıxılıblar. Əsgərlərdən biri - boynu sınan, mədəaltı vəzi və dalağı cırılan 19 yaşlı Asəf Əzməmmədov oradaca yaşamını itirib.
diaaz.space bildirir ki, A.Əzməmmədovun ölümündən az sonra atası Lazım Əzməmmədov da ürəktutmasından dünyasını dəyişib.
Qısa müddətdə həm oğlunu, həm də həyat yoldaşını itirən Nərgiz Əzməmmədova mənəvi ziyana görə kompensasiya tələbi ilə məhkəməyə üz tutub. O, həm Müdafiə Nazirliyinə, həm də Maliyyə Nazirliyinə qarşı iddia qaldırıb.
Əsgərlərin qayadan yıxılıb xəsarət almasına və birinin ölümünə görə hərbi hissənin istehkam bölüyünün komandiri və daha bir səlahiyyətlisi cinayət məsuliyyətinə cəlb olunub. Onlar həbs edilməyiblər, hər birinə Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə 5 il şərti cəza verilib.
"Yoldaşım dözə bilmədi, ürəyi partladı. İndi həm oğlumun, həm də yoldaşımın dərdini çəkirəm. Bir ana üçün övladını itirməyin əzabını sözlə ifadə eləmək mümkün deyil. Bu dərdi bölüşdüyüm yoldaşım da getdi. Canlı ölü kimiyəm. Bəzən səhərə qədər yata bilmirəm...", - məhkəmədə mənəvi ziyana görə təzminat tələbini əsaslandırarkən N.Əzməmmədovanın dilə gətirdiyi sözlərdir.
diaaz.space bildirir ki, Maliyyə Nazirliyi məhkəməyə etiraz məktubu göndərib və bu işdə cavabdehlik daşımadığını vurğulayıb. Məktubda bildirilib ki, Müdafiə Nazirliyi və hadisəyə görə məsuliyyət daşıyan adamlar təqsirkar sayılmalıdır. Kompensasiya tələbi də Müdafiə Nazirliyinə, ya da həmin şəxslərə yönəlməlidir.
Müdafiə Nazirliyinin nə nümayəndəsi məhkəməyə gəlib, nə də oradan hər hansı yazılı bilgi göndərilib.
Qobustan rayon sakini olan N.Əzməmmədova bildirib ki, hərbi xidmətə yolladığı sağlam övladını məsuliyyətsizlik üzündən itirib. Ana bu səbəbdən mənəvi ziyanın əvəzi olaraq dövlətdən 50 min manat təzminat tələb edib.
Məhkəmə qərar verib ki, A.Əzməmmədovun qayadan yıxılıb ölməsinə görə dövlət onun anasına təzminat ödəməlidir. Amma məhkəmə təzminat məbləğini 40 min manat müəyyənləşdirib. Bu vəsaiti Maliyyə Nazirliyi ödəməlidir.
"Məhkəmə hesab edir ki, vurulmuş zərər dövlət büdcəsi hesabına ödənilməlidir. Dövlətin maliyyə ilə bağlı səlahiyyətlərini isə Maliyyə Nazirliyi həyata keçirir. Nərgiz Əzməmmədovaya, onun oğluna qarşı qanunsuz hərəkətlər Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda, zərərin əvəzi dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən tutulmalıdır", - məhkəmənin qərarı belə olub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44 |
|
|
|
|