“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                 

Rektor haqda ŞOK FAKTLAR AÇIQLANIR... NAZİRLİKSƏ SUSUR... - Müəllimlərin ETİRAZI DAVAM EDİR...
Tarix: 5-11-2021, 09:13 | Çap et
Rektor haqda ŞOK FAKTLAR AÇIQLANIR... NAZİRLİKSƏ SUSUR...
3-CÜ HİSSƏ


DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik". DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer alıb.

Həmin müraciətin birinci (Texniki Universitetin günahı nədir? - MÜƏLLİMLƏR HARAY ÇƏKİR...) və ikinci (Texniki Universitetin rektoru haqda ŞOK İDDİALAR... - Nazirlik MÜDAXİLƏ ETMƏLİDİR...) hissələrini təqdim etmişdik.

İndi isə diaaz.space olaraq müraciətin davamını diqqətinizə çatdırırıq:

"Məlumdur ki, ali təhsil müəssisələri haqqında əsasnamədə göstərilir ki, professor-müəllim heyəti üçün yaş həddi Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Nazirlər Kabineti isə hələ ki, belə bir yaş həddi müəyyən etməmişdir. Buna baxmayaraq, rektor V.Vəliyev AzTU-ya gələn kimi öz yanından yaş həddi müəyyən etmişdir. O elmi şurada qərar qəbul etdirmişdir ki, “70 yaşdan yuxarı professor-müəllim heyəti 1 ştatdan artıq, 75 yaşdan yuxarı isə 0,5 ştatdan artıq akademik yük apara bilməz”. Əvvəla, bu qərarın özü Nazirlər Kabinetinin qərarı olmadan qanunsuzdur. İkincisi isə, rektor bu qərarı kafedra müdirlərinə də tətbiq edir. Məlumdur ki, kafedra müdiri vəzifəsi akademik yük deyil, inzibati vəzifədir. Kafedra müdirlərinin demək olar ki, hamısı müdirlikdən əlavə, həm də 0,5 ştat dosent və ya professor vəzifəsi tutur, yəni cəmi 1,5 ştatda işləyir. Lakin, bu 1,5 ştat akademik yük deyil, bunun 1 ştatı inzibatı vəzifə, 0,5 ştatı isə akademik yükdür. Buna görə də yuxarıda qeyd olunan qərar buna şamil edilə bilməz, çünki, kafedra müdiri 0,5 ştat akademik yük aparır. Rektor isə bu sadə həqiqəti başa düşmür. Cari tədris ili üçün tədris yükü bölgüsü olanda, o, 70 yaşdan yuxarı kafedra müdirlərinə 0,5 ştat dərs aparmağa da icazə vermədi. Bu isə nəinki ali təhsil müəssisələri haqqında əsasnamənin yuxarıda göstərilən qaydalarının, elə rektorun özünün elmi şuraya qəbul etdirdiyi qərarın da ziddinədir. O, isə belə sadə həqiqətləri başa düşmür, baxmayaraq ki, hətta vaxtilə o, ikinci təhsil kimi BDU-nun Hüquq fakültəsini də bitirib. Məlumdur ki, texniki universitetdə pedaqoji kadrların çatışmazlığı var, gənclər müəllimliyə gəlmir, indi texniki təhsil populyar deyil. Ancaq rektor hazırda universitetdə işləyən yaşlı və təcrübəli kadrlardan səmərəli istifadə etmək, onları gənc müəllim kadrların hazırlanmasına həvəsləndirmək əvəzinə, olanları da qaçırıb dağıdır. Ümumiyyətlə, hiss olunur ki, o, müəllimlərə patoloji nifrətlə baxır. Müəllimlərə nifrət isə pis tələbələrə məxsus xüsusiyyətdir. Görünür, V.Vəliyev özü universitetdə təhsil alan zaman pis tələbə olub. Məlumdur ki, V.Vəliyev orta məktəbi bitirdikdən sonra birinci il universitetə daxil ola bilməyib, gedib 1 il texniki peşə məktəbində oxuyub. Sonra, ikinci il texniki peşə məktəbinin attestatı ilə universitetə müsabiqəsiz daxil olub. Yəni zəif tələbə olub, bu da indi onun müəllimlərə münasibətində özünü göstərir. V.Vəliyev tez-tez deyir: Mənə nə kafedra lazımdır, nə də müəllim. Müəllim lazım olsa, küçədən çağıraram, gəlib dərsini deyib, getsin. Elə bilir ki, küçədə müəllimlər tökülüb, qalıb. O, başa düşmür ki, universitetin büdcəsi yalnız təhsil hesabına formalaşır. Təhsil olmasa, universitet nəyə lazımdır? Ona yalnız inzibati struktur, şöbələr lazımdır ki, öz qohum-qardaşını müxtəlif vəzifələrə yerləşdirsin.

Bundan əlavə, V.Vəliyevin iki illik “fəaliyyəti” nəticəsində neçə-neçə savadlı, bacarıqlı, işi bilən kadr ya işdən çıxarılıb, ya da yaranmış vəziyyətə dözməyərək, özü işdən çıxıb. Məsələn, uzun illər AzTU-nun tədris işləri üzrə prorektoru olmuş Xalıq Yahudov yaranmış vəziyyətə və ona qarşı olan sayğısızlığa dözməyərək, öz ərizəsi ilə vəzifəsini tərk etdi. Xalıq Yahudov son 3 ildə hətta rektor vəzifəsini müvəffəqiyyətlə müvəqqəti icra etmişdir. Onun AzTU-da çox böyük nüfuzunun olduğunu görən rektor onun tamamilə getməsindən ehtiyat etdi, onu tədris işləri üzrə məsləhətçi vəzifəsində saxladı. Ancaq indi X.Yahudov bütün işlərdən kənarlaşdırılıb, oturub bir otaqda, nə işlə məşğul olur, bilinmir, əlbəttə ki, heç nə ilə, amma adı rektorun məsləhətçisidir. İndi keçmiş prorektorların hamısı (birindən başqa) dönüb, olublar rektorun məsləhətçiləri və

əvvəlki maaşlarını hələ ki, alırlar. Amma hələ ki! Yəqin ki, bir ildən sonra onları oradan da kənarlaşdıracaq. Köhnə prorektorlarda yalnız biri – Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov hələ ki, öz vəzifəsində qalıb. O, V.Vəliyevlə hələ ki, ümumi dil tapıb. AzTU Avropa İttifaqının Erasmus proqramı üzrə CRENG layihəsində iştirak edir (hələ yeni rektor təyin edilməmişdən əvvəl). Həmin layihə üzrə tədris materiallarını hazırlamaq üçün müəllimlərə ödənilməli olan və Avropa İttifaqı tərəfindən AzTU-nun hesabına köçürülmüş 25 min avro məbləği Sübhan Namazov müəllimlərə odəməməyi və öz aralarında bölüşdürməyi rektora təklif etmiş və onlar həmin vəsaiti bölərək, mənimsəmişlər. Hansı nisbətdə böldükləri bizə məlum deyil. Həm də rektor S.Namazovla həmyerlidirlər. Ona görə də V.Vəliyev hələ ki, S.Namazova toxunmur. Ancaq, hələ ki. Həmin məsələ bir qədər “köhnəldikdən” sonra, yəqin ki, rektor onu da vəzifəsindən tərpədəcək.

V.Vəliyev rektor gələn kimi çox təcrübəli və işgüzar mütəxəssis olan keçmiş Tədris hissəsi müdiri Zakay Şayevi dərhal işdən çıxardı, sonra onu Nəqliyyat fakültəsinə dekan qoydu, sonra isə orada da təqib etməkdə davam etdi. O da buna dözməyərək, universitetdən getdi. Çox bilikli, elmli və mənəviyyatca təmiz insan olan kafedra müdiri, texnika elmləri doktoru, professor Lazımov Tahir də bu vəziyyətə dözə bilməyərək, universitetdən getdi. “İstilik texnikası” kafedrasında 2 nəfər nisbətən cavan elmlər doktoru, professor olmasına baxmayaraq, həmin kafedraya kimliyi məlum olmayan elmlər namizədini kənardan gətirib, seçkisiz kafedra müdiri qoyub. Uzun müddət universitetdə işləmiş baş mühasib Dadaşov Əfsər də universitetdən getdi. V.Vəliyev təhsil sahəsində tanınmış mütəxəssis olan, uzun müddət Təhsil Nazirliyində rəhbər vəzifədə işləmiş Elm və texnika üzrə prorektor professor İlham Pirməmmədovu təqib edərək, nəhayət onu da məsləhətçi “etdi”. Amma faktiki olaraq o, yenə də prorektor vəzifəsini icra edir. Çünki, onun yerinə qoyulmuş yeni adam bu işləri bacarmır. Bu iki ildə neçə-neçə professorlar və saysız-hesabsız dosentlər AzTU-nu tərk ediblər, ya da kafedra müdiri vəzifəsindən təzyiq altında çıxmalı olublar. Bu isə AzTU-nun elmi-pedaqoji genofondunu məhv edir.

Xüsusi texnika və texnologiya fakültəsi universitetin həm təhsildə, həm də intizamda ən qabaqcıl fakültəsi idi. Bu fakültə Müdafiə Sənayesi Nazirliyi üçün mühəndis kadrlar hazırlayır. Fakültənin dekanı dosent Ramiz Hüseynov idi. O, uzun müddət Müdafiə Sənayesi Nazirliyində zavod direktoru işləmişdi, bu sahəni yaxşı bilirdi və çox ciddi dekan idi, fakültə ilə Müdafiə Sənayesi Nazirliyi arasında sıx əlaqələr yaratmışdı. Rektor V.Vəliyev Ramiz Hüseynovu onun qabağında əyilmədiyinə görə və qürurlu adam olduğuna görə kiçik bir bəhanə ilə universitetdən kənarlaşdırdı. Ramiz Hüseynovun qardaşı, Əməkdar elm xadimi, təcrübəli təhsil mütəxəssisi olan professor Həsən Hüseynovun kafedrasını ləğv etdirdi, onun özünü isə guya ki, məsləhətçi-professor keçirdi və tədrisdən uzaqlaşdırdı. Həmin fakültədə kafedra müdiri olan, dərslikləri və monoqrafiyaları Moskvada rus dilində nəşr olunan gözəl alim, Əməkdar müəllim olan professor Elçin İsgəndərzadənin müdir olduğu kafedranı ləğv etdi və onu müdirlikdən kənarlaşdırdı. Bu iki ildə onlarla dosent belə əsəbi iş şəraitinə dözməyərək, universiteti tərk edib, başqa universitetlərə keçib. Başqa yerdə iş tapanlar buradan gedir. Bu, o zaman baş verir ki, onsuz da texniki təhsil sahəsində pedaqoji kadrlar, mütəxəssislər çatışmır.

Rektor V.Vəliyev Texniki Universiteti humanitar universitetə çevirir. Universitetə iqtisadçıları və hüquqşünasları toplayır. O, Dövlət İqtisad Universitetini özü üçün nümunə seçib. O, AzTU-da texniki təhsilin bünövrəsini dağıdır, çünki həm texnika sahəsini bilmir, həmdə ümumiyyətlə təhsil sahəsini bilmir. Bunun sübutu kimi, onun keçən il qəbul etdirdiyi “təhsil sahəsində islahatları” göstərmək kifayətdir. Ona qədər AzTU-da əgər tələbələrin tədris qrupunda 20 nəfər və ya daha artıq tələbə olardısa, laboratoriya dərslərində qrup 2 yarımqrupa bölünürdü, hər yarımqrupun dərsi ayrıca müəllim tərəfindən yarımqrup halında keçirilirdi. Bu, bütün texniki universitetlərdə (Avropa universitetlərində də) ümumi qəbil edilmiş praktikadır və hər yerdə tətbiq olunur. Çünki, tələbə çox olduqda onlar laboratoriya qurğusu ilə təcrübə apara bilmirlər, qurğunu heç görə də bilmirlər, dərsin heç bir səmərəsi olmur. V.Vəliyev isə qərar verdi ki, qrup bölünməsin və indi bizdə olan 30 nəfərlik və daha böyük qruplar bir yerdə laboratoriya dərsi keçirlər. Bu, təhlükəsizlik texnikası qaydalarına da ziddir. Mühəndis ixtisaslarının ən vacib xüsusiyyəti tədrisdə tələbələrin kurs işləri, kurs layihələri, qrafik işlərinin olmasıdır. Bu işlər elə də böyük həcmli deyillər, 4-5 səhifə olmaqla, mühəndis hesabatının nümunələridir, amma bu, texniki təhsil üçün çox əhəmiyyətlidir. Bu işlər yerinə yetirilmədən tələbələr mühəndis kimi yetişə bilməzlər. O, elmi şurada qərar çıxartdırdı ki, kurs işləri, kurs layihələri ləğv edilsin. İndi tələbələr bu işləri yerinə yetirmirlər və kursdan kursa keçirlər. Təsəvvür edirsinizmi, bu, mühəndis universitetində baş verir. Nəticədə “Mühəndis qrafikası” kafedrasının bütün müəllim heyəti yarım ştatda işləməyə keçirildi. Rektoru tədrisin keyfiyyəti qətiyyən maraqlandırmır. Ancaq hər yerdən kəsmək, ləğv etmək, azaltmaq, müəllimləri küçəyə atmaq, vəsaitə qənaət edib, saysız-hesabsız struktur bölmələri, anlaşılmaz adları olan şöbə və sektorlar yaratmaq və oraya isə öz adamlarını yerləşdirmək. Öz adamları isə nə qədər imiş, saysız-hesabsızdır, qurtarmaq bilmir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru