Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                 

Mehrac Babayevin istintaqdan kənar saxlanılmasında kimlər maraqlıdır? - İLGİNC GƏLİŞMƏ
Tarix: 21-08-2021, 10:28 | Çap et
Mehrac Babayevin istintaqdan kənar saxlanılmasında kimlər maraqlıdır?
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həbsdəki icraçı direktoru Vüqar Səfərli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İş üzrə üzə çıxan məlumatlar onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə bağlı daha bir cinayət işi üçün materiallar hazırdır. Məhkəmə qarşısında 2009-cu ildə Fond yaranandan ona rəhbərlik etmiş Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var.

Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan kənar saxlanılır. Hamı bilir ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Vüqar Səfərli Mehrac Babayevi Fonda işçi kimi “oformit” eləyib, ona hər ay yüksək maaş da yazılıb. Amma bu gün cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında Mehrac Babayevin adına rast gəlinmir.

Yeri gəlmişkən qeyd edək ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir, digər şəxslər barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. İttihama görə, Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İddia olunur ki, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməyib. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib. Restoranların icarədarları və inzibatçılarının cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbinə gəlincə, Fondunun bir çox bayramlarda tədbirləri, mükafatlandırma mərasimləri bu restoranlarda keçirilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarda ortaya çıxıb ki, həmin tədbirlərdə sənədləşmə zamanı qonaqların sayı gerçəkdə olduğundan çox göstərilib, menyunun qiyməti şişirdilib. Azpolitika.info yazıb ki, Vüqar Səfərli istintaqa qısa ifadə verib. O, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib.

“Press Klub”un araşdırması zamanı isə məlum olub ki, cinayət işinin materiallarında prezidentin keçmiş köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Əli Həsənovun əleyhinə də xeyli ifadə var. 2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Samir Mustafayev prokurorluqda dindirilərkən bildirib ki, bütün maliyyə işləri Vüqar Səfərli və Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isə Əli Həsənov həyata keçirirdi. Samir Mustafayev həm də Fondda Tender Komissiyasının üzvlərindən biri olub. Amma ifadəsində söyləyib ki, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını Əli Həsənov müəyyənləşdirirdi. Ondan sonra formal olaraq sənədlər hazırlanır, özü də daxil olmaqla Tender Komissiyasının üzvlərinə həmin şirkətin seçilməsi barədə imza atdırılırdı. Media nümayəndələri üçün Bibiheybətdə inşa olunan ilk 2 binanın tikintisində podratçı “Portos” MMC olub, direktoru da hazırda Vüqar Səfərli ilə birlikdə həbsdədir. Samir Mustafayev ifadəsində deyib ki, bu MMC Əli Həsənova yaxın şirkətdir və məhz onun göstərişi ilə jurnalist binalarının tikintisi “Portos”a tapşırılıb. Samir Mustafayevin dediyinə görə, təkcə bina tikintisi kimi bir neçə milyonluq layihələr yox, hətta jurnalistlərin xarici səfərləri, ziyafətlərin keçirilməsi, inventarların hansı müəssisədən alınması kimi məsələlərdə də Əli Həsənov qərar verirdi: “Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.

O, restoranlarda ziyafətlərin keçirilməsi barədə də ətraflı ifadə verib. Samir Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi olaraq hər il 3 dəfə - Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada mükafatlandırma mərasimləri olurdu. Onun sözlərinə görə, bu ziyafətlərdə qonaqların sayı heç vaxt 250-ni keçməsə də, hər dəfə 400-450 nəfərlik vəsait ayrılırdı: “Son 2 ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar faktiki alınmamışdı”.

Tender Komissiyasında baş mühasib Təhminə Yaqubova, Fondun hüquqşünası Elşad Tağıyev, Ramin Kərimli və Mirsəid Ağayev də təmsil olunub. Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasında keçmiş Fond rəhbərinin vəkili məsələ qaldırıb ki, onun özü ilə yanaşı, oğlunun bankdakı hesabının da üzərinə həbs qoyulub, heç bir əməliyyat həyata keçirə bilmir. Cinayət işinin materiallarından məlum olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə təkcə “Rabitəbank”da Səfərli ailəsinin 850 min manat pulunun üzərinə həbs qoyulub. Vüqar Səfərlinin hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait olub. Bundan başqa, Vüqar Səfərlinin “Mercedes Benz ML 350", ”Volkswagen Tuareg" və “Toyota Land Cruiser” markalı 3 avtomobilinin, Bakıda və bölgələrdə yerləşən ev, torpaq sahələrinin, mağazasının da üzərinə həbs qoyulub. Bu əmlaklar arasında onun həyat yoldaşı və ya oğlunun adına olanlar da var. Əgər məhkəmə sonda Vüqar Səfərlinin təqsirli olması nəticəsinə gələrsə və müəyyənləşdirilmiş ziyan o vaxta qədər ödənilməsə, üzərində həbs olan əmlaklar məhkəmənin qərarı ilə müsadirə edilə bilər.

Vüqar Səfərlinin yaxınları istintaq dövründə 200 min manat ödəyib. Digər təqsirləndirilən şəxslərdən də dəymiş zərəri ödəyənlər var. Məsələn, təqsirləndirilən Ədalət Vəliyev 1 milyon manat ödəyib. İş üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi tanınıb.

Mümkündür ki, bu məhkəmənin gedişi və nəticəsindən asılı olaraq KİVDF şəbəkəsinə aid daha bir cinayət işi araşdırılaraq məhkəməyə göndərilsin. Həmin cinayət işində daha böyük yeyinti hallarından bəhs olunacağı da istisna deyil. Həmin iş üzrə fiqurantlardan biri Mehrac Babayev ola bilər.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru