Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                 

Xalqı süründürmək nazirliyi: Sahil Babayev kabusa çevrilib - Müdhiş detallar
Tarix: 14-04-2021, 09:20 | Çap et
Xalqı süründürmək nazirliyi: Sahil Babayev kabusa çevrilib
Sahil Babayev ermənilərə göz dağı olan В«Hərbi QənimətlərВ» parkının qisasını QAZİLƏRDƏN çıxacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı başdan-ayağa ironiyadır. Əhalinin sosial müdafiəsi hara, nazirlik hara...
Olsa-olsa bu nazirlik əhaliyə zülmetmə, sosial haqlarını əlindənalma, yaxud vətəndaşları süründürməçilik nazirliyi ola bilər. Xüsusən də Sahil Babayevin quruma nazir təyin olunması ilə əhalinin sosial müdafiə təminatında qara günləri başlayıb.
Onsuz da bu nazirlikdən yarımayan əhali nə Füzuli Ələkbərovun, nə Səlim Müslümovun nazir olduqları vaxtda bir gün görmüşdü. Hərəsi bir cür acgöz, korrupsioner, hərəsi bir cür tamahkar, büdcə qəsbkarı idi.
Elə bunun bədəlidir ki, biri tamamilə dövlət idarəetməsindən uzaqlaşdırıldı, o birini isə qandallayıb yığdığı milyardları qaytarana qədər içəridə saxlayacaqlar. Və hər iki keçmiş nazirlə məsələ bitmir.
Onların kök salmış şəbəkəsi, kadrları, VTEK-lərdə rüşvətin xərçəng kimi yayılması, DSMF-lərin yerli şöbələrinin bazara çevrilməsi bir gün içində həll olunacaq iş deyildi. Çünki bu sahə təpədən-dırnağa qədər çirkaba bulaşmış, əhalinin sosial təminatı adı ilə ən iyrənc vəziyyətə salınmışdı.
Ona görə bu mafiyanın zərərsizləşdirilməsi mürəkkəb proses idi, dürüstlük, şəffaflıq, iradə və səmimiyyət tələb edirdi. Amma nə oldu?
Rublika.Az xəbər verir ki, daha bədnam hadisələr baş verdi. ƏƏSMN sisteminə Sahil Babayevin gəlişi sosial təminatın əlçatanlığını pisləşdirdi. Nazirin islahatçı adı ilə piar edilərək cəmiyyətə müsbət fiqur kimi təqdim olunması başlandı, əslində Hadı Rəcəbli qədər əhalinin sosial məsələlərinə yad, qənim kəsilən biri olduğu üzə çıxdı.
Onun nazir təyin olunması ilə bu üç il ərzində sosial müavinətlərin təyin olunması, əlillik dərəcələrinin təyin edilməsi, pensiya və digər problemlər daha da dərinləşdi. Yəni, sosial təminat əhali üçün əlçatan olmadı, elektronlaşmaya gedilməklə guya şəffaflıq yaradılacağı adı altında yoxsul, işsiz vətəndaşlar təcrid olundu, pensiya və əlillik dərəcələrinin təyinatı işgəncəyə çevrildi.
Xüsusilə də aztəminatlı əhalinin, şəhid ailələrinin, qazilərin, əlillərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində hər il dövlət səviyyəsində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, bu sahələrdə ciddi qüsurlar var. Bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz fəaliyyətidir. Sahil Babayev isə bu fəaliyyəti saxta əlilliklərin, saxta pensiyaların ləğvi ilə ört-basdır edir.
Ancaq bu prosesdə “qurunun oduna yaş yanır” və əhali günbəgün narazılıq edir. Nazir diqqətə çatdırıb ki, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib.
Xub. Olsun. Ancaq bunun üçün yoxlama prosesini normal təşkil etmək lazımdır. Məlumdur ki, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən, yoxlamadan keçmək istəyənləri Bakıda yerləşən Milli Oftolmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər. Bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin hamısı rüşvətxordur?
Pandemiya şəraitində ölkənin müxtəlif rayonlarından Bakıya gəlmək o qədər də asan deyil. Hamının qeyd edilən Mərkəzdə yoxlamadan keçməsi üçün aylarla vaxt lazımdır və bu müddət ərzində pensiyaları verilmir.
Tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə durub və yoxlama zamanı onun əlilliyi təsdiqlənib. Ancaq bu halda da onun ötən 5 ay ərzində kəsilən pensiyası qaytarılmır. Bu, hansı qanuna və məntiqə sığır? O baxımdan S.Babayev başa bəla bir nazir gəlib və kabusa çevrilib.
Yaxşı, maraqlıdır, bu qanunsuzluqları “düzüb-qoşan” neçə məmur məsuliyyətə cəlb edilib? Niyə saxta əlillik verənlər həbs olunmurlar?
S.Babayevin sosial yardımların təyin olunması, əlillik dərəcələrinin verilməsi işində vətəndaşları incitməsi, bürokratik əngəllər yaratması, insanların əsəblərini tarıma çəkməsi, nəhayətdə onları dövlətin dəstəyindən məhrum etməsi bir sabotaj siyasətidir, əhalini üsyana qaldırmağa yönəlik təxribatçı addımlardır.
Açın, baxın, nazirlik əməkdaşları az qala hər gün mətbuatda və sosial şəbəkələrdə əlillik dərəcələrinin təyin olunması ilə bağlı şikayətlərə rast gələ bilər.
Məsələ o dərəcədə absurd rəng alıb ki, bir ayağı olmayanlara “get işlə, o biri ayağın var” deyilir, yaxud 1-ci dərəcəli əlil olan adama 3-cü dərəcə təyin olunur. S.Babayevin və nazirliyin bu fəaliyyətinin məqsədi nədir?
Bəlkə xalqa düşmən kəsilib? Bunu millətimizə qarşı ancaq erməni qəsbkarları, işğalçıları edə bilərdi. Hərçənd, elə zaman-zaman S.Babayevin nənəsinin milliyyətcə erməni olması haqda iddialar mediada səslənib. Belə iddia olunur ki, nazirin nənəsi Lusiya Munasyandır və bu fakt cidd-cəhdlə gizlədilib.
Məsələ S.Babayevin nənəsinin milli mənsubiyyətində deyil, sadəcə, vətəndaşlara münasibətində göstərdiyi davranış, əhalinin sosial müdafiə təminatında amansızlıqla üzləşməsi insanlarda belə təsəvvür yaradır ki, yalnız ermənilər belə pisliklər edə bilərdi.
Ümumiyyətlə, S.Babayevin təyinatı ilə ondan gözləntilər olmuşdu, amma etimadı doğrulda bilmədi. Elə ilk gündən “özünüməşğulluq” proqramı ilə hər şeyi üz-gözünə bulaşdıran nazir şansını itirdi.
İnsanlara xəstə, qoca, südsüz heyvanların verilməsi, bu işdə böyük rüşvət faktlarının ortaya çıxması S.Babayevə olan ümidləri dəfn etdi.
İndi də əlillik məsələsində böyük narazı ordusu yetişir. Təsəvvür edin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində tez-tez ayağı amputasiya olunmuş əlilləri yenidən tibbi baxışa çağırırlar.
Ayağı kəsilmiş əlillərdən biri sual etmişdi ki, niyə hər dəfə bizə əziyyət verirsiniz? Axı, mənim kəsilmiş ayağım təzədən uzanan deyil.
Tragikomediyadır. Nazirlik adına rəzalətdir. Axı əlilin amputasiya olunmuş ayağı təzədən uzanmır, cənab Sahil Babayev...

RUBRİKA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru