Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                 

Dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib... - Ancaq bir faydası olmayıb...
Tarix: 30-03-2021, 09:22 | Çap et
Dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib...
2020-ci il sentyabr-noyabr aylarında Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədən geriyə nələr qalıb? Evini, əzizini itirənlər, psixoloji travma alanlar baş verənləri necə xatırlayır? Həm Ermənistan, həm də Azərbaycanda müharibənin qoyduğu izləri hökumətlər hansı formada silə bilib?

DİA.AZ xəbər verir ki, oktyabrın 17-də, müharibənin qızğın vaxtında Ağdamdan köçkün düşmüş Fərzəliyevlər ailəsinin Tərtərin Yenikənd kəndindəki evlərinin həyətinə top mərmisi düşüb. Evin xanımı Ulduz Fərzəliyeva olanları belə xatırlayır: “Bircə onu eşitdim, oğlum qışqırdı ki, ana, yerə yat, gəlir. Ayılanda darvazanın çölündəki səngərdə idim. Oğlum ağlayırdı ki, deyəsən atam öldü”.

Top mərmisi həyətə düşəndə səhər saatları olub. Ailə üzvləri həyətdəymiş. Ulduz Fərzəliyeva inək sağırmış, oğlu və yoldaşı isə onun işini bitirməsini gözləyirmişlər: “Yoldaşım böyük heyvanları həyətyanı sahəmizə buraxacaqdı. Oğlum isə danalara yem verəcəkdi. Oğlum səsi eşitməsəydi, indi ölmüşdüm. Necə qaçdığımı bilmirəm. Sonrakı hadisələri də xatırlamıram. Amma top mərmisi düz dayandığım yerə enmişdi”.

Ulduz Fərzəliyeva ailə üzvlərinin sağ qalmasına şükr edir. Ancaq o gündən onda təzyiq və ürək problemi yarandığını söyləyir. Üstəlik, qulaqları tutulub, yaxşı eşitmir. Zamanla düzələcəyinə ümid edir.

Fərzəliyevlər ailəsinin maddi ziyanları da çox olub: “Həmin sağdığım inək yerindəcə öldü. Birinin qarnındakı balası tələf oldu. Digəri yaralandı, həkimə aparanda yolda keçindi. Bundan əlavə, 17 hinduşkamız və itimiz də öldü. Evimizin tavanı çökmüşdü, bütün pəncərələrimiz qırıq-qırıq idi. Tövləmiz, həyətdəki köməkçi tikilimiz, içindəki əşyalarımız hamısı məhv olub. Evimiz arxa tərəfdən çatlayıb, əşyalarımıza da xeyli ziyan dəyib”, - qadın sözünə davam edir.

Qəzənfər Fərzəliyev Qarabağda müharibə başlamazdan öncə Ağdam məktəbində hərbi müəllim işləyib. Deyir, evləri, işləri, şəraitləri, hamısı qaydasında olub. Ancaq müharibə bütün planlarını alt-üst edib və o, könüllü hərbiyə yazılmalı olub:

“Həyatımız dəyişdi, hər şeyimizi itirdik. Hərbidə yaralandım, travmalar aldım, sonra köçkünlük həyatı başladı, çətinliklərlə yenidən ayağa qalxdıq. Nəhayət, yaşayışımızın yaxşı vaxtı bir də müharibə başladı. Evimə mərmi düşdü. Vahimə içindəydik. Düzdür, hərbidə olmuşam, öyrəşmişəm, amma adamın evinə mərmi düşməsi tamamilə başqa bir şeydir. Düşündüm ki, oğlum, həyat yoldaşım öldü. Hələ də özümə gələ bilməmişəm”.

Qəzənfər Fərzəliyev ikinci müharibənin ona dejavu yaşatdığını deyir. Ağdamdan, evlərindən ayrılmalarını xatırlayıb: “Hər şey gözlərimdə yenidən canlandı. Ən pisi də odur ki, bu qədər travma, dəyən zərərlə maraqlanan olmayıb. Aylar öncə bir neçə nəfər gəldi. Evə baxış keçirdilər. Çəkdilər, nələrsə yazdılar və getdilər. Hə, bir də ANAMA-dan (red: Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) gəlmişdilər. Top mərmisinin düşdüyü yerə baxdılar. Onlar da yazıb, pozub, şəklini çəkib getdilər. Ancaq hər hansı bir dəstək olmayıb, kompensasiya verməyiblər. Evimizin tavanını və pəncərələrini özümüz dəyişdik. Soyuqda, küləkdə qala bilməzdik. Həm də baxdıqca vahimələnirdik. Yaxşı ki, düzəltmişik, yoxsa bugünədək sökülən evdə yaşayacaqdıq”.

Qəzənfər Fərzəliyev deyir ki, heç dövlətdən I Qarabağ Müharibəsinin iştirakçısı kimi də müavinət almır. Hətta buna görə bir neçə dəfə müraciət də edib: “Cavab gəldi ki, siz hərbiyə dövlətlə müqavilə bağlayıb getməmisiniz. Ona görə də sizə təqaüd düşmür. Erməni gəlib içimizə girib, bizimlə döyüşür. Həmin vaxtı mən kimlə müqavilə bağlamalıydım? Qərarımı verib, döyüşə getmişəm. Mənə geyim, silah verilib, yemək siyahısına salınmışam. Bu, müqavilə deyilmi? Başqa nə lazım idi? Üstəlik, hərbi biletim, yaralanmalarımla bağlı həkimdən kağız, hərbi biletimdə vəzifəm, hər şey yazılıb. Ancaq faydası olmadı”.

Ağdamın Zəngişalı kəndi də müharibədən zərər görüb. Kəndə düşən mərmilər yaşayış evlərini yararsız hala salıb. Belə evlərdən birinin sahibi Vidadi Quliyevdir. Deyir, müharibə başlayanda təhlükəsizlik üçün Quzanlıya gediblər. Onlar evdə olmayanda, oktyabrın 7-də evlərinə mərmi düşüb. Həm evləri, həm də evlərinə bitişik olan oğlunun stomatoloji kabineti dağılıb: “Evimizin yarısı yoxdur. Əsas da mətbəximiz, yerdibli yoxa çıxıb. Hamam, ayaqyolu tamamilə yararsız hala düşüb. Böyük bir otağın yarısı çöküb. Bir sözlə, ev tamamilə qəzalı vəziyyətdədir. Oğlumun stomatoloji kabinetinin bir salamat şüşəsi də qalmayıb. İçindəki bahalı avadanlıqlarına da ziyan dəyib”.

Vidadi Quliyev deyir ki, qəzalı evdə yaşamaq təhlükəlidir, hər an uça bilər. Buna görə dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq bir faydası olmayıb. Hətta evlərinə bir neçə dəfə komissiya da gəlib. Ölçüb-biçib gediblər. Sonuncu gələn isə evə və stomatoloji kabinetə dəyən zərəri 800 manat məbləğində dəyərləndirib. Evimi yenicə təmir etdirmişdim. Təkcə mətbəximin təmiri və avadanlıqlarına elə 10 min xərcləmişdim. 800 manat nədir?”

Vidadi Quliyev deyir ki, yaşadığı haqsızlıqla bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına, yerli qurumlara müraciət edib. Ancaq bir nəticəsi olmayıb, yenə düzgün dəyərləndirmə aparılmayıb.

Vidadi Quliyev bildirir ki, əslində heç nəyi problem edən biri deyil. Əgər Prezident zərərçəkmişlərlə bağlı büdcədən vəsait ayırmasaydı, hərə öz evini özü tiksin desəydi, birtəhər, çətinliklə də olsa, evlərini təmir etdirərdilər: “Düşünərdik ki, bəxtimizə yazılıb, nə edək. Amma Prezident deyib ki, insanların bir şüşəsi qırılıbsa belə, onlara kompensasiya ödənməlidir. Mən də prezidentin verdiyi kompensasiyamı tələb edirəm. Evimin yarısı yoxdur, nə edək? Hər evə 6 min, ailə üzvlərinə isə 1500 manat verilməlidir. Komissiya bizim evin zərərini 800 manat dəyərləndirib. Halbuki evin yarısı yoxdur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru