Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                 

Şabranda inkişaf üçün hər cür zəmin var... BAŞÇI YOXDUR! - GİLEY
Tarix: 20-08-2019, 10:04 | Çap et
Şabranda inkişaf üçün hər cür zəmin var... BAŞÇI YOXDUR!
Bakıdan cəmi 1 saatlıq məsafədə yerləşən Şabran (keçmiş Dəvəçi - E.S.) rayonuna həftəsonu səfərimizdə böyük bir nöqsan diqqətimizi çəkdi. Yolboyu müşahidə etdik ki, bir yerdə belə Şabran sözü yazılmayıb. Əgər yolu tanımayan biri olsa ölkənin hansı tərəfinə getdiyini, bu rayonu necə tapacağını müəyyən edə bilməz. Təsəvvür edin ki, bir rus və ya avropalı turist avtomobillə Şabrana gəzməyə gedir və 120 kilometrlik yoldakı yol nişanlarında bir dəfə də rayonun adına rastlamır...

***

Şimal zonasına gedən istiqamətdə Siyəzən, Xızı, Xaçmaz, Gəndob, Quba, Qusar yazılan lövhələrlə qarşılaşacaqsınız, yalnız Şabran adı görməyəcəksiniz. Yalnız rayona çathaçatda, bir addımlığında işarə verir ki, Xaçmaza yox, Şabrana dönün.

İşin ən pis tərəfi isə Şabrana elə bir döngə qoyulub ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfil dönüş etməli olur, bu zaman qəza riski yaranır, sürəti tormozlamaq çətinləşir.

Yəni yaxşı olardı döngə ilə bağlı xəbərdarlıq daha uzaqdan qoyulsun və sürücü avtomobili Şabranın girişinə dönənə qədər nizamlamaq imkanında olsun.

Şabranda olarkən söhbətləşdiyimiz yerli sakinlər də jurnalist olduğumuzu öyrənəndə xahiş elədilər ki, bu xırda görünən məsələni müvafiq strukturların nəzərinə çatdıraq. Onların sözlərinə görə, həm Şabrana döngə sürət həddi hesablanaraq qoyulsun, həm də rayonun adı yol boyu bir-iki lövhədə göstərilsin. Sürücülər xatırladırlar ki, eyni problem yeni Ələt-Astara yolunda varıydı. Bakıdan Astaraya qədər heç bir lövhədə Yardımlının adına rast gəlinmirdi.

Bu yaxınlarda məsələ həllini tapıb və Yardımlıya gedən sürücü bilir ki, hansı istiqamətdən dönmək, Masallıya daxil olub bu rayona getmək lazımdır. Sanki Azərbaycan ərazisində belə bir rayon yoxdur və xəritədən silinib.

Ona görə də camaat Şabrana ayrı-seçkilik qoyulmamasını nəzərə almağı diqqətə çatdırır. Sakinlər deyirlər ki, Şabranın əvvəlki adı Dəvəçi lövhələrdə olub. Rayonun adı rəsmi şəkildə dəyişdikdən sonra yollarda lövhələrə düzəliş olunmayıb.

“Siyəzəndən sonra bizim rayon gəlir. Amma adı heç yerdə yazılmayıb. Elə bil ki, Şabran olmayıb, ya da üzərindən hoppanıb gedirsən. Bizim bölgə respublikaya tanınmış xadimlər yetişdirib. Tofiq Quliyev kimi görkəmli bəstəkar bu rayondan çıxıb. Ona görə bu texniki problemi aradan qaldırmaq elə də çətin iş deyil, xahiş edirik ki, müraciətimiz eşidilsin”, - deyə Şabran sakini Adil Əzizov bildirir.

***

Rayonun mərkəzinə daxil olduqdan sonra içəridəki problemlərlə də tanış oluruq. Şabranda heç bir yenidənqurma işləri aparılmayıb. Təkcə bəzi küçələrin yollarına əl gəzdirilib. 10 il qabaq, 2009-cu ildə gördüyüm Şabrandan heç nə dəyişməyib. Hətta kosmetik də olsa bəzi abadlıq işləri həyata keçirilə bilərdi. Lakin bu müddətdə sabiq başçı Novruz Novruzov əlini ağdan qaraya vurmayıb. Onun Siyəzənə icra başçısı getməsi, yerinə Siyəzəndən həmkarı Asif Hüseynovun təyin olunması da ciddi dəyişikliyə səbəb olmayıb.

Sakinlər deyirlər ki, parklar, küçələr zülmətdir, axşamlar qaranlıq olur. Onların dediyinə görə, İH-nin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011" MMC qalib olub.

Adıçəkilən şirkət 2011-ci ildə təmir işlərinin satın alınması ilə bağlı 34 872 manatlıq, 2012-ci ildə Şabranda işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı 37 153 manatlıq, 2013-cü ildə yenidən Şabranda işıqlandırma işlərinin satınalınması ilə bağlı 37 040 manatlıq, 2014-cü ildə Şabranın abadlaşdırılması üçün bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı 14 935 manatlıq, 2015-ci ildə isə yenidən Şabranda işıqlandırma işləri ilə bağlı 34 928 manatlıq müsabiqələrin qalibidir. Camaat şikayətlənir ki, nə kəramətdirsə, həmin 5 il ərzində bir rayonun işıqlandırılması həyata keçirilməyib, Şabran hələ də qaranlıqdadır.

Onlar danışır ki, keçmiş başçı N.Novruzovun vaxtında qədim məzarlığın bir hissəsi satılıb, Şəhidlər Xiyabanının bir tərəfi fərdi yaşayış evlərinin tikintisinə yönəldilib.

“Bizim rayona baxılmır. Rayonun heç olmasa girişini abadlaşdırmaq, əzəmətli düzəltdirmək olardı, qoy qonaqlar gələndə yaxşı görünsün. Məsələn, Xaçmaz, Quba Şabrandan daha çox inkişaf edib. Bizdə küçələr, parklar pis gündə, işıqlanma yox, təzəlikcə bir-iki küçə asfaltlanıb, qalanları bərbad vəziyyətdədir. Yəni Şabranda əsaslı yenidənqurmaya ehtiyac var” - deyə, rayon sakini Vasif söyləyir.

Onun dediyinə görə, Nizami, Füzuli, Vasif Adıgözəlov küçələri bərbad gündədir, qışda adamlar palçığa batır.

Bundan başqa, antisanitariyadır, təmizliyə riayət edilmir, zibil qutuları azdır, zibil dağlarına tez-tez rast gəlmək olur, vaxtında götürülmür.

***

Şabranda onu da öyrənirik ki, Əmbil gölünə yol çəkiblər. Bu da əhalidə narazılıq yaradıb. Çünki bir qrup oliqarx Əmbil gölünə gedən meşəliyi qırdırıb yol açıb.

Burada hotel, istirahət mərkəzi olacağı deyilir. Sakinlər isə ekoloji cəhətdən zərər vurulması kimi qiymətləndirirlər: “Ümumiyyətlə, Əmbil gölünə insan ayağı asanlıqla dəyəcəksə, ərazi zibilxanaya çevriləcək, ekoloji sistem pozulacaq. Bu ərazidən axan, təbii mənbəyini dağlardan, əsas da bulaq sularından götürən Zeyvə çayı çirklənəcək. Bu çayın üzərindəki meşə zolağını qırıblar. Bu da çayda buxarlanmaya səbəb olur. Çayın üzərindəki Zeyvə, Kilvar, Pirəmsən, Ərəblər kəndlərində çoxsaylı şəxsi təsərrüfatlar var. Amma bir neçə ildir çay Zeyvə kəndinin aşağı hissəsinə yay aylarında güclə çatır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru