Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                     Ekologiya sistemli şəkildə məhv edilir, amma... .....                     Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir... .....                     Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb .....                 

Onkoloji Klinikada amansız "zəlzələ səhnəsi" - VİDEO
Tarix: 22-04-2019, 09:34 | Çap et
Onkoloji Klinikada amansız "zəlzələ səhnəsi"
Bu tükürpədici olay 2016-cı ilin aprel ayında baş verib. Bu barədə bəzi internet resurslarında materiallar da yayımlanıb. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında bir qadının yaşadığı bu faciə ciddi bir məsələdir və o, əli hər yerdən üzüldüyü üçün, son anda başına gələnləri təkrar ictimailəşdirmək qərarına gəlib. Məqsədi isə, yalnız odur ki, ictimai qınağa tuş gələn bəd əməl vəzifə sahiblərini, bəlkə, bundan sonra, haqq yoluna qaytarmaq mümkün oldu. araz.az saytında gedən həmin yazını təkrar dərc etməkdə məqsədimiz də, bu çarəsiz qadınının pozulmuş hüquqlarının bərpasında ona yardımçı olmaqdır. Çünki on bir ildir həmin klinikanın işçisi olan bu qadını daha çox incidən də, elə, baş həkim Nəsimi Qasımovdur. Onun tələbi ilə, bacarmadığı işə təhrik edilən, yıxılaraq şil-küt olan bu ağsaçlı qadına bu baş həkim bir illik bülleten pulunu verməkdə qərəz nümayiş etdirir. Halbuki Nəsimi müəllim bülleten və ona vəd edilən əlavə xərclər pulunun ödənilməsinə çoxdan göstəriş verə bilərdi. Çünki bu klinikada bir cərrahiyyə əməliyyatından qanunsuz olaraq 3000 - 7000 manat rəhbərliyin cibinə gedir. Hələ onu demirik ki, bura müraciət edən onkoloji xəstəyə dövlət hesabına pulsuz verilməli olan dərman və digər tibbi preparatları, klinikanın birinci mərtəbəsindəki 52 saylı aptekin müdiri Asya Məmmədova qanunsuz yollarla sataraq, rəhbərliyə milyonlar qazandırır. Onu da nəzərinizə çatdırırıq ki, klinika rəhbərliyinin tələbi ilə satılan endoksan, doksorubisin, karboplatin, qemzar, paklitaksel, altuzan, eloksatin, sisplatin... adlı bu dərmanların "qara bazarda" qiymətləri olduqca bahadır.

Dünya və Azərbaycan mətbuatı öz yazılarında həyəcan təbili çalırlar ki, son vaxtlar insanların kabusuna çevrilən və hər kəsi qorxu içində yaşamağa vadar edən xərçəng xəstəliyi sanki bir epidemiya kimi yayılmaqda, getdikcə gəncləşməkdədir. Lakin hər kəs bir gün həyatını və ya ailə üzvünü, yaxın qohumunu bu xəstəlikdən itirəcəyi düşüncəsi ilə yaşadığı bir zamanda, klinikanın rəhbərliyinin dünya heç vecinə də deyil. Bu barədə, araz.az və arazmediaaz.space saytlarının əməkdaşları ciddi araşdırmalar hesabına geniş yazı da hazırlayıblar. Bu yaxınlarda həmin yazını saytlarımızda yayımlamağı da planlaşdırırıq.

Yuxarıda sadaladıqlarımız, ölkə başçısının səs-küylü son müşavirədə xüsusi vurğuladığı ciddi korrupsiya faktı deyilmi?!.

Onu da qeyd etməyi vacib bilirik ki, bu yaxınlarda şikayət xarakterli müraciətlə ATU-nun rektoru Gəray Gəraybəylinin və prorektor Sabir Əliyevin qəbulunda olan bu xanımın başına oyun açanlar sırasına, indi də, universitetin hüquqşünası Kəmalə xanım və baş mühasib İlqar müəllim də qoşulublar. Onlar xanımın rektora ünvanladığı şikayət ərizəsinin cavabını qəsdən yubadirlar ki, bu oyunda Nəsimi müəllimin "haqlı olduğuna" dəstək olsunlar.

Əziz oxucular! Təkrar dərcinə qərar verdiyimiz bu yazını oxumaqla, bu süründürməçiliyin əsl mahiyyətini siz də anlayacaq və bizim nədən narahat olmağımızin səbəbini də biləcəksiniz.

Şikayətçi: "Narazılıqlarımı Əhliman Əmiraslanova da çatdırdım. Baş həkim Nəsimi Qasımova iradlarını bildirib, göstərişlərini versə də...”

O müdhiş 1988-dən üzübəri, əksər qaçqın və məcburi köçkünlərimiz kimi, doğma el-obasından didərgin düşən Qərbi Azərbaycan kökənli Lalə Əmrah qızı Mustafayevanın da başı bəlalardan uzaq olmayıb. Ən betəri odur ki, doğma Hamamlı (indiki Spitak -red.) bölgəsində baş verən o amansız zəlzələ fəlakətini yaşayıb. Doğma kəndi Qursalıda min bir əzab-əziyyətlə qurduqları ata mülkünün yerlə-yeksan olma səhnəsinin dəhşətini öz gözləriylə görüb. Daşnaq rəzalətinin ata ocağından perik saldığı didərgin qohum-qonşularının ah-nalələrini öz qulaqlarıyla eşidib.

Çəkilən fəryadların yanğısı qulaqlarından getməmiş, son ümid yeri olaraq üz tutduğu Bakıda, Qarabağda şəhid olan yaxınlarının ölüm xəbərləri köksünə sağalmaz yaralar vurub, sinəsinə dağ çəkib. Həyat şirinlikləri ondan da, beləcə üz döndərib.
Özünə birtəhər sığınacaq tapandan sonra bir tikə çörək pulu qazanıb, birtəhər dolanmaq üçün döymədiyi iş yeri qapısı qalmayıb. Qan-tər içində işlədiyi yerlərdə belə haqqın nahaqqa qurban verildiyinə şahidlik edib, üzü üzlər görsə də, hər rəzalətə dözüb - iş yerini itirməsin deyə! Son iş yerində - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında isə, doğma Qursalıdakına bənzər bir “zəlzələ dəhşəti” yaşayıb. Bunu mübaliğə ilə desək də, burada onun başına gələnlər, həqiqətən, dəhşət dolu bir zəlzələ epizodu təsiri bağışlayır. Düzdür, o amansız Hamamlı zəlzələsində Lalə xanım heç yıxılmasa, zədə belə almasa da, bu “zəlzələ əjdahası” ona aman verməyib, başı üstə yerə vuraraq, şil-küt edib...



Videogörüntülər... amansız bir zəlzələ səhnəsi
Qoltuğunda zorla tutub, ora-bura apardığı qalın qovluq 61 yaşlı Lalə Mustafayevanı artıq çoxdan bezdirib. Bu qalın qovluq da, elə, ora-bura yazıb ünvanladığı ərizə və müraciətlərin, eləcə də, aidiyyatı dövlət qurumlarından vətəndaş müraciətlərinə başdansovdu cavablanan məktubların surətləri ilə ağzınadək dop-doludur. Hara yazsa da, kimə üz tutsa da dərdinə əlac edən, problemini çözən birisi tapılmayıb; Nə edəcəyini də bilməyib, son ümid yeri olaraq, üz çevirib redaksiyalara. Yaxşı ki, dərdinə həmdərd bu qalın qovluğunun içindəkilər arasında, Onkoloji Klinikada baş verən həmin "zəlzələnin" videogörüntüləri də var. (Bu yerdə ictimai qınaq amilini vacib bilib, həmin videogörüntüləri araz.az-ın və “İrəvanın səsi”- nin oxucularına da təqdim edirik – red.). Yazığın ümidi göydə Böyük Allaha, yerdə bu görüntülərədir; Deyir ki, bəlkə, yuxarıdakılardan kimsə bu götüntülərə baxa və ona yazığı gələ!..
...Əlindəki əsaya dirənərək, yeriyə-dura, ayaqlarını zorla çəkə-çəkə imdad üçün “İrəvanın səsi” qazeti redaksiyasına da üz tutan Lalə xanımla bərabər, bu görüntülərə biz də baxırıq. Nərdivandan kəllə-mayallaq aşdığı anlar bizə olduqca təsirli və həyəcanlı anlar yaşadır. Lalə xanım isə, başına gələn o dəhşətli anların ağrısını bir daha çəkir. Əl-ayağı qıc olur, üzünə su vurub, zorla özünə qaytarırıq...


Çətin on il - ağrılı son gün
Lalə Mustafayeva düz 10 ildir ki, burada işləyir. Necə deyərlər, sözəbaxan xadimə kimi "ad çıxarıb"; Hara deyiblər, ora qaçıb, görmədiyi bir iş də qalmayıb. Yazıq, ötən ilin iyun ayının 19-da da, belə bir “sözəbaxanlıq” edib və yaşına uyğun olmayan iş görmək "həvəsi" ucbatından özünü bəlaya salıb. Həmin o videogörüntülərə baxmaq kifayətdir ki, onun başına gələnlər, bizlərə də təəssüf və məyusluq hissləri yaşatsın.
...Onda Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının rəhbər heyəti, baş vermiş bu ağrılı hadisə ilə bağlı akt da tərtib edib. Kilinikanın baş həkimi, Nəsimi Qasımovun, həmkarlar komitəsinin sədri Rəna Ələkbərovanın, poliklinika və diaqnostika şöbəsinin müdiri Tamara Quliyevanın, baş həkimin təsərrüfat işləri üzrə müavini Nazim Kərimovun və baş tibb bacısı Kəmalə Zülfüqarovanın imzaladıqları həmin aktda da göstərilib ki, Lalə Mustafayeva klinikanın bayırdan divarına vurulmuş boruya söykədilən nərdivana çıxaraq, pəncərə silmək istəyib. Lakin tarazlığını itirərək yıxılıb, sağ pəncənin yarımçığı, hər iki topuğun və aşıq sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı diaqnozu ilə, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Lalə xanım deyir ki, əslində bu aktı tərtib edənlər də, ona ögey-doğma münasibətdə olduqlarını göstəribər: "Yarı düz, yarı səhv akt tərtib ediblər. Yazırlar ki, guya, mən, öz təşəbbüsümlə pəncərə silmək qərarına gəlmişəm. Özünüz deyin, hansı yaşlı qadın bayırdan divara dırmaşmağa qərar verər. Bu, lap gülüncdür.
Videogörüntülərə özünüz də baxdınız. Hətta mühafizə rəhbəri Sahib Axundov da, üstümə qışqırır ki, tez yuxarı çıxım. Başqa nə demək olar ki?!. Hara buyurublar, ora qaçmışam. Sonra da özümü bədbəxt etmişəm. Aylarla yeriyə bilməmişəm, yataq xəstəsi olmuşam. Elə olub ki, özümü öldürməyə belə qərar vermişəm. Aktda o da qeyd edilib ki, guya, mən ambulator şəraitdə evdə müalicə almağa qərar vermişəm. Sanki bilmirlər ki, məni imkansızlıqdan bu addımı atmağa məcbur ediblər. Aylarla ev şəraitində, gipsdə və yataqda qalmaq mənim üçün ölümdən betər olub..." Söhbətimizin bu yerində Lalə xanım göz yaşlarını saxlaya bilmir. Hönkürtüsü ürək ağrıdır. Deyir ki, böyük ailəsi də diaqnozu pis yöndən qoyulan xəstələr "məkanıdır", işləyə bilmirlər: "Dolanışığımız olduqca çətindir. Bu səbəbdən, mənim üçün olduqca çətin olsa da, məcbur olub, iki-üç ay əvvəl müdiriyyətə yalvar-yaxarla birtəhər öz işimə qayıda bildim. Başqa nə edə bilərdim ki?!. Vəziyyətim olduqca ağır, səhhətimdə ciddi problemlər olsa da, sənəd verən idarələr əlillik almaqda belə mənə maneçilik yaradırlar. Sanki düz sənəd yazıb, imza atanda barmaqları sınacaq. Klinikanın rəhbəri də mənə ürək ağrıdan tərzdə deyir ki, kimsəsiz və arxasızam. Yazığı gəldiyindən məni işə qaytarıb. Mənsə göydə Allaha, yerdə bu videogörüntülərə, ölkə başçısına, onun xanımına, eləcə də yaxşı insanlara ümidliyəm..."

"TSEK də məndən nəsə umur"
Şikayətçinin sözlərinə görə, o, haqqını almaq üçün döymədiyi qapı qalmayıb. Respublika Səhiyyə Nazirliyinə yazdığı şikayət məktublarına, baxılması üçün, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə göndərilib: "Gəray müəllimə az-çox ümidim qalıb. Yəqin, Gəray müəllim tezliklə mənim çözülməyən problemimə bir əncam çəkəcək. Mən sənəd toplamaqdan bezmişəm. Hər yerdə adamın başına oyun açırlar".
37 saylı şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunduğunu deyən Lalə xanım, onu da bildirdi ki, bu barədə göndərişləri "Tibbi-Sosial Ekspert Komisiyasına (TSEK – red.) göndərişlərin reyestri"-nə daxil edilib. Bu barədə poliklinika HMK-nın sədri Təranə Məmmədova dəfələrlə Nərimanov rayon TSEK-ə bildirişlər göndərib: " TSEK-in sədri isə, poliklinika ilə sanki "ötür-ötür oyunu" oynayır. Əlillik və ya sağlamlıq imkanımın məhdudluğunu təyin etməkdə məndən nə isə umur. TSEK onsuz da bu çirkin işlə məşğuldur. Bunu hamı bilir. Mənsə, onların istədiyi qədər pul tapıb, verə bilmərəm. Bu səbəbdən, sədr hər dəfə imtina yazır. Cavablarda yalandan göstərir ki, Dövlət Səhiyyə Müəssisəsi tərəfindən verilmiş göndərişlərdə əlillik səbəbi öz təsdiqini tapmayıb. Axı, necə tapmaya bilər ki, elə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun verdiyi arayışdaca mən ölü bir insan kimi göstərilmişəm. Arayışlarda mənim necə xəstə olduğum açıq-aydın göstərilib: "Sağ qamış sümüyünün distal epimetafizinin çoxqəlpəli oynaq daxili bitişmiş sınıqları. İç topuğun qeyri-düzgün bitişmiş qəlpəli sınıqları. Sağ aşıq-baldır oynağının deformasiyası. Sağ aşıq-baldır oynaqların kofrakturası. Ağrı sindromu, sağ aşağı ətrafın funksiyasının kəskin pozulması və sairə, və ilaxır".
Lakin Nərimanov rayon TSEK sədri bu yazılanın dəhşətini başa düşmək istəmir. Elə, məndən pul gözləyir. Hətta, o, Azərbaycan Tibb Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyevin də, travma nəticəsində neçə faiz əmək qabiliyyətimi itirməyimin təyin edilməsi sorğusuna da başdansovdu cavablar verir".
Şikayətçi deyir ki, o, xəstə yatarkən də, klinikadan ona əmək haqqı təyin edilib. Lakin, o, hələ bu pulun da hamısını ala bilməyib: "Hətta şikayət və narazılıqlarımı millət vəkili, akademik Əhliman Əmiraslanova da çatdırmışam. Baş həkim Nəsimi Qasımova öz iradlarını bildirib, tapşırıq və göstərişlərini verib. Nə olsun?!. Hamı öz işindədir.
Mənsə, bu ciddi məsələmi ictimailəşdirmək qərarına gəlmişəm. Məqsədim isə, yalnız odur ki, qoy, pis məmurlar ictimai qınağa tuş gəlsinlər. Bəlkə, bu yolla nəsə etmək mümkün oldu...".
\\"İrəvanın səsi"\\



Onkoloji Klinikada amansız "zəlzələ səhnəsi"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Bu gün, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Bu gün, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Bu gün, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Bu gün, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Bu gün, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Bu gün, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Bu gün, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Bu gün, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Bu gün, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Bu gün, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Bu gün, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Bu gün, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Bu gün, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Bu gün, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Bu gün, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Bu gün, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu gün, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16
İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12
"Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru