"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                 

Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir? - “Maaş”la yığılan sərvət...
Tarix: 18-04-2019, 08:48 | Çap et
Məmurlar qısa vaxtda oliqarxa necə çevrilir?
Mediada, sosial şəbəkələrdə mütəmadi olaraq zəngin həyat tərzi keçirən məmurlar, onların ailə üzvləri ilə bağlı məlumatlar yer alır.

Hətta işdən çıxarılan məmurların malik olduğu sərvətin, obyektlərin siyahısı dərc edilir, onların var-dövləti, bahalı avtomobil kolleksiyası göz qamaşdırır. “Maaşa baxan” bu adamların qısa zaman kəsiyində necə varlanması isə hər kəsi düşündürür. Azərbaycan məmurlarının aylıq rəsmi gəlirlərinə nəzər salaq:

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci ildə imzaladığı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Sərəncamına əsasən, Nazirlərin, Komitə sədrlərinin və İcra başçılarının aylıq maaşı və bu maaşın 25 faizi həddində əlavə pul təminatı aşağıdakı kimi müəyyən edilib:

- Baş nazir - 2460 + 610= cəmi 3 075 manat
- Baş nazirin birinci müavini - 2160 + 540= cəmi 2 700 manat
- Baş nazirin müavini - 2060 + 515 = cəmi 2 575 manat
- Nazir və Komitə sədri - 1925 + 481,25 = cəmi 2 406,25 manat
- Bakı şəhər İcra Hakimiyyətinin başçısı - 1925 + 481,25 = 2 406,25 manat
- Gəncə və Sumqayıt şəhərlərinin İcra Hakimiyyətinin başçısı - 1280 + 320 = cəmi 1 600 manat
- 100 mindən çox əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 1045 + 261,25 = cəmi 1 306,25 manat
- 50-100 min əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 990 + 247,5 = cəmi 1 237,5 manat
- 50 min nəfərədək əhalisi olan rayonlarda İcra Hakimiyyətinin başçısı - 880 + 220 = cəmi 1100 manat

Maraqlıdır, məmurlar bu qədər maaş müqabilində milyonlarla, bəzi hallarda milyardlarla ölçülən sərvətləri necə əldə edirlər? Bu “bulağın suyu”nun haradan gəldiyini bəlli olsa da, bunu sübut edəcək faktlar demək olar ki, yoxdur. Bunun səbəbi məmurların gəlir deklarasiyası verməsi (gəlirləri haqqında rəsmi məlumat-bəyannamə müəll.) haqqında qanunun qəbul olunmamasıdır.
Amma buna baxmayaraq, oliqarx məmurların sahib olduğu mülklər, sərvətlər haqqında məlumatlar az deyil.

Məsələn, sabiq vergilər naziri Fazil Məmmədovun sahib olduğu şirkətlər və həmin şirkətlərin tərkibində olan hotellər, restoranlar, istehsal müəssisələri, bank və sığorta şirkəri haqqında məlumatlar mütəmadi olaraq mətbuatda yayımlanır. Maraqlıdır ki, Fazil Məmmədov və digər oliqarx məmurlar bu sərvəti vəzifəyə gəldikdən sonra əldə ediblər. Bu amil isə onların sahib olduqları sərvətlərin mənbəyində qaranlıq məqamların yatdığını göstərir. Qeyd edək ki, F.Məmmədov “Ata Holding” kimi böyük şirkətlər qrupunun sahibidir və bu holdinq yuxarıda deyildiyi kimi bir çox sahələrdə fəaliyyət göstərir.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da oliqarx məmurlar siyahısına adını yazdıranlardandır. Milli Təhlükəsizlik Nazirliyi ləğv olunduqdan sonra Eldar Mahmudovun əldə etdiyi sərvətlərin qaynağı haqqında bir çox məsələlərə aydınlıq gəldi. Belə ki, istintaq müddətində yayılan məlumatlara görə Eldar Mahmudovun sahib olduğu biznes imperiyasını özü qurmayıb. İş adamlarına qarşı müxtəlif təzyiq üsullarından istifadə edərək ya həmin biznesə ortaq olub, ya da bütövlükdə mənimsəyib.

Oliqarx məmur siyahısında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da özünəməxsus yeri var. Ziya Məmmədov “Qarant Holding” kimi böyük biznes imperiyasının sahibi olub. Onun sahib olduğu biznes imperiyasına oğlu Anar Məmmədovun rəhbərlik etdiyi də sirr deyil. Qeyd edək ki, Z.Məmmədovun sahib olduğu biznes imperiyası bank sektorundan tutmuş, hotel, restoran, enerji satışı, tikinti sahəsi və digər bir çox sahələrdə fəaliyyət göstərib.

Bu gün vəzifədə olmayan, amma biznes sektorunda öz fəaliyyətini davam etdirən, varlığını qoruyan sabiq məmurlar az deyil. Bununla yanaşı, hələ də vəzifədə olan “biznes imperatorları” da var. Ortalama 1000-3000 manat rəsmi maaşla oliqarxlaşan məmurlar arasında icra başçıları da var. Mətbuatda yazılanlara istinad etsək, böyük biznes imperiyasına sahib icra başçılarından biri də Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. Məlumatlara görə, Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib. 1200 manat əmək haqqı ilə 9 milyon manatı necə qazanıb, bu artıq müəmmalı məsələdir.

Nəqliyyat nazirinin sabiq müavini, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri Arif Əsgərov haqqında da bu qəbildən olan informasiyalar və sənədlər yayılıb. Onun Slovakiyada şirkət sahibi olduğu deyilir. Sonradan sözügedən şirkətlərin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına keçirildiyi haqqında da məlumat var. Xaricdə biznes şəbəkəsinə sahib olan məmurlardan biri də Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlidir. Digərlərindn fərqli olaraq, Qoşqar Təhməzli yayılan məlumata münasibət bildirib və sözügedən şirkətin ona məxsus olduğunu açıqlayıb. Qeyd edib ki, vəzifəyə təyin olunmadan əvvəl bizneslə məşğul olub.

Bunlardan əlavə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov, deputat Xanhüseyn Kazımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı da xarici ölkələrdə mülk və şirkət sahibidir.

Bunlara sahib olacaq qədər imkanın necə əldə edilməsinə gəlincə, hələ də bu suallara cavab yoxdur.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru