"OMD” xəstəxanası uşaq qatilinə çevrilir... - Qalmaqallı aktrisanın 2 aylıq körpəsi xəstəxanada öldü
Tarix: 29-04-2017, 09:40 | Çap et
 "İşlə əlaqədar Bakıda deyildim. Evdən zəng vurdular ki, uşaq xəstədir. Aparıblar həkimə, müalicə yazıb. Müalicədə sistem də olub. Sistem vuranda körpə şok keçirib ölüb”.
Bunu açıqlamasında azərbaycanlı aktrisa Türkan Əliyeva deyib. Aktrisanın iki ay yarımlıq oğlu aprelin 12-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vəfat edib. O, övladının ölümündə həkimləri günahlandırır: "Uşaq anadan olanda yemək yazılmışdı, ona düşməmişdi. Sonra uşağa "malış” verdik. Qatılaşdırılmış süddən bağırsaqlarına mikrob düşüb. Ona görə həkim sistem yazmışdı. Bağırsaqları yuyulmalıydı. Uşağı "OMD” xəstəxanasına aparıblar, reanimasiya şöbəsinə yerləşdiriblər. Birinci sistemdən sonra uşaq yaxşı olub. Lakin ikinci sistemi qoşanda uşağın nənəsini otaqdan çıxarıblar ki, xaricdən qonaqlar gəlib. Sonra başları qonağa qarışıb. Uşağı sistemin altında qoyub gediblər qonaqları qarşılamağa. Gəlib görüblər ki, uşaq şok keçirib və ölüb”.
Aktrisa deyir ki, hadisə aprelin 12-də baş verib. Bakıda olmadığı üçün körpənin öldüyünü ailə üzvləri ona dərhal deməyib. T. Əliyeva uşaq doğulan zaman və sonra heç bir problemi olmadığını iddia edir: "Uşaq xəstələnəndə mən yoldaşımla Bakıda deyildim. Çox təəssüf edirəm ki, nə mən, nə atası yanında olmuşuq. Mənə dedilər ki, uşağın vəziyyəti ağırdır. Gəldim gördüm ki, evdə ağ kəfənə büküblər. Öldüyü gündən bir gün sonra gəlib çatdım. 2 ay yarımlıq sağlam uşaq idi. Uşağa ölüm kağızında yazıblar ki, guya nə qədər xəstəliyi vardı. Halbuki doğulanda heç bir xəstəliyi olmayıb. Bir neçə dəfə müayinədən keçirmişdik, çox sağlam idi. Doğulduğu xəstəxananın da həkimi onun sağlam olduğunu təsdiqləyə bilər. "OMD”-də Solmaz, Aygün və Rəna adlı 2-3 həkim uşağa baxırmış. Ölüm kağızını da Rəna həkim yazıb. Mən uşağın ölümünə səbəb olan həkimlərdən şikayət etmək istədim. Lakin körpənin meyitinin yarılması məsələsinə görə dayandım. İstəmirəm uşağı yarsınlar. Amma uşağın ölümünə həkimlərin diqqətsizliyinin səbəb olduğunu düşünürəm”.
Ailem.az məsələyə münasibət bildirməsi üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Nəsib Quliyevlə əlaqə saxlayıb. Baş həkim aktrisanın iddialarının əsassız olduğunu deyib: "Xanımın iddialarının heç bir əsası yoxdu. Burda həkim diqqətsizliyindən söhbət gedə bilməz. Uşaq nəinki sağlam olmayıb, xəstəxanaya triaqoniya vəziyyətində gəlib. Yəni kəskin ürək-tənəffüs çatışmazlığı, hipotermiya, anemiya diaqnozundan canvermə, ölü vəziyyətində xəstəxanaya daxil olub. Uşaq doğulandan ona un qovurub veriblər, qida verməyiblər. Uşağın vəziyyəti ölümcül həddə çatanda xəstəxanaya gətiriblər. Reanimasiyaya daxil olub, 18 saat bütün tədbirlər aparılıb. Aparılan yardımlara baxmayaraq, tələf olub”.
T. Əliyeva ikinci övladını vətəndaş nikahında yaşadığı ikinci həyat yoldaşından dünyaya gətirib. Aktrisa ikinci həyat yoldaşı ilə nikaha girməməsinin səbəbini də açıqlayıb: "İki il olar ki, ikinci dəfə ailə qurdum. Böyük oğlum Amin hələ balaca idi. Bu həyat yoldaşım mənim sahəmin adamı deyil. Onun haqqında məlumat vermək istəmirəm. Çünki elə işlə məşğuldur ki, məlumat verilməsini istəmir. Azərbaycanlıdır, Bakıda yaşayır. İkimizin də qeydiyyatla bağlı problemimiz olduğu üçün nikaha girə bilmirik”.
Xatırladaq ki, Türkan Əliyeva "ATV”də yayımlanan "Qız yükü” serialında rol aldığı yataq səhnəsi ilə tanınmışdı. Sonradan isə aktrisa nikahdankənar övlad dünyaya gətirməsi ilə söz-söhbətə səbəb olmuşdu. O, uşağının atasının tanınmış müğənni olduğunu və adını açıqlayacağını desə də, sonradan bu fikrindən daşınmışdı. T. Əliyeva hazırda böyük oğlu Aminin atası ilə heç bir əlaqəsi olmadığını bildirib: "Aminin atası ilə əlaqəmin olmağı məsləhət deyil. Oğlu ilə maraqlandı, lakin özüm əlaqəni kəsdim. Onun ailəsində bilirdilər, hər şey yaxşı idi, bəzi problemlərə görə onunla münasibətimiz alınmadı. Sadəcə, axırda elə məsələlər ortaya çıxdı ki, ona görə də oğlumuzla görüşməsinə icazə vermirəm. Onunla nikahımız yox idi, oğlum öz soyadımdadır”.
//Ailem.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|