“Eldar Mahmudov çetesi”nə ev dustaqlığı verilməsinin sirri - İLGİNC
Tarix: 12-04-2017, 08:36 | Çap et
 Azərbaycan qanunvericiliyində qətimkan tədbirinin 10 növü var. Cinayət Prosessual Məcəlləsinə görə şəxs haqqında qətimkan tədbiri seçilərkən, 10 növdən birinə müraciət oluna bilər. Azərbaycanın məhkəmə praktikasına diqqət etsək, hər gün seçilən qətimkan tədbirlərinə nəzər salsaq, belə təəssürat yaranar ki, qətimkan tədbirinin bir növü - həbs var. Qalanları isə elə kağız üzərində qalmaq üçün yazılıb. İstisnalar da yox deyil.
Cinayət Prosessual Məcəlləsinə (CPM) əsasən, 10 belə tədbir var:
Ev dustaqlığı Girov Həbs Başqa yerə getməmək haqqında iltizam Şəxsi zaminlik Təşkilati zaminlik Polisin nəzarəti altına vermə Nəzarət altına vermə Komandanlığın müşahidəsi altına vermə Vəzifədən kənarlaşdırma.
Bu tədbirlər təhqiqatçı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və məhkəmə tərəfindən seçilə bilər. İlk 3 tədbir - həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxs barəsində seçilir. Nəzarət altına vermə - yalnız yetkinlik yaşına çatmayan şəxs barəsində, komandanlığın müşahidəsi altına vermə - yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi dövrdə hərbi mükəlləfiyyətli şəxs barədə seçilə bilər.
Ümumiyyətlə isə hər bir halda həbs-qətimkan tədbirinin seçilməsi zəruri deyil. CPM-ə görə, qətimkan tədbirləri təhqiqatçı, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, müstəntiq və məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və təqsirləndirilən şəxs tərəfindən müəyyən hərəkətlər edilməsi ehtimalına kifayət qədər əsas verir. Ali Məhkəmənin sədri Ramiz Rzayev hələ 2009-cu ildə Azərbaycanda hakimlərin qətimkan tədbiri kimi həbsə üstünlük verdiklərindən narahat olduğunu bildirmişdi. O, bu məsələdə ciddi dəyişikliyin olacağına ümid etdiyini də açıqlamışdı. Ali Məhkəmədən verilən məlumata görə, bunun üçün xüsusi əyani vəsaitlər hazırlanıb hakimlərə təqdim olunub. Amma vəziyyət dəyişmir. 2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbiri seçilməsi prokurorluğun səlahiyyətində olub. 2000-ci ildə isə bu səlahiyyət məhkəmələrə verilib. Məqsəd insanların hüquqlarının daha yaxşı qorunmasını təmin etmək idi. Hüquqşünaslar deyir ki, üstündən 10 il keçsə də, məhkəmələr bu səlahiyyətdən istifadə eləmir.
Azərbaycanda ən çox həbs-qətimkan tədbirinin tətbiq edilməsi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən müstəntiqlərin şəxsi maraqlarından çıxış etmələri haqda iddialar var. Məsələn, təqsirləndirilən şəxs barəsində kifayət qədər sübut olmayanda belə müstəntiq, yaxud da prokuror fikirləşir ki, şəxsi həbsdə saxlamaqla onun barəsində ittihamedici faktlar toplamaq daha asan olacaq. Digər maraqlar da var.
Maraqlı bir araşdırma isə 2008-ci ildə aparılmışdı. Həbs qətimkan tədbirlərinin qanuni əsaslılığı yoxlanılmışdı. Üzə çıxmışdı ki, prokurorlar tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olunan müraciətlərin 98 faizini məhkəmələr təmin edib. Bu hala hətta Ali Məhkəmə rəhbərliyi də təəccüb etmişdi. Eyni zamanda məlum olmuşdu ki, prokurorların yazdıqları təqdimat cümləbəcümlə məhkəmələrin qərarlarında təsbit olunur.
Açıq mənbələrdə - Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının saytlarında çıxarılan qətimkan tədbirləri və növü haqda məlumatlar yoxdur. Bunun özü də qətimkan tədbirlərinin seçilməsi zamanı həbs növünə müraciətlərin çoxluğunu şərtləndirir. Açıq mənbələrdə belə bir məlumatlar olsaydı, yəqin ki, bu gün başqa bir mənzərə müşahidə edilərdi.
Hazırda məhkəmələrin nadir hallarda müraciət etdikləri qətimkan tədbirlərindən biri də ev dustaqlığıdır. Bu yazını hazırlayarkən vəkillərlə əlaqə saxlayıb barəsində həbslə əlaqəli olmayan tədbir seçilmiş şəxslər haqda məlumat istədik. 5 vəkildən heç biri belə bir tədbirin seçilməsini xatırlaya bilmədi. Bu gün barəsində ev dustaqlığı seçilən şəxs ləğv olunmuş MTN-in Əməliyyat Texniki İdarəsinin sabiq rəisi Natəvan Mürvətovadır. Eldar Mahmudovun müavini general Hilal Əsədovun da ev dustağı edilməsi, onunla paralel MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə də oxşar qərarın verilməsi haqda bilgilər zaman-zaman mətbuatda yayılıb. Eldar Mahmudovun özünün statusu isə bilinmir. Onun barəsində qətimkan tədbirlərindən hansının seçilməsi haqda məlumat yoxdur. \\musavat.com\\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|