“MedEra Hospital”da xalq təbabəti ilə xəstələri sağaltdığı bildirilən Elnur Əli əslində falçılıqla məşğuldur?..
Poliqon xəbər erir ki, sosial şəbəkədə bu iddianı irəli sürə Aynur Şahkərimovanın sözlərinə görə, onkoloji xəstə olan xalası qəbulu 30 manat olan Elnur Əlinin yanına gedib. Şikayətçinin anası və iki xalası ödəniş edib, “həkim” qapını bağlayıb başlayıb otaqda falçılıq etməyə...
Aynur Şahkərimova qeyd edir i, xəstənin səhhəti qalıb bir tərəfdə, birinə deyib sənin qara maşınlı kimin var, ona qəza görünür, o birinə deyib ki, səndə ağırlıq var, məni basır. Birinə deyib ki, qurban kəs, bir pay da mənə gətir. İndi də o xəstə pensiyasını gözləyir ki, qurban kəsib bir pay “həkim”ə, bir pay da köməkçisinə aparsın.
Yayılan məlumatda görə, Elnur Əl başqa birinə deyib ki, sən korsan, xəstəxanaya düşəcəksən, get dənizdən duzlu su götür, çim. Bir yaşlı xanıma da deyib ki, sən ərinlə qonşu kimi yaşayırsan. 70 yaşlı qadına bu söz deyilər?..
Maraqlıdır ki, “MedEra Hospital”ın rəhbərliyi bu iddilara reaksiya verməyib və Elnur Əli özü isə iddialarla bağlı bildirib ki, manual terapiya ilə məşğuldur, həmin xəstələri də qəbul edib və öz ixtisası daxilində yardım göstərib.
Bizim üçün maraqlı olan başqa bir cəhət isə Elnur Əlinin peşəkarlıq səviyyəsidir. Görəsən “MedEra Hospital”da həkim olaraq çalışan Elnur Əlinin tibb təhsili və müvafiq sertifikatı varmı? “MedEra Hospital”dan bu məsələyə aydınlıq gətirməyi xahiş edirik.