Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                 

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başladı
Tarix: 6-04-2026, 16:19 | Çap et

Aprelin 6-da “AZCON Holding” şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan “Air Serbia” ilə kod-şerinq sazişi imzalayıb.

“DİA-AZ” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin may ayından etibarən Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar “Air Serbia”nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək.

Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın “Air Serbia” tərəfindən icra olunan reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad–Bakı–Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 3 may 2026-cı il tarixinə planlaşdırılıb.

Hər iki milli aviadaşıyıcı arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

“Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaqlar. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir”, - Azərbaycan Hava Yollarının Baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.

“Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk”, - “Air Serbia” şirkətinin Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.

Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Azərbaycan Hava Yolları (AZAL) haqqında

AZAL nüfuzlu “Skytrax” təşkilatının “4 Ulduz” reytinqinə sahibdir və dəfələrlə “World Airline Awards” nominasiyasında “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın “CO₂ Connect” və “IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

“Air Serbia” haqqında

“Air Serbia” Serbiyanın milli aviadaşıyıcısıdır və Belqradı Avropa, Aralıq dənizi regionu, Şimali Amerika və Asiya üzrə 100-dən çox istiqamətlə birləşdirir. Nyu-York, Çikaqo, Şanxay və Quanqcou istiqamətlərinə uzunməsafəli reyslərdən sonra aviaşirkət 2026-cı ildə beşinci uzunməsafəli marşrutunu - Toronto istiqamətini istifadəyə verməyə hazırlaşır. Həmin il ərzində marşrut şəbəkəsinə əlavə olaraq Santorini, Bakı, Alikante, Sevilya, Tenerife və Tromso şəhərləri də daxil ediləcək.

Milli aviadaşıyıcı kimi “Air Serbia” Serbiyanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və turizmin, eləcə də milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verir. Bu xüsusilə 2027-ci ildə Belqrad şəhərində keçiriləcək “Expo 2027 Belgrade” beynəlxalq sərgisi ərəfəsində daha böyük əhəmiyyət kəsb edir, çünki aviaşirkət tədbirin “Platinum” tərəfdaşıdır. Həmin ildə “Air Serbia” yaranmasının 100 illiyini qeyd edəcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru