Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                 

Azərbaycan NAS strategiyası vasitəsilə regional aviasiya qovşağı mövqelərini möhkəmləndirir
Tarix: 27-03-2026, 16:56 | Çap et

Milli Hava Məkanı Strategiyasının (NAS) icrasının 2026-cı ilin sonunadək tamamlanacağı proqnozlaşdırılır.

"Report"un məlumatına əsasən, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin "Azərnaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin rəhbəri Fərhan Quliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi saytında yayımlanan məqaləsində bildirib.

Nəşrdə vurğulanır ki, artan hava hərəkəti yüklənməsi və qarşıdakı onilliklərdə onun əhəmiyyətli dərəcədə artacağı proqnozları fonunda AZANS NAS-ın hazırlanması və həyata keçirilməsinə yardım məqsədilə "IATA Consulting"ə müraciət edib. Layihə idarə olunan hava məkanında sərnişinlərə fasiləsiz və təhlükəsiz xidmət göstərilməsinə; Azərbaycanın aviasiya və logistika qovşağı kimi rolunun möhkəmləndirilməsinə; fəaliyyətin ICAO-nun ekoloji hədəflərinə uyğunlaşdırılmasına və davamlı inkişafın dəstəklənməsinə istiqamətləndirilmişdi.

"Bu strategiya AZANS-ın maraqlı tərəflərin cəlb edilməsi və texnologiyaların mərhələli şəkildə tətbiqi vasitəsilə yenilənmiş hava məkanı strukturuna tədricən keçidini nəzərdə tutur. Onun çərçivəsində transsərhəd əməkdaşlıq genişləndiriləcək, hava dispetçerlərinin peşəkar hazırlığı gücləndirilərək, eyni zamanda ən müasir müşahidə və avtomatlaşdırma sistemləri işə salınacaq. Strategiyanın üstünlükləri haqqında ümumi təsəvvürün formalaşdırılması məqsədilə IATA məsləhətçiləri AZANS-ın və milli maraqlı tərəflərin iştirakı ilə seminarlara ev sahibliyi edib və NAS konsepsiyasının dövlət qurumları, aviadaşıyıcılar və regional tərəfdaşlar arasında irəlilədilməsində əhəmiyyətli rol oynayıblar", - nəşrdə bildirilir.

F. Quliyev vurğulayır ki, NAS-ın tətbiqi AZANS-a əməliyyat effektivliyini keyfiyyətcə yeni strateji müstəviyə yüksəltməyə şərait yaradıb. Onun sözlərinə görə, 2024-cü ildə bu prosesin başladılmasından bəri hava məkanının buraxılış qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

"Baxmayaraq ki, AZANS əvvəllər də qlobal səviyyədə göstəricilər nümayiş etdirirdi (2022-ci ildə hava hərəkəti axınının idarə edilməsində sıfır gecikmələr olub və beş il ardıcıl olaraq hava hərəkətinin idarə edilməsi sisteminin xətası səbəbilə heç bir insident qeydə alınmayıb), aviaşirkətlər artıq uçuş müddətinin azalmasını və marşrut effektivliyinin yüksəlməsini müşahidə edirlər. NAS strategiyası yeni beynəlxalq hava limanlarını - Laçın və Ələtdə üzvi şəkildə inteqrasiya edir. Laçın hava limanı dağlıq bölgədə idarə olunan hava məkanı zonasını genişləndirərək milli əlaqəliliyi artırır. Azad iqtisadi zonada yerləşən Ələt yük hava limanı regionda NAS-ın rəqəmsallaşdırılmış mühitinə daxil edilən, səmərəli logistika məqsədilə xüsusi olaraq layihələndirilmiş müasir marşrutlaşdırma sistemləri ilə təchiz olunmuş ilk obyekt olacaq. Qarşıdakı illərdə biz hava hərəkətinin idarə edilməsi sisteminin rəqəmsal transformasiya vasitələrinin tətbiqini, həmçinin pilotsuz aviasiya sistemlərinin (UAS) və gələcəyin hava mobilliyi dəhlizlərinin inteqrasiyasını davam etdirəcəyik", - yazıda qeyd edilir.

F. Quliyev Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində strateji coğrafi mövqeyini xüsusi olaraq vurğuyır. "2023-cü ilin əvvəlinə qədər biz regional nəqliyyat marşrutlarında açıq şəkildə dəyişiklik izlədik. Bizim hava məkanımız qitələrarası kritik əhəmiyyətli tranzit dəhlizinə çevrildi. Sonrakı iyirmi il ərzində sərnişin daşıma tələbatının 80 % artacağı gözləntisi bir daha təsdiqlədi ki, aeronaviqasiya sistemimiz təhlükəsiz, effektiv və davamlı inkişafa hazır vəziyyətdə olmalıdır", - nəşrdə qeyd edilir.

Eyni zamanda bildirilir ki, Azərbaycan artıq aviasiya ekosisteminin modernləşdirilməsinə başlayıb. Belə ki, 2021-ci ildə Laçın Beynəlxalq Hava Limanının, 2023-cü ildə isə Ələt yük Beynəlxalq Hava Limanının tikintisi başlanıb. Bu obyektlər aparıcı regional aviasiya mərkəzinə çevrilmə istiqamətində dövlət strategiyasının əsas elementləridir. Belə bir məqsəd bu miqyaslı layihələri və qabaqcıl beynəlxalq təcrübəni əhatə edən hərtərəfli və gələcəyə yönəlmiş yol xəritəsinin işlənib hazırlanmasını zəruri edirdi.

"Layihələrin özləri hava məkanının arxitekturasının optimallaşdırılmasını, infrastruktur yatırımlarının koordinasiyasını və əməliyyat məhsuldarlığının artırılmasını təmin edə biləcək vahid strateji platformaya ehtiyac yaratdı. Məhz bu səbəbdən biz NAS-ı hazırlayıb reallaşdırmaq qərarına gəldik. Onun hədəfləri - hava daşımalarının təhlükəsizliyinin təmin olunması, ölkənin logistik qovşaq olaraq rəqabət potensialının gücləndirilməsi və ICAO ilə "Eurocontrol" normativlərinə, xüsusilə dayanıqlı inkişaf sahəsində uyğunluğun təmin edilməsidir", - deyə F. Quliyev bildirir.

AZANS-ın rəhbəri xatırladır ki, 2020-2021-ci illərdə "Azərnaviqasiya" artıq uçuş təhlükəsizliyinin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində "IATA Consulting" ilə birgə iş aparırdı: "IATA mütəxəssislərinin yüksək peşəkar səviyyəsi, onların beynəlxalq standartlar sahəsindəki dərin bilikləri və dünya miqyasında aeronaviqasiya xidmət təminatçıları ilə praktiki əməkdaşlıq təcrübəsi bizə əminlik yaratdı ki, NAS strategiyası nəinki beynəlxalq tələblərə uyğun olacaq, həm də Azərbaycanın unikal regional xüsusiyyətlərini nəzərə alacaq".

Nəşrdə həmçinin bildirilir ki, proqram 2023-cü ilin fevralında rəsmən elan olunub. ICAO və "Eurocontrol" metodologiyalarına müvafiq olaraq, birinci mərhələ mövcud hava məkanı strukturunun, nəqliyyat axınlarının və texnoloji bazanın ətraflı qiymətləndirilməsini əhatə edirdi. 2023-cü ilin üçüncü rübündə başa çatdırılan bu mərhələ eyni zamanda dünya üzrə qabaqcıl aeronaviqasiya xidməti təminatçıları ilə müqayisəli analizi özündə birləşdirirdi. İkinci mərhələdə (2024-cü ilin ortalarınadək) NAS-ın strukturu formalaşdırıldı. Fəaliyyət planı aviauçuşların effektivliyinin artırılmasını və gecikmələrin minimuma endirilməsini nəzərdə tuturdu. İqtisadi inkişafın təşviq edilməsi üçün plan marşrutların buraxılış qabiliyyətinin genişləndirilməsini və hava yük daşımalarının artımının dəstəklənməsini əhatə edirdi. Ekoloji dayanıqlığın təmin edilməsi çərçivəsində yanacaq sərfiyyatının və tullantı həcminin azaldılması məqsədilə marşrutların optimallaşdırılması, həmçinin xarakteristikalara əsaslanan naviqasiyanın və hava hərəkətinin idarə edilməsinin rəqəmsal texnologiyalarının tətbiqi nəzərdə tutulur.

IATA mütəxəssisləri əməliyyat ssenariləri hazırladılar, təhlükəsizlik və effektivlik analizi apardılar, eyni zamanda bütün təkliflərin ICAO-nun "Aviasiya sisteminin blok yeniləməsi" konsepsiyasına uyğunluğunu təmin etdilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru