İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                 

İstanbul Sənaye Palatasının nümayəndə heyəti ilə “Veysəloğlu” rəhbərliyi arasında görüş olub - FOTO
Tarix: 4-11-2025, 15:09 | Çap et

İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyəti sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) rəhbərliyi arasında görüş keçirilib. Nobel Qardaşları Muzeyinin nəzdində fəaliyyət göstərən restoranda səhər yeməyi ətrafında bir araya gələn tərəflər arasında baş tutan səmimi tanışlıqdan sonra tədbir iştirakçılarına muzey barədə ətraflı məlumat verilib və info-tur təşkil olunub.
Daha sonra VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov rəhbəri olduğu biznes qurumunun keçdiyi tarixi yol, hazırkı vəziyyəti və gələcək perspektivləri barədə ətraflı məlumat verib. Təsisçi qeyd edib ki, şirkətin böyük biznesə atdığı ilk addım Türkiyədən idxal etdiyi mallar üzərindən olub:
Şirkətimizin inkişafında Türkiyədən olan mütəxəssislərin də böyük rolu olub. Hazırda da şirkətimizdə Türkiyədən olan mütəxəssislər çalışır. İşçi sayımız 28 min nəfərə çatıb, hər il 3 mindən artıq yeni iş yeri yaradırıq. Azərbaycanda biznes mühiti çox əlverişlidir və xarici investisiyalar üçün olduqca cəlbedicidir. Bir iş adamı kimi əminliklə deyə bilərəm ki, tərəddüd etmədən Azərbaycana investisiya yatırıb, şərikli biznes qura bilərsiniz.”
Aydın Talıbov çıxışının sonunda qeyd edib ki, ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin iqtisadi mənzərəsini də müsbət istiqamətdə dəyişib.
VŞQ-nin icraçı direktorunun müavini İlqar Nuri isə videotəqdimatla çıxış edərək, şirkətin real göstəriciləri, vergi və digər dövlət ödənişləri üzrə lider mövqeyi, eləcə də yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı iri layihələr barədə məlumat verib.
İstanbul Sənaye Palatasının İdarə Heyəti sədri Erdal Bahçıvan çıxışında VŞQ rəhbərliyinə gözəl və tarixi məkanda təşkil olunan görüş üçün təşəkkürünü bildirib. O, Türkiyə sənayesinin bir çox sahələrdə inkişaf etdiyini və bu potensialın Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. Erdal Bahçıvan xüsusilə tekstil və hazır geyim sənayesi istehsalçıları üçün Azərbaycanın böyük bazar potensialı və investisiya imkanları təqdim etdiyini qeyd edib. O, həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ərəfəsində iki ölkə arasında sənaye, ticarət və iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə böyük ümid ifadə edib.
Tədbirin sonunda nümayəndə heyətini müşayiət edən Türkiyənin 30-a yaxın media qurumunun təmsilçiləri üçün mətbuat konfransı təşkil olunub. Sonda tərəflər bir-birlərinə qarşılıqlı hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər.
1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərdən biridir. Hazırda Şirkətlər Qrupunda 28 minə yaxın əməkdaş çalışır. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Qrupa distribusiya, istehsalat və pərakəndə mağazacılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir. Dövlət qurumlarının açıqladığı son hesabatlarda qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu ötən il öz sektorunun vergi ödəyiciləri arasında lider mövqeyə sahib olub.
Qeyd edək ki, 1952-ci ildə təsis edilən İSO Türkiyənin ən böyük sənaye təşkilatıdır. Baş qərargahı İstanbulda yerləşən Palatanın əsas vəzifələri sənaye müəssisələrinin maraqlarını qorumaq və onları təmsil etmək, sənayenin inkişafına dəstək vermək, bu sahədə yerli və beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də üzv şirkətlərə təlim, məsləhət və xarici ticarət dəstəyi göstərməkdir. Hazırda tekstil, maşınqayırma, kimya, qida və digər sektorlarda fəaliyyət göstərən şirkətləri də əhatə edən İSO-nun 24 minə yaxın üzvü var.
"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru