Son günlər müşahidə olunan güclü yağış sularının törətdiyi fəsadlar arasında dağılan yol infrastrukturu, körpülər və digər bu kimi faktlar vətəndaşların durumunu daha da gərginləşdirib. "DİA-AZ" bildirir ki, burada bəzi aidiyyatı dövlət qurumlarının az qala müşahidəçi mövqeyində qalması kadrlarla bağlı ciddi problemlərin olduğunu bir daha üzə çıxardı.
Elə hələ "çiçəyi burnunda olan" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli üçün də bu bir neçə gün çətin keçdi, deyə bilərik. Bunu vətəndaş gileylərinin bolluğundan da görmək olur.
Bu qəbildən olan növbəti vətəndaş gileyini təqdim edirik. Tanınmış jurnalist Anar Məmmədov qeyd edir: "Bakı-Qazax yolunun Nəvai ərasizindən keçən hissəsində acınacaqlı vəziyyət hökm sürür. Yolun paytaxt istiqamətində dəhşətli yarğanlar əmələ gəlib, avtomobillərin təkərlərini kəsərək partladıb. Bir az əvvəl şahidi oldum, 10-dan artıq avtomobilin təkərlərini kəsərək partladıb yolda qoymuşdu.
Həmin sürücülər “Azəryol”u məhkəməyə verərək dəymiş ziyanla bağlı təzminat davası açmalıdır…"









