"Həlli düyünə düşmüş problem..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra bildirir: "Neftçilər əziyyət çəkir, problemi birdəfəlik həll etməli olan SOCAR sahə üzrə məsul şəxs isə hələ də cəzasızdır..."
Bunun ardından M.Qəhrəmanlı Azneft İB Abseronneft NQCI-nin işçilərinə istinadən problemi diqqətə çatdırır:
"Fevralın 6-dan növbə dəyişməli idi, dəyişmədilər. Fevralın 6-sı və 9-u dəniz yaxşı olduğu halda növbə dəyişilmədi.
İndi yenə gözləyirik..."









