Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

İcra başçısının oğlunun şirkəti vətəndaşa QAN UDDURUR... - "Ənvər Ənvərli atasının vəzifəsinə güvənərək..."
Tarix: 19-02-2026, 18:58 | Çap et

Vətəndaş Ağayev Əli Rza oğlu “EFENDİLER AUTO” MMC-nin vəzifəli şəxslərinin cinayət əməllərindən Daxili işlər naziri Vilayət Eyvazova, Daxili işlər nazirinin Birinci müavini Seyfulla Əzimova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevə şikayət edib.

Bu barədə Gununsesi.info-ya ünvanlanmış məktubda deyilir.

Şikayətçi bu müaricətinə səbəb olaraq deyib:

Bildirirəm ki, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevə məxsus və onun oğlu Ənvər Ənvərli (Vəliyev) tərəfindən idarə olunan “EFENDİLER AUTO” MMC ( VÖEN: 160524907) özünü Azərbaycanda ZEEKR avtomobillərinin rəsmi idxalçısı kimi təqdim etmişdir. 04 oktyabr 2025-ci il tarixdə, mən, yeni çıxmış “ZEEKR 9X” modelini almaq üçün MMC-nin Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən avtomobil salonuna getdim. Orada mənə bildirdilər ki, “ZEEKR 9X” modelinin müxtəlif komplektasiyaları mövcuddur və əgər siz “ZEEKR 9X, Black exterior package/Blue/22-inch mirror wheels” (qara maşın, göy salon) sifariş versəniz, bu komplektasiya 1-3 həftəyə hazırlanıb yola salınaçaq və ilk gətirilən məhz bu komplektasiya olacaqdır. Məni əmin etdilər ki, bu komplektasiya, şübhəsiz, ilin axırına qədər gətirilib təhvil veriləçəkdir. Həmən komplektasiyanın ümumi qiyməti 88.500 (səksən səkkiz min beş yüz) ABŞ dolları edirdi. Qeyd etmək istəyirəm ki, 04 okryabr 2025 tarixdə mən, avtomobili sifariş verən zaman, bütun elektrik və plug-in hibrid avtomobilləri ƏDV-dən (Əlavə Dövlət Vergisi) azad idi və yeni ildən ƏDV əlavə olunacağı bilinmirdi. Mən də, onların avtomobilin ilin sonuna qədər çatdırılacağına dair vədinə inandım və məhz o komplektasiyalı avtomobili sifariş etdim. Məni əmin etdilər ki, ilin sonuna qədər avtomobili gətizdiriləcək və ƏDV-dən xaric olacaq. Mənimlə beh müqaviləsi bağlandı və məndən beh olaraq 30.000 (otuz min) ABŞ dolları məbləğində pul aldılar. Ödəniş şirkət əməkdaşlarının tələbi ilə həyata keçirilmiş, rəsmi qəbz təqdim ediləcəyi vəd olunmuş, lakin heç bir qəbz verilməmişdir.

Ağayev Əli Rza oğlu eyni zamanda deyib ki, dəfələrlə telefonla cavabdehin məsul işçisi ilə əlaqə saxladıqda ona avtomobilin müqavilədən dərhal sonra sifariş verildiyini və ilin sonuna qədər gələcəyi bildirilib:

“Dövlət tərəfindən ƏDV-nin əlavə olunduğunu biləndən sonra şirkətə zəng vuraraq bildirdim ki, əgər avtomobili ilin sonuna qədər təhvil verməyə çatdırmayacaqlarsa, mən pulumu geri götürüm və avtomobili başqa yerdən sifariş edim. Çünk əlavə vergi ödəməyi öhdəmə götürmək istəmirdim. Yenə də mənə maşının vaxtında çatdırılacağını bildirdilər. 25.11.2025 tarixdə maşın barədə məlumat almaq ücün Qurban bəyə (Zeekr servisin satış müdüru) zəng vurdum. O mənə maşınların Harqos şəhərində oldugunu dedi və bir neçə gün ərzində oradan çıxacağını bildirdi. 01.12.2025 tarixdə maşının Harqos şəhərindən çıxıb-çıxmadığını öyrənmək üçün yenə də Qurban bəyə zəng vurdum. Qurban bəy mənə bildirdi ki, maşın artıq Harqos şəhərindən çıxıb və mən də 25.12.2025 tarixinə qədər maşının təhvil alacağıma arxayın olmalıyam.

Vətəndaş məsələnin sonrada bu cür olduğunu deyib:

“18.12.2025-ci il tarixdə Rəvayət bəy (Zeekr servisin satış nümayəndəsi) mənə zəng vuraraq deyir ki, ağ rəng maşın gəlib, istəyirsinizsə, onu sizə verək. Mən təəccüblənərək bildirdim ki, əvvəlcə göy salonlu qara maşınlar çatdırılmalı idi. Rəvayət bəy cavab verdi ki, o komlektasiyalar hələ çatmayıb. Nə vaxt çatacağını soruşanda isə “bilinmir” cavabı verdi. Daha sonra 22.12.2025 tarixdə mən Qurban bəyə zəng vurdum. Qurban bəy bildirdi ki, yolda maşınları var, amma hansı komplektasiya olduğunu bilmir və mənin sifariş etdiyim komplektasiya gəlsə, xəbər edəcəklər. Bundan əlavə, 27.12.2025 tarixində təkrarən Qurban bəyə zəng vurdum və bildirdim ki, 01.12.2025-tarixdə maşınlar yolda olduğunu demiş və 25.12.2025 tarixədək təhvil alacağımı söz vermişdi. Belə halda necə ola bilər maşınlar çatmasın? Maşının hazırda harada olduğunu soruşanda da Qurban bəy xəbərsiz olduğunu bildirdi.

Şikayətçi qeyd edir ki, Qurban bəy sonradan ona cavab verməyib:

“29.12.2025 və 30.12.2025 tarixlərində Qurban bəyə zəng vurdum amma Qurban bəy telefona cavab vermədi. 30.12.2025 tarixində getdim Zeekr satış mərkəzinə, Qurban bəylə orada danışanda dedi ki, ” Bu gün də-sabah da maşınlar çatacaq, amma bilmirik ki, hansı komlektasiyada olan maşınlardı”. Orada Rəvayət bəylə də görüşdüm və maşınların harada olduğu barədə maraqlandım. Rəvayət bəy onlarda məlumatın olmadığını bildirdi. Onun sözlərinə görə, maşınlar gəldikcə sıralama ilə təhvil verilir, mən də sırada 7-ciyəm. Ancaq mən 30.12.2025 ci il tarixinə qədər, maşının harada olması barədə heç bir məlumat ala bilmədim. 06.01.2026 il tarixdə yenə də Rəvayət bəylə bir məlumat almaq üçün əlaqə saxladım. Rəvayət bəy maşınların ÇXR ərazisindən hələ çıxmadığını bildirdi. 10.01.2026 il “EFENDİLER AUTO”-ya rəsmi məktub göndərdim və həmin gün Rəvayət bəy votsap vasitəsilə yoldakı maşınların sayı və komplektasiyası ilə bağlı dəqiq məlumat verdi. Habelə onlardan birinin mənə veriləcəyini bildirdi. 14.01.2026 tarixində mən Zeekr satış mərkəzinə getdim, orada Rəvayət bəylə görüşdüm. Rəvayət bəy yanvar ayının birindən 14-nə qədər 2 maşının gəldiyini və onlardan birinin mənə veriləcəyini bildirdi. Mən ondan soruşdum: “Siz iddia edirsiniz ki, maşınlar sıralama ilə təhvil verilir, 30.12.2025 tarixdə sırada 7-ci olduğum halda, maşını mənə necə verə bilərsiz?” Rəvayət bəy cavabında: “Siz sırada birincisiniz”, – dedi. Başa düşdüm ki, şirkət rəhbərliyi sıralamanı öz istədiyi kimi dəyişir. O, həmçinin avtomobilin qiymətinin 109.000 (bir yüz doqquz min ABŞ dollarına) qaldırdıqlarını bildirdi.

Şikayətçi son olaraq bildirib:

Şirkətdən avtomobilin nə vaxt sifariş verildiyini, mənim onlara verdiyim 30.000 (otuz min) ABŞ dollarının nə vaxt istehsalçıya göndərdiyini və mənim avtomobilimin çatdırılma tarixi barədə sənədlər tələb etdim. Şirkət mənim avtomobilimi gətirib başqasına verdiyindən o sənədləri mənə vermədi. Beləliklə, şirkət rəhbərliyi qulluq mövqeyindən sui-istifadə edərək ya mənim avtomobilimi məndən pul aldığı halda istehsalçı şirkətə sifariş verməyib, ya mənim sifarişim əsasında avtomobili gətirib və onu başqa şəxsə satıb, nəticədə vəzifə səlahiyyətlərindən tamah (artıq pul qazanmaq) məqsədi ilə sui-istifadə edib. Bu halların CM-nin 178 və 308-ci maddələri üzrə cinayət tərkibi yaradıb-yaratmadığının araşdırılmasını xahiş edirəm. Şirkətin rəhbəri Ənvər Ənvərli atasının vəzifəsinə güvənərək, məsuliyyətdən yayınacağını düşünərək belə qanunsuzluqlara yol verir. Lakin Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulamışdır ki, məmurlar və onların övladları qanunlara əməl etməli, ədalət təmin edilməlidir. Göstərilənlərə əsasən, xahiş edirəm ki, “EFENDİLER AUTO” MMC-nin (VÖEN: 160524907) rəhbərliyinin mənə qarşı törətdikləri cinayət əməllərinin araşdırılmasına və bu barədə müvafiq cinayət işinin başlanılmasına və onların məsuliyyətə cəlb edilməsinə, eyni zamanda harınlamış məmur övladları tərəfindən mənim pozulmuş hüquqlarımın bərpasına köməklik edəsiniz.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru