Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"UNİVERSİTETDƏ "AT OYNADIR", REKTORU SAYMIR" - OKTAY ƏSƏDOVUN DEKAN BACISINDAN ŞİKAYƏT
Tarix: 19-02-2026, 15:46 | Çap et

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun bacısı Gülnarə Əsgərəlizadədən şikayət var.

Bu barədə Gununsesi.info-ya , Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışan şəxslərdən daxil olan məlumatda deyilir.

Bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə fakültəni şəxsi biznes obyektinə çevirərək özbaşınalıqlara yol verir:

“Gülnarə Əsgərəlizadə universitetdə “at oynadır”. Rəhbərlik etdiyi fakültəni şəxsi biznes obyektinə çevirən dekan xanımın özbaşınalıqlarının sayı o qədər çoxdur ki, saymaqla bitməz. Bir zamanlar vəzifədədə olan qardaşının hesabına bu gün vəzifə, kreslo sahibi olan Əsgərəlizadə yerini o qədər bərkidib ki, artıq Universitetin rektorunu da saymır.

Bu gün iddiası yerə-göyə sığmayan dekan xanım Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur, təsviri incəsənət müəllimidir. Adicə rəsm müəllimi kimi fəaliyyətə başlasa da, qardaşı vəzifəyə gəldikdən sonra həyat yolunda yaşıl işıq yanmağa başlayıb. 2011-ci ildən AzMİU-da assistent kimi işə başlayıb, 2015-ci ildə Dövlət Rəssamlıq Akademiyasında “Müstəqillik dövründə Azərbaycan dizaynında üslub xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edib, ilk elmi dərəcəni – sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Az müddətdə mühit dizaynı kafedrasında dosent adını alıb. İldırım sürəti ilə ard-arda elmi adlara sahibləndikdən sonra dekan xanım AzMİU-da çoxlarının “yağlı tikə” kimi baxdığı əcnəbi vətəndaşların hazırlığı fakültəsinə dekan seçilib.

Dekan seçildiyi gündən Əsgərəlizadənin mühit dizaynı kafedrasının dosenti kimi bir dəfə də olsun, auditoriyaya girmədiyini, dərslərinin kafedranın bir xanım müəllimi tərəfindən aparıldığını, dekanın müəllim maaşının hamısını həmkarına verdiyini universitetdə hamı bilir. O da iddia olunur ki, bu, xanımın dekan kimi işinin çoxluğundan deyil, müəllim kimi auditoriyanı, tələbələri idarə edə bilməməsindən irəli gəlir”.

O da bildirilir ki, xanım dekanlıqda etibarlı komanda yaradıb, müfəttiş ştatında oturan Əminə Torabi adlı xanımın köməyi ilə talançılıqla məşğuldur:

“Hər il universitetin hazırlıq fakültəsinə qəbul olunan əcnəbi tələbələr rəsmi şəkildə 1200 dollar ödəməklə yanaşı, Əminə xanıma əlavə 200 dollar verirlər. Təbii ki, Əminə xanım bunu “universitetdaxili xərclər” adı ilə əcnəbilərdən alır, rüşvətə bu cür don geydirir. Mənbə semestr imtahanlarında xanım müfəttişin əcnəbiləri sıxışdıraraq qiymətlərini aşağı salıb onları gözükölgəli edib, guya kömək məqsədilə sonradan dekan xanımın mərhəmətinə sığınaraq universitetə qəbul olunmasını təmin etdiyini iddia edir. Bunlar nədir ki, Əminə, eləcə də əcnəbilərə dərs deyən digər müəllimlərin də necə deyərlər, əcnəbiləri sağıb yedikləri deyilir, xüsusilə Türkiyədən olan tələbələrin adı hallanır. Hədiyyələr, paylar, dərmanlardan tutmuş ərzaq məhsullarına (pendir, çərəz, ləpə və s.) qədər Türkiyədən gətirdirlər. Əcnəbi vətəndaşlardan yığdığı dollarlar hesabına Əminə Antalya bölgəsindən villa alıb, bunu dekanlıqda çoxları bilir.

Gülnarə-Əminə işbirliyi bununla bitmir. Univertsitetdə hamı bilir ki, AzMİU rektorunun daxili əmriylə yaşı 75-ə çatmış müəllimlərin dərs yükü elmi dərəcəsindən asılı olmayaraq avtomatik yarımştat iş vahidinə endirilir. Lakin Hazırlıq fakültəsinin tabeliyində olan Azərbaycan dili və pedaqogika kafedrasında elmi dərəcəsi olmayan yaşı 90 və 78 olan müəllimlər (Roza Vəlibəyova və Zemfira Cəlilova) nəinki bütöv ştatla, hətta 2 ştatla təmin olunublar. Belə ki, rəsmi sənədlərdə adıçəkilən müəllimlərə 1.5 ştat verilib, 05 ştat vahidi isə kafedrada 1 ştatda olan müəllimlərin adına yazılır, pulu Roza və Zemfira alır. Bundan başqa, hər iki xanım, eləcə də əcnəbi tələbələrə dərs deyən digər müəllimlər də eyni qaydada 2 ştat işlə təmin olunmaqla yanaşı, əlavə saathesabı dərsləri də öz aralarında bölüşüblər. Təbii ki, dekan və əlaltısı Əminənin belə səxavətliliyinin arxasında çirkin əməllərinin olmadığını düşünmək ağılsızlıq olar. Təbii ki, əcnəbilərin dollarları hesabına quduran bu iki xanım bu “yaxşılıqları” əvəzsiz etmirlər. Amma maraqlıdır ki, görəsən bütün bu özbaşınalıqlardan rektorun xəbəri var?

Son günlər dekan xanımın at oynatdığı dekanlıqda bir gülməli hadisə də baş verib. Fakültə yeni korpusla təmin olunub, yeni binada kabinet bölgüsünü öz mənafeyinə uyğun şəkildə bölən dekan xanım sanitar qovşaqları da mənimsəyib. Belə ki, 2 mərtəbəli korpusun 1-ci mərtəbəsində öz yaxınlarını ən yaxşı kabinetlərlə təmin etməklə yanaşı, onlar üçün ayaqyolunun birini bağladıb”.

O da qeyd olunub ki, xanım ayaqyollarından birini də özü üçün mənimsəyib:

“Bununla kifayətlənməyib 2-ci mərtəbədə nəzərdə tutulan sanitar qovşaqlardan birinin də ağzını bağlayıb açarını əcnəbi tələbələrə dərs deyən 3 müəllimə verib, yerdə qalan Universitetin bakalavr qruplarında dərs deyən 20-ə yaxın müəllimi isə tələbələr üçün nəzərdə tutulmuş sanitar qovşaqlarından istifadə etməyə məcbur edir. Kafedranın müəllimləri arasında (əcnəbilərə dərs deyənlər və bakalavrlara dərs deyənlər) ikitirəlik yaradan dekan xanımın məqsədinin nə olduğunu başa düşən yoxdur. Kafedranın müdiri, sabiq metropoliten rəisi Tağı Əhmədovun xanımı Salatın Əhmədova ilə ulduzu heç cür barışmayan Əsgərəlizadə belə çıxır ki, qisasını müəllimlərdən alır? “Mehriban düşmənlər” olan bu xanımların pərdəarxası çirkin oyunlarının qurbanı olan müəllimlər sözlərini kimə deyəcəklərini də bilmirlər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru