Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Laqeyd nazir və pambıq köləsinə çevrilmiş fermerlər... - AXI NİYƏ?..
Tarix: 16-02-2026, 03:44 | Çap et

Azərbaycan kənd təsərrüfatının strateji sahələrindən biri hesab edilən pambıqçılıq bu gün dərin böhran yaşayır. Minlərlə fermer yeni əkin mövsümünə hazırlaşmalı olduğu bir vaxtda hələ də ötən ilin məhsuluna görə pulunu ala bilmir. Borc içində boğulan, banklara, mağazalara, texnika sahiblərinə, gübrə və toxum satanlara öhdəliklərini yerinə yetirə bilməyən fermer faktiki olaraq çıxılmaz vəziyyətə salınıb. Bu vəziyyət isə “qul əməyinə” məhkum edilmiş kəndlinin acı reallığını ortaya qoyur.

Bizimesr.az bildirir ki, pambıqçılıq ölkə rəhbərliyi səviyyəsində daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında pambıqçılığın həm ixrac potensialı, həm regionlarda məşğulluq, həm də kənd təsərrüfatının inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət proqramları qəbul olunub, subsidiya mexanizmləri tətbiq edilib, pambıq sahələrinin genişləndirilməsi üçün müxtəlif təşviqlər verilib. Ancaq bütün bunlara baxmayaraq, real vəziyyət göstərir ki, pambıqçı fermer bu siyasətin əsas faydalananı deyil, əksinə, ən çox əziyyət çəkən tərəfidir.

Mövcud sistemə görə, pambıq istehsal edən fermerlər məhsulu birbaşa bazara çıxara bilmir, onu yalnız xüsusi özəl şirkətlərə satmağa məcburdur. Bu şirkətlər əvvəlcədən fermerlərlə müqavilə bağlayır, toxum, gübrə, yanacaq və digər xərclərin bir hissəsini qarşılayır, daha sonra isə məhsulu təhvil alaraq ixrac edir. Şirkətlər bu prosesi əsasən dövlətin maliyyə qurumu olan Aqrar Kredit QSC vasitəsilə aldıqları kreditlər hesabına maliyyələşdirirlər. Yəni kredit götürür, fermerə pul ödəyir, pambığı toplayır və sonra xaricə sataraq gəlir əldə edirlər.

Lakin problem ondadır ki, son illərdə bu mexanizm ciddi şəkildə pozulub. Şirkətlər pambığı vaxtında satmır, çünki payız və qış aylarında dünya bazarında qiymətlər aşağı olur. Onlar mart-aprel aylarını gözləyir, qiymətlərin qalxmasını istəyir və məhsulu anbarlarda saxlayırlar. Nəticədə fermerin pulu aylarla, bəzən isə bir ildən çox gecikir. Fermer isə gözləyə bilmir. Onun növbəti mövsüm üçün toxuma, gübrəyə, yanacağa, suvarmaya pulu lazımdır. Pul olmayanda isə əkin sahələri azalır, keyfiyyət düşür, insanlar kəndi tərk edir.

2025-ci ildən etibarən vəziyyət daha da ağırlaşıb. Məlumata görə, Aqrar Kredit bir sıra pambıq şirkətlərinə kredit verilməsini dayandırıb. Bunun əsas səbəbi həmin şirkətlərin əvvəlki illərdə götürdükləri vəsaitləri vaxtında qaytarmamaları, öhdəliklərini yerinə yetirməmələri olub. Nəticədə yeni kreditlər dayandırılıb, şirkətlər maliyyə mənbəyindən məhrum qalıb, fermerlər isə birbaşa zərbə altında qalıb. Çünki kredit olmayanda şirkətlər də fermerə pul ödəyə bilmir.

Burada əsas məsuliyyət birbaşa pambıq şirkətlərinin üzərində olsa da, prosesə nəzarət etməli olan dövlət qurumlarının fəaliyyətsizliyi vəziyyəti daha da ağırlaşdırır.

Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri Məcnun Məmmədov bu böhrana adekvat reaksiya vermir. Nazirlik faktiki olaraq müşahidəçi mövqeyi tutub. Fermerlər aylarla şikayət edir, müraciətlər edir, mediaya danışır, lakin sistemli həll yolu ortaya qoyulmur. Nə şirkətlərin məsuliyyəti artırılır, nə də ödənişlərin vaxtında edilməsinə ciddi nəzarət mexanizmi yaradılır.

Əslində, nazirlik bu sahədə tənzimləyici rolunu gücləndirməli, fermerlə şirkət arasında bağlanan müqavilələrin icrasına ciddi nəzarət etməli, ödəniş gecikdirən şirkətlərə qarşı sanksiyalar tətbiq etməlidir. Amma görünən odur ki, nə inzibati cərimələr var, nə lisenziyaların ləğvi, nə də real məsuliyyət mexanizmi. Nəticədə güclü tərəf olan şirkətlər rahat şəkildə fermeri gözlətməyə davam edir.

Doğrudan da, yaranmış vəziyyət göstərir ki, pambıqçılıqda bütün risklər kəndlinin üzərinə yüklənib. Təbii fəlakət olur, fermer zərər çəkir. Qiymət düşür, fermer uduzur. Şirkət pul ödəmirsə, yenə fermer gözləyir. Dövlət strukturları isə yalnız statistik rəqəmlərlə, hesabatlarla məşğuldur.

Bütün bunlar ölkə rəhbərliyinin pambığa verdiyi strateji əhəmiyyətlə açıq ziddiyyət təşkil edir. Prezidentin xüsusi diqqət göstərdiyi sahədə fermerlərin bu vəziyyətə düşməsi həm sosial ədalətsizlikdir, həm də dövlət siyasətinə kölgə salır. Kənd insanı özünü tək, sahibsiz hiss edir. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatının çökməsinə, kəndlərin boşalmasına, ərzaq təhlükəsizliyinin zəifləməsinə gətirib çıxara bilər.

Bu gün pambıqçı fermerin problemi təkcə pulun gecikməsi deyil. Bu, bütövlükdə etimadın itirilməsidir. Fermer artıq sabaha inanmır. O bilmir ki, məhsul əkəndə pulunu vaxtında alacaq, ya yox. Bu qeyri-müəyyənlik isə kənd təsərrüfatı üçün ən təhlükəli faktordur.

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit, pambıqçılıqla məşğul olan şirkətlər və müvafiq qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə, real həll yolları tapmalıdır.

Şirkətlərin maliyyə vəziyyəti ciddi yoxlanmalı, müqavilə şərtlərinə əməl olunması məcburi hala gətirilməli, ödənişlər üçün təminat mexanizmi yaradılmalı, fermerin hüquqları qorunmalıdır. Əks halda pambıqçılıq “strateji sahə” olmaqdan çıxıb, kəndlinin belini qıran yükə çevriləcək.

Əgər bu gün bu problem həll olunmasa, sabah minlərlə fermer pambıqdan imtina edəcək. O zaman isə nə dövlət proqramları, nə də rəsmi statistikalar real vəziyyəti xilas edə biləcək. Pambıqçılığın gələcəyi birbaşa kəndlinin taleyindən keçir. Kəndli ayaqda qalmasa, bu sahənin də gələcəyi olmayacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru