Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

İnsanları aldadan MTK “mafiyası” - Masazırda nə baş verir?
Tarix: 29-01-2026, 14:43 | Çap et

Masazırda MTK-ların tikdiyi evləri ipoteka ilə almaq istəyirsinizsə, aylıq ödəyəcəyiniz məbləğin üzərinə 400-500 manat da gəlin. Deyəcəm niyə. Azı 150-200 manat yolpulu və əlbəttə ki, korlanan əsəblərinizə görə, yaxşı bir psixoloq lazım olacaq desəm, yəqin, MTK-ların acığına getməz.

Yaxın oturun...

Lent.az Masazırda MTK-ların tikdiyi binalardan reportajı təqdim edir.

"20 Yanvar" metrosunun çıxışındayam. Adı hələ də "manatlıq" qalan, amma artıq 2 manata aparan taksilərdən birinə minirəm. Tıxaca görə təkcə metro ərazisindən çıxmaq 15 dəqiqədən çox vaxt alır. Jurnalist olduğumu və Masazırdakı problemlərdən reportaj hazırlamağa getdiyimi öyrənən sürücü yol uzunu danışmaq üçün bəhanəsini tapır!

- Hansı problemi deyəsən? 1 deyil, 2 deyil. İşıq sönən kimi camaat qalır soyuqda. Yollar pis gündə, kanalizasiya sistemi yox. Yağış yağan kimi adam ürəyinə qədər palçığa batır...

Belə uzun və tıxaclı yolun böyük hissəsini sürücünün şikayətləri ilə gedirik. Masazırın girişinə çatırıq. Qarşı oturacaqda oturan xanım ödənişini edib düşür. Keçib onun yerində otururam. Gözlə görülən problemlər bizi "Masazır" yazısı ilə birgə qarşılayır. Lakin bu problemlərdən başqa bir reportajımızda bəhs edəcəyik. Nəhayət, "İkinci Araz" deyilən yerdə taksidən düşürəm.

Diqqətimi ilk çəkən sıx tikilən binalar olur. Təxminən yarım hektar ərazidə 3-4 bina tikilib. Palçıqlı, gölməçəli küçələrdən keçib binanın "həyətinə" yaxınlaşıram - Siyavuş Aslan 1 ünvanı. Daha doğrusu, həyətə yox, dar bir araya. Həyətdə nəyinki uşaq meydançası, park, ağac, heç maşın parkinq etmək üçün yer də yoxdur. Kimsə övladını, ya nəvəsini günəşli havada gəzdirmək istəsə, məcburən binanın ərazisindən çıxıb üfunətli "lehmə vannası" da qəbul etməli olacaq. Çünki binanın həyətinə gün düşmür. MTK-lar aldıqları ərazidə maksimum bina tikib daha çox qazanmaq üçün gün işığı düşməyə yer buraxmırlar.

Əlində zibillə binadan çıxan orta yaşlı kişiyə yaxınlaşıram. Salamlaşıb binayla bağlı söhbətə girişirəm:

- Nə qədər müddətdir bu binada yaşayırsız?
- Avqust ayından bəri... 5 aydır.
- Necədir? Deyirlər, qaz probleminiz var.
- Elə biz özümüzü "qaz" yerinə qoyublar. Ona görə. Demişdilər ki, 2022-ci ilin avqust ayında bina hazır olacaq. 2023-cü ilin yayında isə qazlar veriləcək. Binanın istifadəyə verilməsi 1 il gecikdi, yəni 2023-cü ildə verdilər. Amma qaz vermədilər. 3 ilə yaxındı ki, hər dəfə deyirlər, hazır olacaq, sənədləri aparmışıq, indi çəkilir, qaz borularını gətirmişik... Belə-belə başımızı piyləyirlər.
- Bəs istiliyiniz nə ilə təmin olunur?
- Kondisioner yandırırıq. MTK-nın özünün transformatoru var, işığı oradan verir. Bu yaxınlarda iki gün işıq olmadı, qalmışdıq soyuqda... Evdə kurtka ilə gəzirdik. Əslində, MTK özü də bilirdi ki, bura qaz verilməyəcək. Çünki belə bina, belə tikili olmur. Camaatı aldadıb ev satmaqla deyil ki. Gərək adam pulu elə qazansın ki, sonra onu yeyə bilsin.
Bina sakini ilə birlikdə zibil qutularına doğru addımlayıram ki, zibil əlində gözləməsin. Burada yeni binalar da tikilir... Oralara da gələcəm.

Bəhruz bəy deyir ki, bina tam hazır olmamış MTK-lar onu satmağa başlayırlar. Bina işıqla təmin olunur və sayğacları çəkib deyirlər, qaz da yaxın zamanda veriləcək. İnsanlar düşünür ki, işıq çəkilib, demək, qaz da bu yaxınlarda veriləcək. Bir növ simulyasiya edirlər.

Məsələ ilə bağlı binanı tikən “Masazır Residence”-ə sorğu ünvanladıq. MTK-dan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda qaz çəkilir:

“Birincisi, biz qaz idarəsi deyilik. İkincisi isə, hazırda qaz çəkilir”.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Siyavuş Aslanov küçəsi 1 ünvanında yerləşən MTK-nın qazlaşdırılması məqsədilə əvvəlcə ilkin texniki şərt alınmalıdır:

“Texniki şərt əsasında müvafiq lisenziyaya malik podratçı təşkilatla müqavilə bağlanır və layihə smeta sənədləri podratçı tərəfindən hazırlanır. Qaz xətlərinin və qaz sayğaclarının quraşdırılması işləri başa çatdıqdan sonra layihə müvafiq qurumlarla razılaşdırılır. Prosesin yekun mərhələsində qazın verilişi üçün Azəriqaz İstehsalat Birliyinin Sumqayıt regional qaz istismarı idarəsinə müraciət edilməsi tələb olunur”. Bu deyilənlərin Azərbaycan dilində anlamı odur ki, ortada müqavilə yoxdursa, nə qaz? Bəs MTK deyirdi çəkilir? Deyəsən bizi də bina sakinləri ilə səhv salıblar.

...Bir xeyli gedəndən sonra zibil qutusuna çatırıq. Bəhruz bəy zibili qutuya atıb çirkli olduğu üçün əli ilə deyil, biləyi ilə qarşıdan gələn qonşusuna salam verib mənimlə tanış edir:

- Jurnalistdir. Gəlib bizim problemlərdən yazmağa. Bayaqdan danışırıq.

- Allah köməyi olsun. Adım Yusifdi. Danışdın da MTK başımıza necə oyun açır? Neçə adam var ki, satıb bu binalardan çıxmaq istəyir. Amma "kupça" yoxdur deyə, 5-10 min aşağı qiymət təklif edirlər, ya da heç sata bilmir. MTK deyir, gəl, evi sataq, amma filan qədər məbləğ bizə çatacaq. Bir növ "maklerlik" edirlər, satdıqları evdən ikinci dəfə pul qazanırlar.

- Niyə buradan ev aldız?

- Biz hardan bilək başımıza belə oyun gətirəcəklər? - Yusif bəy bir siqaret yandırıb davam edir - İllərdir kirayədə idim, istədim evim-eşiyim olsun. Mərkəz tərəflərdə evlər bahadı. Şirnikləndirdilər ki, burada ucuzdur, yaxşı evlər var, gəlib aldım. Hardan biləydim belə edəcəklər? Elə yolpulu bir dünya pul tutur. Özüm "28 May" metrosu tərəfdə işləyirəm. 6-da işdən çıxıram, saat 8-9-a ancaq gəlib çatıram. Səhər də işə getmək üçün 2 saat tez çıxıram...

- Qubaya daha tez çatmaq olur... - heyrət içində reaksiya verirəm.

Hazırda yeni tikintinin getdiyi əraziyə gəlirəm. Demək olar ki, burada da binalar eyni sıxlıqda tikilir. Və görünən odur ki, eyni problemlər təkrarlanmağa məhkumdur.

İnsanlar kirayədən canını qurtarmaq, özlərinin evlərinin olmasını istəyirlər. Minlərlə insan bu səbəbdən burada məskunlaşır, ev alır. Nəticədə, Masazır yüklənir, infrastruktur sistemi çökür, problemlərin ardı-arası kəsilmir. Nəticə isə peşmanlıq və məyusluqdur. MTK-lar isə bunu qazanc yerinə çevirirlər...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru