Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Ali Məhkəmədən XAOSA DƏSTƏK... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 12-01-2026, 06:16 | Çap et

"Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə görə çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Lakin Bakıdakı binalardan biri iki MMC tərəfindən idarə olunur. 40 sakin (hamısı qazi zabitlər) Nəsimi rayon məhkəməsinə iddia verdi ki, MMC-lər binadan çıxarılsın. MMC-lər isə protokollar təqdim etdi ki, guya sakinlərin ümumi yığıncağı onları təyin edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Protokolların qanuna zidd tərtib olunması, bəzi imzaların saxta olmasını və s. kənara qoyuram. Məhkəməyə dedik ki, əvvəla qanuna görə binanın bütün sakinləri idarəçini təyin etməlidir, sakinlərin bir qismi tərəfindən bir MMC-ni, digərlərinin isə ikinci MMC-ni təyin etməsi o deməkdir ki, heç bir ÜMUMİ yığıncaq olmayıb, separat iki yığıncaq olub. Üstəlik hətta yığıncaq olubsa belə, onun eyni zamanda iki MMC-ni idarəçi kimi təyin etməsi qanuna ziddir. Bundan başqa bu “yığıncaq” binada sakinlərdən yığılmalı ödəniş üzrə iki fərqli tarif müəyyən edib, bu da Mənzil Məcəlləsinin 36.1-ci, 38.2-ci, 140.1-ci və 142.4-cü maddələrinə ziddir: 1 kv.m. üzrə vahid tarif olmalıdır. Digər pozuntuları da məhkəmənin diqqətinə çatdırdıq.

Lakin Nəsimi rayon məhkəməsi iddianı təmin etməyərək, əksər arqumentlərə heç məhəl qoymadan qısaca dedi ki, MMC-nin sahibi və işçiləri eyni şəxslər olduğu üçün əslində bu 2 deyil, elə 1 şəxsdir. Yəni 1+1=1!

Apellyasiya məhkəməsinə şikayətdə dedik ki, 1+1=1 edirsə belə, MMC-lərin sahibi bunu vergidən yayınmaq üçün edib. MMC-lərin vergi hesabatları da bunu təsdiq etdi: birgə illik gəlirləri 200000 manatdan yüksək idi. Yəni bina doğrudan da bir MMC tərəfindən idarə olunsaydı, ƏDV ödəyicisi olmalı idi. Yəni ortada vergidən yayınma faktı var. Vergi orqanına da bu barədə məlumat verdik, amma o da heç bir tədbir görmədi. Bakı Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etmədi.

Üz tutduq Ali Məhkəməyə. Ali Məhkəmənin Mülki Kollegiyasının 20 oktyabr 2025-ci il 2(102)-2382/2025 saylı qərarı (https://sc.supremecourt.gov.az/storage/Mulki/2025/2_2382+20.10.2025.pdf) ilə şikayətimiz təmin olunmadı. Ali Məhkəmə də arqumentlərimizin əksəriyyətinə heç qiymət də vermədi. Məsələn, binada sakinlərdən yığılan ödəniş üzrə iki tarifin olmasına göz yumdu, halbuki, kassasiya məhkəməsi kimi bu qanunsuzluğa qiymət verməli idi. Vergidən yayınma və digər məsələlərə də göz yumuldu. Ən əsas məsələ - binanın iki şəxs tərəfindən idarə olunmasına gəldikdə isə Ali Məhkəmə əvvəlki məhkəmələrin absurd mövqeyi ilə razılaşmayaraq dedi ki, yox, burada bir deyil, iki şəxs var, amma bina guya bina deyil, “binalar kompleksi”dir, buna görə də onu birdən çox şəxs də idarə edə bilər. Mən heç onu demirəm ki, qanunvericilikdə “binalar kompleksi” deyilən bir şey yoxdur. Əsas odur ki, Ali Məhkəmənin qərarının elə 1-ci bəndində deyilir: “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının qərarından müəyyən olunur ki... 18-19-20 mərtəbəli (penthaus və texniki otaqlar, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi 2 səviyyəli yeraltı qaraj) cəmi 10 girişli (A, B, C, D, E, F, H və G, K və J blokları) yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmiş”. Yəni Qərarın özünün 1-ci bəndində vurğulanır ki, heç bir binalar kompleksi-filan yoxdur. 10 girişli bina var. BİNA! BİNA! BİNA! Bir BİNA! Yeganə BİNA! Vahid BİNA! Ali Məhkəmə özündən yeni fakt uydurub. Çünki ilk məhkəmələrdə də heç kəs binanın bina olduğunu inkar etməyib!

Lakin əgər Ali Məhkəmə bir binanı binalar kompleksi kimi görürsə, bu o deməkdir ki, onsuz da bərbad olan bina idarəçiliyi üçün növbəti təhlükə yaranıb. Sabah istənilən binanın hər hansı girişinin (blokunun) sakinləri öz blokuna əlahiddə idarəçi təyin edə biləcək. Bu isə anarxiya və xaos deməkdir. Çünki bina elə ona görə binadır ki, onu bütün hissələrinin əlaqəsi var. Buna görə də hər girişin və ya bir neçə girişin bir, digərinin isə fərqli idarəçi tərəfindən idarə olunması həll oluna bilməyən ziddiyyətlərə və pərakəndəliyə aparacaq. Sakinlər bütün binanın ümumi mülkiyyətçiləridir, ayrı-ayrı hissələrinin yox. Bir sözlə, aləm dəyəcək indi bir-birinə. Suverenetitelər paradı olacaq!

Üstəlik Ali Məhkəmənin binada sakinlərdən yığılan ödəniş üzrə fərqli tariflərin mövcudluğuna göz yumması bu məsələdə də xaosa və bərabərsizliyə aparacaq. Kim necə istəyəcək, sakinlərdən nə qədər istəyəcək pul toplayacaq bundan sonra.

Nəhayət, Ali Məhkəmə vergidən yayınması sxemini də leqallaşdırmış oldu. ƏDV-yə cəlb olunmaq istəmirsən? Eyni fəaliyyət üzrə bir neçə MMC yarat və vergidən yayın! Hətta həmin fəaliyyəti bir şəxs göstərə bildiyi hallarda da!

P.S. Bu məsələ üzrə iddiaçı sakinlər Prezident Administrasiyasında Fuad Ələsgərovun və Ali Məhkəmənin Mülki Kollegiyasının sədrinin də qəbulunda olmuşdular Ali Məhkəmənin qərarından öncə. Narahat idilər. Haqlı olaraq. İndi əlavə kassasiya şikayəti vermişik və sakinlər Ali Məhkəmə sədrinin müavinin də qəbulunda olublar. Bu qazi zabitlər Vətən torpaqlarını qaytara biliblər, amma yaşadıqları binada haqq-ədaləti bərpa edə bilmirlər. Mənə də deyirlər ki, gəlin Prezidentə müraciət edək. Mən də deyirəm ki, məhkəmə hakimiyyətindən icra hakimiyyətinə şikayət etmək prinsiplərimə ziddir. Buna görə də son addımım əlavə kassasiya şikayətinin verilməsidir...

Ümumiyyətlə, məhkəmə hakimiyyətindən kiməsə şikayət etmək o deməkdir ki, vəziyyət çox pisdir. Elə ay yoxdur ki, qanunsuz məhkəmə qərarı ilə üzləşməyim. Amma bəzilərinə daxilən “haqq qazandıraraq” (dövlət marağı, böyük pullar və s. və i.a.) susuram. Haqsızlığa qarşı immunitetim formalaşır tədricən. Lakin o qədər də böyük əhəmiyyəti olmayan məsələlər üzrə haqsız qərarlarla üzləşəndə heç kəsə şərti “haqqı” da qazandıra bilmirəm. Xüsusilə ağappağa qapqara deyildikdə. Xüsisilə qəbul edilən qərar digər analoji münasibətlər üçün, cəmiyyətimiz üçün yeni problemlər və təhlükələr yaratdıqda.

Təbii ki, bu qərarın hansı yüksək vəzifəli məmurun maraqları naminə (yoxsa o boyda Ali Məhkəmə və vergi orqanı niyə belə haqsızlıq etsin ki?) qəbul edildiyini də yaxşı bilirəm. Ayıb olsun ona ki, məhkəmə sistemini, vergi sistemini, binaların idarəçilik sistemini öz cılız merkantil maraqlarına qurban verdi. Onunla hömyerli olduğum üçün utanır və deyirəm: haram olsun sənə torpağın çörəyi..."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru