Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Yevlaxda Vətən müharibəsi qazisi niyə təhqir olunur? - ÖZBAŞINALIQ
Tarix: 10-01-2026, 07:58 | Çap et

Hüseynov Murad Fizuli oğlu Yevlax rayonu Hacıselli kəndindəki Ə.Yolçuyev adına tam orta ümumtəhsil məktəbində coğrafiya fənni üzrə müəllim işləyir. Həmçinin məktəbdə fəaliyyət göstərən “Təbiətə qayğı” dərnəyinin rəhbəridir. Murad 44 günlük Vətən Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, torpaqlarımız uğrunda döyüşərək yaralanıb. 3-cü qrup müharibə əlili və qazidir. Vətən Müharibəsi medalları ilə təltif olunub.

Murad Hüseynov redaksiyamıza müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aran Regional Təhsil İdarəsinin Yevlax Şəhər Təhsil Sektorunun əməkdaşı və məsləhətçisi Fərid Nağızadə və onun müdiri Namidə Abbasovadan şikayətçi olduğunu bildirir. O, bu barədə 30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, elm və təhsil naziri Emin Əmrullayevə, Ombudsman Səbinə xanım Əliyevaya müraciət edib.

Şikayətçi bildirir ki, 22 dekabr 2025-ci il 15:37 radələrində dərs zamanı onun mobil telefonuna zəng olunub. Zəng edən Yevlax Şəhər Təhsil Sektorunun əməkdaşı, metodist Yeganə Məmmədova olduğunu bildirib. Yeganə xanım dərsdən sonra təşkil olunan, Murad müəllimin rəhbəri olduğu “Təbiətə qayğı” dərnəyinin fəaliyyəti, dərnəkdə şagirdlərin iştirak edib-etməməsi, həqiqətən dərnəyin təşkil olunub-olunmaması və hansı formada olması barədə monitorinq keçirmək istədiyini bildirib. Bu vaxt təhsil sektoru müdiri vəzifəsini müvəqqəti icra edən, həmin sektorun əməkdaşı və məsləhətçisi Fərid Nağızadə mobil telefonu Yeganə Məmmədovadan alaraq rişxəndlə “bunun adı nədir?” soruşub. Dövlət qulluqçularının etik davranış qaydalarına uyğun olmayan bir formada, özünü təqdim etmədən müəllimə qarşı kobud sözlər işlədib. Monitorinq zamanı WhatsApp-la görüntülü danışanda şagirdlərin eşidəcəyi tərzdə Murad Hüseynova qarşı səs tonunu qaldırıb, işçinin işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaldıb. Şagirdlərinin yanında kobud rəftara, psixoloji təzyiqə və təhqirə məruz qalan Murad Hüseynov bu söhbətdən sonra çox sarsılıb. Bunun nəticəsi olaraq hazırda da Mingəçevir Şəhər Xəstəxanasında müalicə alır.

Fərid Nağızadə ilə telefon danışığı zamanı Murad müəllim ona kobudluq etməməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Fərid Nağızadə yenə sözlərinə ara verməyərək şagirdlərinin yanında, məktəbdə olan pedaqoqa “siz” əvəzinə “sən” deyərək kobudluğunu davam etdirib. Çarəsizlikdən müəllim dərs otağından dəhlizə çıxıb, qarşı tərəfdən xahiş edib ki, danışığına diqqət etsin. Yenə də xeyri olmayıb. Fərid Nağızadə “sözün varsa, Yevlaxa gəl, sözünü üzümə de”, “sən mənimlə nə qanunla danışırsan, mən də səninlə qanunla elə danışaram” kimi hədələyici ifadələr işlətməklə həm də Murad Hüseynovu təxribata çəkmək istəyib.

Halbuki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununs əsasən dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, fəaliyyətini qanunvericiliyə uyğun müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir.

Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.

Həmçinin, qeyd edilən Qanunun 23.1-ci maddəsinin tələbinə görə etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Lakin Yevlax Şəhər Təhsil Sektorunun məsləhətçisi Fərid Nağızadə “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarının müddəlarına əməl etməyərək öz vəzifə səlahiyyətlərini aşıb, tabeliyindəki işçiyə qarş dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verib.

Şikayətçi Hüseynov Murad Füzuli oğlu deyir ki, Yevlax şəhər Təhsil Sektorunun məsləhətçisi və əməkdaşı olan Fərid Nağızadənin telefonda yüksək tonla, əmr formasında danışığı, ünvanına təhqiredici sözlər işlətməsi onun bir Vətən Müharibəsi qazisi və əlili kimi əsəb gərginliyindən səhhətində ciddi problemlərin yaranmasına, təzyiqinin kəskin yüksəlməsinə gətirib çıxarmışdır ki, nəticədə 22 dekabr 2025-ci il tarixində saat 17:49 radələrində Mingəçevir şəhər Təcili Tibbi Yardımçı bölməsinə yüksək qan təzyiqi, şiddətli baş ağrısı şikayəti ilə daxil olub. Bununla bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsi tərəfindən 22 dekabr 2025-ci il tarixində Hüseynov Murad Füzuli oğluna təcili yardım göstərilməsinə dair 23 dekabr 2025-ci il tarixində arayış verilib. Həmin gün evə buraxılsa da səhhəti yenə pozulduğuna görə 22:56-radələrində və 23 dekabr 2025-ci il tarixində 11:11radələrində eyni şikayətlərlə yenidən təcili tibbi yardıma müraciət etməli olub. Təcili Tibbi Yardımda tədbirlər görüləndən sonra ona stasionar şəkildə müalicə almaq tövsiyə olunub. Hazırda Murad Hüseynov Mingəçevir Şəhər Xəstəxanasının Nevrologiya şöbəsində stasionar müalicə alır.

Murad Hüseynov səhhətinin bu cür təhlükəli vəziyyətə düşməsində Yevlax Şəhər Təhsil Sektorunun məsləhətçisi və əməkdaşı Fərid Nağızadəni günahkar görür. Dövlət qulluçusuna zidd olan hərəkətləri və nalayiq, kobud ifadələri ilə tabeliyindəki şəxsin işgüzar nüfuzuna, şərəf və ləyaqətinin alçaldılmasına yəqin aidiyyatı orqanlar qanun çərçivəsində qiymət verərlər. Fərid Nağızadə əməkdaşının Vətən Müharibəsi iştirakçısı olması ilə fəxr etməlidir. Əvəzində isə belə bir şəxsi təhqir edir. Od-alov içindən çıxmış insanı təhqir edir. Bu adam ölümü göz önünə alıb könüllü olaraq döyüşə atılıb. Belə oğullar olmasa, görəsən Fərid Nağızadə kimi məmurcuq danışa bilərdi? Görəsən onun başbilənləri bu məsələ barədə niyə bir söz demir, niyə susurlar? Sektor müdiri Namidə Abbasovanın niyə səsi çıxmır? Onun özbaşınalığı haqqında dəfələrlə yazılıb. Heç bir tədbir görülməyib. İndi də yəqin hansısas sehrli əl bu hadisəni idarə etməyə çalışacaq. Murad müəllimin dediyinə görə artıq Namidə xanım hərəkətə başlayıb, onun Yevlax Təhsil Sektorunun qanunsuz əməlləri, Fərid Nağızadənin özünü apara bilməməsi barədə qeydləri sildirmək istəyir. Murad Hüseynov onun sağlamlığında, həyatında, pedaqoji fəaliyyətində yaranmış bütün əngəllərə görə birbaşa Namidə Abbasovanın məsuliyyət daşıdığını bildirir. Deyir ki, əvvəllər də sektor müdiri Namidə Abbasova ona qarşı pis rəftar göstərmiş, müharibə iştirakçısı, qazi, əlil olduğunu bilə-bilə dərs saatlarını azaltmış, məvacibini kəsmişdir. Bu əməli ictimailəşdirildikdən sonra məcbur olub hər şeyi bərpa etmişdi. İndi də eyni tərzdə davam edir. Özü kimi qanun pozucularını himayə edir.

Ümud edirik ki, Vətənimizi, Millətimizi müdafiə etmiş, indi isə vətən övladlarının təhsili ilə məşğul olan bir insanı maddi və mənəvi təzyiqlərə məruz qoyan harın kreslo sahiblərinə qanunun və dövlətin gücü hiss etdiriləcək.

Sima Babayeva - referans.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru