Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Budur SOCAR-ın 30 illik işçisinə verdiyi dəyər" - Prezidentə MÜRACİƏT
Tarix: 24-12-2025, 07:13 | Çap et

"Salam, çox hörmətli Prezidentimiz, İlham müəllim! İşinizin çox olduğunu, xalqımızın rifahı, xoşbəxtliyi və təhlükəsizliyi üçün çalışdığınızı bilirəm, lakin məcburiyyət qarşısında qalıb, Sizin qızıldan da qiymətli olan vaxtınızı alıram". "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində SOCAR işçisi Məhərrəm Cabbarov qeyd edib.
O daha sonra bildirir: "Mən, Cabbarov Məhərrəm Cəbrayıl oğlu, 29.12.1977-ci ildə Bakıda fəhlə ailəsində anadan olmuşam. Dörd qardaş olmuşuq, çox çətinliklərlə üzləşərək böyümüşük. Orta təhsilimi bitirdikdən sonra 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşam. Doxsanıncı illərin necə ağır olduğunu hamı xatırlayır, bu çətin dövrdə yarı ac, yarı tox hər gün Pirallahıdan Bakıya gedib təhsilimi bitirmişəm. Tələbə ikən otellərin birində gecə növbəsində qabyuyan, təmizlik işçisi işləyərək özümü və ailəmi dolandırmışam.
2000-ci ildə qardaşım hərbi xidmətdə olarkən Tovuz rayonunun Muncuqlu kəndinin yaxınlığındaki “Cin dərəsi” adlandırılan postda həlak olur. Bu faciə bizim ailəmizi sarsıdır, atam infarkt keçirərək vəfat edir, anam şəkər xəstəliyinə tutulur, kiçik qardaşım psixolojı zərbə alaraq ruhi xəstəliyə düçar olur və hal-hazırda əlildir. Bir sözlə qara buludlar ailəmizin üstünü örtür.
Həmin il hörmət əlaməti olaraq məni ARDNŞ “Azneft” İB-i “Abşeronneft” NQÇİ-nə neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul edirlər. O zaman sevincimin həddi hüdudu yox idi, çox xoşbəxt idim. Bu sevincə bir neçə səbəb var idi: mənim babam, atam, anam, əmilərim və bir çox qohumlarım neftçi idi, uşaqlıqdan buruqların arasında neftin iyini qoxuyaraq böyümüşdüm və mənim arzum neftçi olmaq idi. Həm də əlim çörəyə çatmışdı, mən həm özümü, həm ailəmi dolandırmaq gücündə idim. Neftçi olmaqdan qürur duyurdum.
Əmək fəaliyyətinə fəhlə kimi başladım, dənizin ağır, çətin şəraitində 12 il işlədim. Bilik və bacarığıma qiymət verən o vaxt ki İdarə rəhbərliyi məni usta vəzifəsinə, sonra sahə rəisinin müavini, Texniki istehsalat şöbəsinin rəis müavini vəzifəsinə təyin etdi, addım-addım irəliləyirdim, öz gücümə, savadıma arxalanaraq. Hasilatçı idim və özümü artıq daha yüksək vəzifədə görürdüm, öz üzərimdə çox işləyirdim və qədim neft sənayesində zərrəcə də olsa pozitiv bir iz qoymaq istəyirdim. Lakin ....
İlk haqsızlıqla 2018-ci ildə qarşılaşdım. Belə ki, İdarə rəisi məni yanına çağıraraq SOCAR-da yüksək bir vəzifə tutan, şirkəti talıyıb dağıdan (hal-hazırda işdən kənarlaşdırılıb) vitse-prezidentin yaxın qohumunu “yer bə yer” etmək üçün məni SƏTƏMM şöbəsinə rəis vəzifəsinə təyin edəyəcəyini dedi və yerimi həmin şəxslə əvəz edəcəyini bildirdi. Mən ona mədənçi, hasilatçı olduğumu və 18 illik təcrübəmi heçə çıxarmamağını xahiş etdim, lakin İdarə rəisi mənə hədə qorxu gələrək fikrini dəyişməyəcəyini və güya mənə üstün vəzifə verdiyini bildirdi. Əlacsız qalaraq razılaşdım və karyeramın necə dağıldığını gördüm.
Bir müddət sonra özümü toplayaraq yeni vəzifəmin icrasına başladım. Qaydalarla, qanunlarla işləmək mənə başqa cür zövq verdi və mən bu istiqamətdə öz üzərimdə işləməyə başladım. SƏTƏMM üzrə Beynəlxalq sertifikatları əldə etmək üçün Şirkət daxili təlim proqramlarına dəfələrlə müraciət etdim, lakin pul ayrılmırdı, dəvət almırdım. Məcbur olaraq uşaqlarımın boğazından kəsərək öz hesabıma dünyada tanınan İOSH, NEBOSH, CİA və s. sertifikatları qazandım. Öz bilik bacarığımı tətbiq edərək İdarədə sağlam və təhlükəsiz iş mühitinin yaradılmasında nail oldum. “Azneft” İB-nin idarələrinin arasında ən yaxşı nəticələr, göstəricilər qazandıq. Güclü bir SƏTƏMM komandamız var idi, bir nəfər kimi əl-ələ verib çalışırdıq.
Bu uğurları görən Baş mühəndisin ƏM və TT üzrə müavini Sabit Aslanov bizə dəstək olmaqdansa, komandaya qoşularaq daha güclü sistem qurmaqdansa mane olamağa başladı. Səbəb də Qoçəli Mahmudovun 2012-ci ildə ona bağışladığı kreslo idi, hal bu ki, bizim heç birimizin onun yerində gözümüz yox idi, biz sadəcə öz vəzifəmizi icra edirdik.
Uğurlarımız artdıqca Sabit Aslanov gündən-günə quduzlaşırdı: işçilərin üstünə səbəbsiz qışqırır, alçaldır, xidmətin əməkdaşları arasında intriqalar yaradır, söz gəzdirir, hegemonluq edir, mənim göstərişlərimi hamının qarşısında pozur, yalanlar danışır. Hər gün səhər öz otağına bizi yığıb saatlarla mənasız iclaslar keçirirdi. İclasda boş-boş danışır, pafoslu çıxışlar edirdi. Gah Əli Qurbanovun adından, gah Zaur Qəhrəmanovun, Fərid Rəsulovun, Mamed müəllimin, gah da Rövşən Nəcəfin adından gülünc, yersiz sözlər danışırdı, gah deyir mənim bir əmim oğlu Prezident aparatında işləyir, növbəti iclasda yadından çıxırdı deyirdi əmim oğlu MTN işləyir. İclasda işdən başqa hər şeydən danışırdı: vəzifəyə adam qoyur, vəzifədən adam çıxardır, SOCAR-da struktur dəyişikliri edir, mən belə elədim, mən belə dedim, filan rəisi yerinə oturdum, nə bilim məni SOCAR-ın bütün rəhbərliyi tanıyır və s. yersiz, gülməli çıxışlar edirdi. 1300 nəfərlik idarə saatlarla qalırdı nəzarətsiz, başımızı hər səhər ağrıdıb, həvəsdən salıb nahara yaxın “iclası” bitiridi.
Sabit Aslanovun saxtakar olduğundan danışım. Bu adam İdarəyə saxta diplom, sertifikat təqdim edir. Belə ki, hesabatın birində İdarəyə Azərbaycan Dövlət Neft Akademiyası Faydalı qazıntılar və yataqların işlənməsi fakultəsini bitirdiyini qeyd edərək təqdim edib. Soruşanda ondan ki, fakultəni dedin bəs ixtisasın nədir, deyir mən hasilatçıyam )))). Pirallahıda bir adam onu ADNA qapısına ayaq qoyduğunu görməyib, biz həmyaşıq, mən də oranı oxumuşam, amma Aslanov rastıma çıxmayıb, yəgin online oxuyub. Bir gün əlində yellədə-yellədə İOSH-un sertifikatını gətirdi, soxdu gözümüzə ki, baxın mənim beynəlxalq sertifikatım var. Biz də inandıq, dedik xeyirli olsun. 
Biz bir komanda olaraq hər gün sahəyə, hava imkan verəndə dəniz özüllərinə yoxlamalara, maarifləndirməyə, təlim keçirməyə çıxırdıq, Aslanov isə həftələrlə otaqdan çıxmırdı, heç paltarını dəyişmirdi, amma ayın sonunda marşrut vərəqələrini saxtalaşdıraraq əmək haqqı ilə 65% dəniz əmsalını alırdı, hal bu ki, onun dənizçi sertifikatı yoxdur və bu sertifikat olmadan gəmiyə buraxmırlar. Deməli biz işləyirdik, o yeyirdi və “Azneft”-in Natiq Qurbanov kimi rəhbər dostundan hər iclaslarda təriflər alırdı, hal bu ki, iclasda soruşulanlardan heç birindən xəbəri yox idi, hamsı yalan, bizim gördüyümüz işləri öz adından təqdim edirdi. İşim yoxdur təqdim etsin, amma komandaya heç olmasa bir dəfə çox sağ ol desin. Əksinə elədiklərimizi bəyənmir, hər şeyə “mız” qoyur, lağ eləyir və bununla da komandanı həvəsdən salırdı. Ona deyəndə ki, biz bacarmırıq sən çıx sahəyə bizi öyrət, deyirdi ki, mənə Fərid müəllim, Natiq müəllim deyib ki, otaqdan bayıra çıxma, sənin sahədə nə işin var, sən rəhbərsən. Bir sözlə dövlətin ona verdiyi əmək haqqının heç 10%-ni belə əziyyətin çəkmirdi, onun üzərinə düşən vəzifə funksiyalarını yerinə yetirmirdi. Mən yalan danışmıram, xidmətin hesabatlarına baxıb təhlil eləmək olar, il ərzində Aslanov neçə yoxlama keçirib, neçə təhlükəli iş dayandırıb, neçə təlim keçirib, neçə hadisə araşdırıb, neçə dəfə dəniz özüllərinin və sahələrin müvafiq jurnallarında qeydiyyat aparıb və s. Xidmətin ən aşağı dərəcəsi olan əməkdaşın illik fəaliyyəti Aslanovun fəaliyyətində daha üstündür.
Fərid müəllim demişkən bir məsələni də qeyd edim. Bildiyiniz kimi, SOCAR-a Rövşən müəllim təyin edildikdən sonra şirkətdə bir çox dəyişikliklər oldu. Onlardan biri də Upstream seqmentinin yaradılması idi. SƏTƏMM üzrə direktor vəzifəsinə Fərid Rəsulov təyin edildikdən sonra, o “Azneft” İB-nin İdarələrinin baş mühəndislərin müavinləri və SƏTƏMM xidmətlərinin rəisləri ilə təklikdə görüşdü və müvafiq tapşırıqlarını verdi. Görüş zamanı mən ona Aslanovun hegemonluğundan və yuxarıda qeyd etdiyim vəziyyət haqqında məlumat verdim. Fərid müəllim dedi “bilirəm Sabit ingilis bayrağı kimidir, dünən Mübariz müəllim idi rəhbər ona tərəf əsirdi, bu gün mənəm mənə tərərəf əsir, gedin başınızı salın aşağı işinizi işləyin”. Fərid müəllim Sabit Aslanovnan görüşdükdən sonra vəziyyət lap ağırlaşdı. Rəsulov onu qeyri rəsmi “Abşeronneft” NQÇİ-nin SƏTƏMM rəhbəri təyin etmişdi, hal bu ki, SƏTƏMM xidmətinin rəisi mən idim, mənim 11 vərəqdən ibarət vəzifə təlimatım var idi və orada mənim Baş mühəndisin ƏM və TT üzrə müavininə tabe olmağım haqqında heç bir qeyd yox idi. Bir sözlə mənim salahiyyətlərim qeyri qanuni olaraq əlimdən alımışdır, hal bu ki, rəsmi olaraq bütün məsuliyyət mənim üzərimdə qalırdı. Ümumiyyətlə “Azneft” İB-də də vəziyyət belə idi, Upstreamə gətirilən əməkdaşlar yüksək əmək haqqı alırdılar, amma heç bir məsuliyyətləri yox idi, hər şey söz üzərində, heç bir rəsmiyyət yox idi. Bir hadisə baş verdikdə onlar qalırdılar kənarda, “Azneft” İB-nin məsul şəxsləri cavab verirdilər. Bir sözlə Aslanov arxasında Fərid Rəsulovun və Natiq Qurbanovun dəstəyini hiss etdikdən sonra daha da vəhşiləşdi, sanki dəvəyə qanad verdilər.
Sizə bir dəhşətli fakt haqqında danışım. BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransının (COP29) 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar SOCAR-da da bir çox tədbirlər keçirilmişdir. Onlardan biri “Abşeronneft” NQÇİ-nin 45 ha çirklənmiş ərazisində rekultivasiya işlərinin aparılması layihəsidir. “Azneft” İB və “Ekol Mühəndislik” QSC arasında 8 milyonluq müqavilə bağlandı və rekultivasiya işlərinə start verildi. İşlər başlayandan Aslanov can fəşanlıq göstərməyə başladı, sahədən otağa gəlmirdi, şlam daşıyan maşınlar üçün marşrut təşkil edirdi, işarələr qoyurdu, hamımız məhtəl qalmışdıq, bundan çıxmayan iş, həm də baş mühəndisin ƏM və TT üzrə müavinin vəzifə təlimatında ətraf mühitin mühafizəsi, ekologiya üzrə heç bir öhdəliyikləri yoxdur, amma Aslanov necə xoddanmışdırsa onu saxlamaq olmudu
. SƏTƏMM xidmətində ekoloqların olmasına baxmayaraq Sabit heç kimi bu layihəyə yaxın buraxmırdı, gündəlik məlumatları özü toplayaraq “Azneft” İB-nə ötürürdü, biz sual verəndə qışqırırdı, sizlik deyil deyirdi, məni Fərhad müəllim (o vaxt ki İdarə rəisi) bu layihənin rəhbəri təyin edib. Biz ona deyəndə ki, rekultivasiya işləri düzgün aparılmır, şlam Pirallahı qəsəbəsinin mərkəzinə, yaşayış evləri və dənizə yaxın əraziyə daşınır, gələcəkdə ekoloji fəlakətə gətirib çıxaracaq, insanların sağlamlığına zərər vuracaq, deyir di ki, mənlikdi, siz gedin işinizlə məşğul olun. Sonradan bu sirrin üstü açıldı. Bir neçə ay bundan əvvəl “Ekol Mühəndislik” QSC-nin rəhbər işçilərindən biri vaxtı ilə rekultivasiya işlərinin düzgün aparılmamasına göz yummaq və müvafiq şəraitin yaratmaq üçün Fərhad Əliyevə və Sabit Aslanova külli miqdarda rüşvət verdiyini bildirdi. Onda biz başa düşdük ki, Aslanov niyə belə aktivləşmişdir. Düzdür əlimizdə bir başa heç bir sübut yoxdur, bu yalnız deyilən sözdür, amma həmin dövrdə Aslanovun ikinci avtomobil alması, mövcud avtomobilini əsaslı təmir edərək tam rəngləməsi, əlil oğlunun xaricdə bahalı əməliyyat etdirməsi şübhə doğururdu. Çünki o hər zaman çoxlu borcu olduğunu, aldığı məvacibin banklara verdiyini bildirirdi, hətta hər ay şöbəyə çay-qənd almaq üçün hər birimiz verdiyimiz 5-10 manatı ondan gücnən alırdıq. Bundan başqa mütəxəssislər 45 ha əraziyə baxış keçirsələr əsl həqiqəti görəcəklər, əgər orda görülən işlərə rekultivasiya demək olsa mən adımı dəyişərəm. Nə isə, Allah qarşısında özləri cavab verəcəklər.
Dediyim kimi, Aslanov Fərid Rəsulov tərəfindən qeyri rəsmi SƏTƏMM rəhbəri təyin olunandan sonra SƏTƏMM xidmətinin qara günləri daha da artdı. Aslanovun yersiz, kobud, səviyyəsiz hərəkətləri, savadsız, bacarıqsız idarəçiliyi nəticəsində bütün xidmət həvəsdən düşdü. Uğurlarımız azaldı, göstəricilərimiz aşağı düşdü. Bunu istəyən yoxlaya bilər, 2024-cü ili 2025-ci illə müqayisə eləsinlər baxsınlar, hər şey göz qabağındadır. Buna baxmayaraq hər iclasda Natiq Qurbanov və Fərid Rəsulov yersiz, səbəbsiz Aslanova təriflər yağdırırdılar, bir götürüb analiz eləmirdilər ki, axı biz bunu nəyə görə belə sevirik. Yəgin ki, “Abşeronneft” NQÇİ-də pilot layihə kimi “Elektron işə icazə” sisteminin tətbiq edildiyinə görə? Vay vay. Pafoslu bir açılış elədilər, külli miqdarda pul xərclədilər, amma nəticə.... SOCAR rəhbərliyinə yalan məlumat verərək “Elektron işə icazə” sisteminin işə düşdüyünü və güya tam gücü ilə işlədiyini bildirdilər. Lakin hər şey görsəndiyi kimi deyil. Əslində bu sistemi aidiyyəti mütəxəssislər idarə etməlidilər, amma bir nəfər tərəfindən formal olaraq aparılır, odlu işləri FHN-nin DYMX ilə razılaşdırmaq üçün icazə vərəqləri canlı olaraq çap olunur və YMH-də razılaşdırılaraq işlərə başlanılır. Qalan işlər sadəcə şablon olaraq sistemdə işə salınır, sistemdə aparılmış risk qiymətləndirilməsinə isə bişmiş toyuğun gülməyi gəlir. Bir sözlə gördükləri iş budu.
Çox ağır şəraitdə işləyirdik, hamı robot kimi işə gəlib axşamda evinə gedirdi, hər gün stress, gərginlik. Əlimdə ki qələm bütün dəhşətləri göstərə bilmir, amma biz bunu yaşayırdıq. Mən artıq bir ildi ki, özümə münasib iş axtarırdım, bütün iş saytlarında olan vakansiyaları gözdən keçirirdim, çox bezmişdim, hər gün ovucla dərman içirdim. Nəhayət keçən ay mən əlverişli bir iş təklifi aldım, işə götürənlə və iş yeri ilə tanış oldum, çox məmnun qaldım, əsl korporativ dəyərlərin, sağlam iş mühitinin nə olduğunu gördüm və SOCAR-dan ayrılmağa qərar verdim. Düzdür belə qərarı vermək mənim üçün çətin oldu, çünki ömrümün 30 ilini neft sənayesinə həsr etmişdim, iş yoldaşlarıma öyrəşmişdim, iş yerim evimdən on dəqiqə aralıqda idi, amma neyniyəsən, hegemon, savadsız, eqoist, idarəçiliyi olmayan şəxsi anbisiyaları ilə hərəkət edən rəhbərlərlə işləməkdənsə evimdən 500 km aralıqda işləmək daha üstündür. Həm də son vaxtlar belə bir tendensiya ilə rastlaşırıq: bir vaxt oğurluq, rüşvətxorluq üstündə vəzifələrindən kənarlaşdırılan şəxsləri bir müddət sonra daha yüksək vəzifələrə təyin edirlər (məsələn E.Bağırov və s.).
SOCAR-dan ayrılacağımı Fərid Rəsulova deməyə məcbur oldum, çünki onun razılığı lazım idi. Telefonla ona bu qərarımı bildirdikdə, quru səslə “yaxşı yol” dedi, başqa heçnə.... Budur SOCAR-ın 30 ilin işçisinə verdiyi dəyər, budur “qiymətləndirdiyi” insan kapitalı. İşlədiyim müddətdə SOCAR-ın TTSİ tərəfindən bəlkə də 30-a yaxın sertifikat almışam, bu qədər şirkət işçisinə vəsait xərcləyib, bilik və bacarığını yüksəldib və sonda sadəcə “yaxşı yol”...? Mən bir daha düzgün qərar verdiyimə əmin oldum və əlvida SOCAR dedim. Sadəcə bu boyda qədim tarixə malik, dünya tarixində bir çox ilklərə imza atmış, Sabit Orucov, neftçi Qurban, Azad Mirzəcanzadə, Koveroçkin, Xoşbəxt Yusifzadə və s. minlərlə alim yetişdirdiyi, ölkə iqdisadiyyatında mühüm rol oynayan şirkətin Sabit Aslanov, Fərid Rəsulov, Natiq Qurbanov kimi rəhbərlərin əlində qalmasından narahatam....
Cənab Prezident, vaxtınızı aldığıma görə üzr istəyirəm, ürəyim dolu idi, necə deyərlər “за державу обидно”. Allah Sizi, ailənizi, Dövlətimizi qorusun, ölkəmiz hər zaman çiçəklənsiz, həmişə sülh olsun, uğurlarımız bol olsun!!! Buna heç kim maneə ola bilməz!!! Sağ olun!!!"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru