Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Rövşən Rüstəmov BACARMIR: Zərər 18 dəfə artıb... - BU DA FAKT...
Tarix: 23-12-2025, 06:59 | Çap et

Azərbaycanın ən böyük dövlət şirkətlərindən olan «Azərbaycan Dəmir Yolları» QSC 2024-cü ilin maliyyə göstəricilərinin bir hissəsini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, son illər maliyyə göstəricilərini ictimaiyyətdən gizlətməyə çalışan ADY-nin bu dəfə rəqəmləri açıqlamasına səbəb qurumun istiqraz buraxması olub. Qanunvericiliyə əsasən istiqraz buraxan qurumlar öz maliyyə nəticələrinin bir hissəsini hökmən açıqlamalıdırlar, Azərbaycan Dəmir Yolları da bu səbəbdən bəzi maliyyə göstəricilərini yaymalı olub.

Hesabatdan çıxan əsas nəticə odur ki, 2024-cü ildə ADY-nin zərəri kəskin artıb. 2023-cü illə müqayisədə şirkətin zərəri 18 dəfə artaraq – 1 milyard 819 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ildə qurumun zərəri 101 milyon manat olmuşdu.

Beləliklə, 2024-cü ildə ADY-nin gəlirləri 614 milyon manat olub, bu 2023-cü illə müqayisədə cəmi 12 milyon manat artıqdır. Gəlirlərin 483,1 milyon manatı yükdaşımanın, 11,7 milyon manatı sərnişin daşımanın payına düşüb. Ölkədə son illər yük daşımalarına artımına ciddi dəstək verilməsinə baxmayaraq 2024-cü ildə ADY-nin əsas fəaliyyət istiqaiəti sayılan yük daşımalardan gəlirləri cəmi 354 min manat artıb, bu 1 faizdən də aşağıdır.

Tikinti və sair gəlirlərdə cəmi 120 milyon manat gəlir olub ki, bu da 2023-ə nisbətən cəmi 10 milyon manat artıqdır.

2024-ci ildə şirkətin əməliyyat xərcləri isə təqribən 4 dəfə artaraq 2023-cü ildəki 657 mmilyon manatdan 2 milyard 464 milyon manata yüksəlib. Bunun böyük hissəsi – 1 milyprd 728 milyon manatı sair aktivlər üzrə dəyərsizləşməyə görədir. 123 milyon manat köhnəlmə və amortizasiyaya, 269 milyon manat əmək haqlarına, təqribən 100 milyon manat elektrik enerjisi və materiallara sərf edilib. Sair xərclər isə ötən illə myqayisədə 40 milyon manat artaraq 167 milyon manata yaxınlaşıb.

Nəticədə 2024-cü ilin sonuna ADY-nin mənfəət vergisindən əvvəlki zərəri 1 milyard 840 milyon manat, 21 milyon manatlıq mənfət vergisi gəlirindən sonra isə il üzrə xalis zərəri 1 milyard 819 milyon manat olub. Bu 2023-cü illə müqayisədə 18 dəfə artıqdır.

Böyük zərər nəticəsində ADY-nin indiyədək yığılmış ümumi zərəri (hesabatda bu göstərici defisit kimi göstərilib) 6 milyard 263 milyon manata yüksəlib. Halbuki bir il əvvəl bu rəqəm 4,4 milyard manat idi.

Son bir ildə Azərbaycan Dəmir Yollarının aktivləri 1,5 milyard manat və ya 25% azalaraq 2023-cü ilin sonundakı təqribən 6 milyard manatdan 2024-ün sonuna 4 milyard 464 milyon manata enib.

Şirkətin əmlak, tikili və avadanlıqları son bir ildə 1 milyard manat dəyər itirib. Dövlət büdcəspindən alacağı debitor borcları da 165m milyon manat azalaraq 310 milyon manata düşüb. Qısamüddətli aktivlər isə 230 milyon manat azalaraq 972 milyon manatdan 742 milyon manata enib.

Şirkətin sərəncamındakı pul vəsaitləri isə 2,1 dəfə azalaraq 420 milyon manatdan 200 milyon manata düşüb.

2024-cü ilin sonuna ADY-nin cəmi kapitalı 3 milyard 290 milyon manat təşkil edib, bu 2023-ün sonu ilə müqayisədə 52 milyon manat artıqdır. Amma bu artım tamamilə dövlətin ADY-yə yatırımları hesabınadır. Belə ki, təkcə 2024-cü ildə dövlət tərəfindən dəmiryol operatoruna 1 milyard 865 milyon manat investisiya yatırılıb.

Ümumilikdə indiyədək dövlət tərəfindəfn ADY-yə 8,6 milyard manat vəsait yatırıb. Bunun 6,2 milyard manatı yığılmış defisit kimi sərf edilib.

2024-cü ildə ADY-nin öhdəlikləri, borcları, kreditləri və sair öhdəlikləri 1,6 milyard manat azalaraq 2,7 milyard manatdan 1,1 milyard manata düşüb.

Bu azalmanın əsas səbəblərindən biri Nazirlər Kabinetinin qərarı ilə (02 fevral 2024-cü il) ADY-nin dövlət zəmanətli kredit borcundan 1 milyard 70 milyon manatının silinməsi olub.

Yeri gəlmişkən, «Azərbaycan Dəmir Yolları»nın zərərlə işləməsi 2025-ci ildə də davam edir – 2025-ci ilin ilk 9 ayında şirkətin zərəri 60 milyon manata yaxınlaşıb. Gəlirləri isə 446 milyon manat olub kİ, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə cəmi 3 milyon manat artıqdır.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru