Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Elxan Nəcəfov nə etmək istəyir? – Naxçıvanda vətəndaşların icbari təhsil hüququ pozulur
Tarix: 15-12-2025, 02:13 | Çap et

Azərbaycan “Maarifçi Qadınlar” İB-nin sədri, İstanbulda “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Sivil Toplum Təşkilatı”nın başkanı və H.Cavid adına məktəbin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Şərqiyyə Məmmədova Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi cənab Ceyhun Cəlilova müraciət edib.

Müraciətdə bildirilir:

“Hörmətli Ceyhun müəllim!

Türkiyənin İstanbul şəhərində işsizlik səbəbi ilə ölkəni tərk etmiş və təhsildən kütləvi şəkildə kənarda qalan minlərlə məktəb yaşlı azərbaycanlı uşaqlar haqqında məlumatlı olduğunuz üçün birbaşa əsas məsələ haqqında yazmağa üstünlük verirəm.

Azərbaycan Respublikası Konstitusiyasının ən başlıca tələblərindən biri ölkəmizdə İcbari Təhsil Qanununun yerinə yetirilməsidir. İcbari təhsil birbaşa dövlətin təminatıdır!

Azərbaycan Respublikasında təhsil vətəndaşın, dövlətin və cəmiyyətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Azərbaycan Respublikasının Təhsil Qanununun 5-ci maddəsinə əsasən:

5.1 Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsi yolverilməzdir.

Naxçıvanda çoxsaylı vətəndaşların icbari təhsil hüququ pozulur. Bu məcburi təhsildir, müvafiq dövlət qurumları bunu yerinə yetirməyə borcludur!

Təhsil Qanununun 5-ci maddəsində qeyd edilir:

5.8 Dövlət xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirərək vətəndaşlarına təhsil verməlidir.

İllərdir vətəndaşlarımızın təhsil almaq hüququnu yerinə yetirməli olan şəxslər bizə məlum olmayan səbəblərdən Türkiyənin İstanbul şəhərində vətəndaşlarımızı təhsilsiz buraxıblar. Biz “Maarifçi Qadınlar” İctimai Birliyinin xətti ilə 4000-dən artıq uşağı təhsilə cəlb etmişik.10 ildir ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 noyabr 2014-cü il tarixli “Uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerləşdirilməsi Qaydaları”na əsasən fəaliyyətimizi nizamlayırıq. Mövcud Qaydalara əsasən:

4.4.3. Təhsil sənədini olmadıqda və təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda:

4.4.3.1. 1-11-ci sinifdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına uyğun hazırlıq səviyyəsi yerli təhsil idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsi ilə yoxlanılır. Komissiyasının rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.

4.4.3.2 Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda şagirdlə tədris Azərbaycan dilində olan məktəblərə qəbul edilirlər.

İllərdir bu qaydada İstanbuldan gələn şagirdlər mövcud qanuna əsasən, imtahan verərək təhsillərini davam edirirlər. Lakin Elxan Nəcəfov Naxçıvanın Təhsil naziri təyin edildikdən sonra şagirdlərin təhsil hüququ pozulur, valideynlər uşaqlarını Bakı şəhərində oxutmaq məcburiyyətində qalırlar. Yəni uşaqlar Naxçıvandan sürgün edilirlər.

Məlum edirəm ki, bu uşaqlar az təminatlı ailələrin övladlarıdırlar. Bu ilə qədər Azərbaycan Respublikasının heç bir bölgəsində bu uşaqların heç bir problemi olmayıb. Lakin indi bir neçə yetkinlik yaşına çatmamış övladımız, şagirdimiz təhsilsiz qalıblar. Onların təhsil hüquqlarının pozulması ilə bərabər, həm də psixoloji gərginlik yaşayaraq dövlətinə, vətəninə güvəni sarsılır!

Bu hallar bəzi şəxslərin öz vəzifəsini bilməməsi və qanunlara sayğısızlığının nəticəsidir. İllərdir Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu uşaqların kitablarını verir və min kiloqram kitab Azərbaycan Rspublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə “Azərbaycan Hava Yolları”Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənişsiz olaraq İstanbula çatdırılır.

Hörmətli Ceyhun müəllim, Abdullazadə Şahin Əvəz oğlu, Abdullayev Ümid Vahid oğlu mövcud qaydalara uyğun imtahan verərək tələb edilən səviyyəni yani 9-cu sinifdə oxumaq hüququnu qazanmışlar. Lakin özünü komissiya adlandıran şəxslər heç bir qanuna əsaslanmayan qərar çıxarmış, uşaqların təkrar 8-ci sinifdə oxumalarını tələb etmişlər. Lakin valideynlər bu ədalətsiz qərarla razılaşmamış, respublikanın paytaxtına üz tutmuş, Bakı şəhəri Abşeron rayon Təhsil İdarəsinə müraciət etmişlər. Şagirdlər Abşeron rayon Məhəmmədi qəsəbə məktəbində 1 ay oxuduqdan sonra “Şagirdlərin yerdəyişməsi qaydaları”na uyğun olaraq təhsillərini Naxçıvanda davam etdirmələri üçün sistemə daxil olmuş, Naxçıvanda oxumaq istəklərini bəyan etmişlər. Bundan xəbər tutan Elxan Nəcəfov Abşeron rayon Regional Təhsil İdarəsinə zəng etmiş, uşaqların məktəbdən azad olunmasını xahiş etmişdir. Elxan Nəcəfovun “sözünü yerə salmayan” Abşeron rayon Təhsil İdarəsinin adiyyəti şəxsləri məktəb direktoruna şagirdlərin məktəbdən azad edilməsi üçün göstəriş vermişdir. Uşaqlar 1 ay oxuduqdan sonra hal-hazırda təhsilsiz qalmışlar, məktəbə getmirlər. Bu barədə Azərbaycan Respublikasının Prezident Aparatı səviyyəsində araşdırmalar davam edir.

İllərdir İstanbuldan gələn şagirdlərimiz yuxarıda göstərdiyimiz qaydada təhsillərini davam etdiriblər və uğurlu nəticələr əldə edilib! Anidən birinin insan taleyini qaranlığa sürükləyən övladlarımızı, onların ailələrini gözüyaşlı qoyan, qanuna zidd olaraq verilən göstərişin acı nəticəsini qəbul etmək yolverilməzdir! Məncə, bunu edən şəxs yanlışlığa yol verib. Bu ilin özündə belə 8-ci sinfi bitirib Azərbaycana gələrək 9-cu sinifdə oxuyan şagirdlər var.

Onu da bildirmək istəyirəm, 10 nəfərə yaxın şagird bu mövcud durumu görüb hələ də bura gəlmək istəmirlər və İstanbulda gözləmə mövqeyindədirlər ki, aidiyyəti dövlət qurumları onların gəlib Azərbaycanda təhsillərini davam etdirmələri üçün şərait yaratsın.

Bu məsələ ilə əlaqədar ciddi qanun pozuntusunun qarşısı alınmalıdır, şagirdlər təcili olaraq məktəbə cəlb edilməlidirlər!

Hörmətli Ceyhun müəllim, Azərbaycan Respublikası maarifçiləri adından və Elxan Nəcəfovun Bakı şəhərinə sürgün etdiyi və təqib edərək Bakı məktəblərindən də qeyri-qanuni olaraq qovdurduğu Abdullazadə Şahin Əvəz oğlu, Niftəliyev Əli Elnur oğlunun və bundan sonra Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindən Naxçıvan Muxtar Respublikasına gələn Azərbaycan vətəndaşlarının məktəb yaşlı uşaqlarının icbari təhsillərinin başa vurmasına köməyinizi əsirgəməyəsiniz!

Bir daha xatırladıram ki, icbari təhsilin yerinə yetirilməsi birbaşa dövlət təminatıdır”.

Referans.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru