Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 18-11-2025, 06:21 | Çap et

30 ilə yaxındır ki, Azərbaycanda təhsil problemləri müzakirə olunur, müxtəlif pilot layihələr tətbiq edilir və əsasən sistemin şəffavlaşdırılması, müsirləşməsi, dünya standartlarına uyğunlaşdırılması üçün cəhdlər edilir. Əlbəttə, bu o qədər də asan proses deyil və illərdir qalaqlanmış, verilmiş səhv qərarları, korrupsiyalaşmış direktorları qısa müddətdə təmizləmək, düzəltmək mümkünsüzdür.

Bu əsnada ölkənin Peşə Təhsili sistemi də yenidən qurulur, sovetlərdən qalan və müstəqillik dövrünün ilk illərindən baxımsızlıqdan bərbad hala düşən peşə təhsili müəssisələri yenidən qurulur və bərpa edilir. Yəni, heç nə əvvəlki kimi deyil və insaf naminə demək lazımdır ki, ölkənin peşə təhsili sistemində nəzərəçarpacaq dəyişikliklər var.

Lakin bu peşə təhsilinə olan fərqli maraqlar, idarəetmə zamanı yaranan “iştah sindromu” bitmir və təmirli, avadanlıqlı binalarda fərqli mənzərələrin şahidi oluruq. Bu gün peşə təhsili müəssisələrində çalışan müəllim heyəti istər əmək haqqının azlığından, istər rəhbərliyin səriştəsiz, bezdirici qərarlarından və ən əsası yaradılan imkanları yalnız öz əlində cəmləşdirməsindən narazılıq edir.

Həqiqətən də, ölkənin peşə təhsili sistemində böyük bir boşluq, sistemsizlik və nəzarətsizlik hökm sürür. Bu vəziyyətin əksər müəssisələrdə baş verməsi göstərir ki, idarəedicilər ya bacarıqsızdır, ya da idarə olunurlar.

Birinci hal — Bacarıqsızlıq!

Bu gün diqqət etsək görərik ki, əksər peşə təhsili mərkəzlərinin rəhbərlərinin idarəetmə stajı kifayət qədərdir. Ən azı 5-10 ildir peşə təhsili sahəsindədirlər və böyük təcrübə qazanmaları üçün yaxşı vaxtları olub. Bir az da dərinə getdikdə görürsən ki, bəli, bu rəhbərlər ali təhsilli, dünya universitetlərinin məzunları olmasalar da, peşə təhsili sistemində təcrübəlidirlər. Amma di gəl ki, bu təcrübəni tamamilə başqa formada istifadə edir, müəllimləri, işçiləri əsir kimi nəzarətdə saxlayır, dərs bölgülərini ədalətsiz formaya salır, bundan yararlanmağa çalışır, tələbə heyəti ilə fərqli davranış sərgiləyir, ən əsası rəhbəri olduğu müəssisədən əsasən qazanmaq üçün yararlanır. Reallıq budur ki, peşə təhsili müəssisələrinin rəhbərləri təhsil planı üzrə deyil, məhz özləri üçün qurduqları plan üzrə hərəkət edir və bu da onların qazanması üçün hesablanıb.

Peşə təhsili müəssisələrinin rəhbərləri və müavinlərinin əksəriyyəti ay ərzində böyük əmək haqqı alır, üstəlik adlarına dərs saatları yazır və bütün bunlar azmış kimi, başqa-başqa yollara əl atır, müqaviləli işçiləri işə qəbul edərkən də qazanmamış deyillər. Əlbəttə, bu faktları bu gün onlara sübut etmək hələlik çətindir, sübutlar zamanı belə zatən söz tapırlar. Amma faktlar göz deşir, saysızdır və böyük araşdırma da tələb etmir.

İkincisi — İdarə olunurlar!

Bu olduqca incə məsələdir. Hamımız bilirik ki, bu gün hansısa bir vəzifə sahibi olmaq üçün dayağın olmalıdır və ya hansısa komandanın üzvü olmalısan. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsil sistemində də belə qruplar mövcuddur və zaman-zaman bu qrupların mübarizəsinin şahidi oluruq. Əslində bu normal haldır, amma mübarizə inkişafla nəticələnirsə...

Peşə təhsili müəssisələri rəhbərlərinin kimliyini, bu yola haradan başladıqlarını və sonda necə direktor olduqlarını bu sahəni dərindən bilənlər yaxşı tanıyır. Bilinənlər bəllidir, bilinməyənləri də öyrənmək bir o qədər asandır.

Təhsil nazirinin müavinindən tutmuş, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nüfuzlu şəxslərinin adamlarına, sabiq nazir Misir Mərdanovun komandasının üzvlərinə kimi burada direktor postlarındadırlar. Bəli, bir daha deyirəm: bu sahəni bilən adamlar o direktorların kimliyini və haradan gəldiklərini yaxşı bilir. Olsun, bununla bir işimiz yoxdur, amma o olmasın ki, bu şəxslərin əsas məqsədi peşə təhsilinin inkişafı, gələcəyi, müəllimlərin haqqının qorunması, tələbələrin inkişafına yönəlsin.

Təsəvvür edin, 2 aydır dərs ili başlayıb, amma bu gün əksər peşə məktəblərində tələbə təqaüdləri verilməyib. Müəllimlər əmək haqlarını ən azı 10 gün gec alırlar və bu məsələ heç bir direktoru düşündürmür, narahat etmir. Hər halda bu günə kimi bir direktorun çıxıb tələbələrin təqaüdlərinin, müəllimlərin əmək haqqının gecikməsini dilinə gətirdiyi olmayıb. Əksinə, səsini çıxaran tələbəyə, müəllimə elə bir divan tutulur ki, gəl görəsən. Səsini çıxaran tələbə, müəllim dışlanır, qınanır və məktəbdən atılma təhlükəsi ilə üzləşir...

Hə, burada yenidən qayıdırıq başa - yəni əsas səbəbkara: Peşə Təhsili üzrə Dövlət Agentliyinə və onun idarəedici şəxslərinə.

Bildiyimiz kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin bəxti yaranandan gətirməyib. Agentliyin ilk direktoru Famil Mustafayev olub. 1 il sonra cənab Mustafayev bu vəzifədən uzaqlaşdırılıb. O zaman onun barəsində ciddi faktlar yazılsa da, araşdırılmadı və beləcə daha yüksək posta üz tutdu.

Daha sonra bu posta Pərviz Yusifov təyin edildi və cəmi 1 il işlədi. 2021-ci ildə cənab Emin Əmrullayev Pərviz Yusifovu bu postdan uzaqlaşdırdı və yerinə Valeh Mirzalıyev adlı şəxs təyin edildi. Bir neçə ay sonra Mirzalıyev də çıxarıldı.

O zaman Mirzalıyevin müavini bu gün məşhur olan məlum Ceyhun Kərəmov idi. Bundan sonra proseslər bir qədər yavaşladı. Emin Əmrullayev artıq ya utandığından, ya da hansısa səbəblərdən bu posta iki il direktor təyin etmədi. Bu post Valeh Mirzalıyevin müavini olan Ceyhun Kərəmova həvalə olundu. İki il sonra, düz 2023-cü ilin oktyabr ayında yenə nazir Emin Əmrullayevin əmri ilə Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu dəfə əməlli-başlı direktoru təyin edildi.

Yox, bu hələ son deyildi və yenə nazir Əmrullayevin əmri ilə 2025-ci ilin 1 oktyabr tarixində Ceyhun Kərəmov vəzifədən çıxarıldı. Bütün bu illər ərzində işə qəbul və çıxarılmaların heç birinin səbəbi açıqlanmayıb.

Kərəmovdan sonra yenə Emin Əmrullayevin qərarı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi müavin Simnar Mamedova həvalə olunub. Hazırda Emin Əmrullayevin bu posta nə zaman direktor təyin edəcəyi, hansı qərar verəcəyi müəmmalıdır.

Göründüyü kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyi Emin Əmrullayevin kadrları üçün bir tramplin hesab olunur, gəlirlər 1 il işləyirlər və hansısa yüksək vəzifələrə göndərilirlər. Amma unuduruq ki, təhsil sistemi və onun idarə olunması mütləq peşəkar və təcrübəli, bu sahəni bilən, müəllim-tələbə kontingentinin xüsusiyyətlərini anlayan, layihələrin sağlam icrasını bacaran və ən əsası bu sistemdə sevilən, sözünün çəkisi olan birinə həvalə olunmalıdır. Görünür, hələ də Peşə Təhsili üzrə

Dövlət Agentliyinin bəxti gətirmir və uzun zaman da gətirməyəcək...

Peşə Təhsili üzrə Dövlət Agentliyinin bugünkü idarəçilərinə - daha doğrusu, əvəzediciyə gəldikdə isə hələlik onun fəaliyyəti barədə konkret nəsə demək mümkün deyil. Ceyhun Kərəmovun vəzifədən uzaqlaşdırılmasından 2 ay vaxt keçsə də, yəni icraedici vəzifəsi müavin Simnar Mamedova həvalə olunsa da, müəyyən problemlər -tələbələrin təqaüdləri, bəzilərinin müqavilə ilə işə necə və hansı şəraitdə götürüldüyünün araşdırılması, adı olub özü dərsə gəlməyən tələbələrin mövcudluğu və əgər belə hal varsa onların təqaüd kartlarının kimdə olduğu və sair faktların araşdırılması hələ də gözləmədədir.

Məncə Simnar müəllimin bu araşdırmaları etmək, günahkarları cəzalandırmaq, sistemə əməlli əl gəzdirmək, direktorları tənbehləmək, onların qarşısında konkret tələblər qoymaq, tələbə, müəllim narahatlığını araşdırmaq və cavablandırmaq kimi imkanları və vaxtı var. Bu sistemin təmizlənməsi, daha böyük uğurların qazanılması üçün bu günlər həm də bir şansdır. Şansları dəyərləndirmək üçün zamana ehtiyac yoxdur, fürsətlərdən istifadə etmək yetərlidir.

Müəllif: Ədil Hüseynov

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru