Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

İnam Kərimovun məhkəmələri vətəndaşın DİZİNİ YERƏ GƏTİRİR - DİQQƏT: TƏHLÜKƏ VAR!!!
Tarix: 13-11-2025, 09:27 | Çap et

"Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər..." "DİA-AZ" xəbər verir ki, bu uyarı ilə çıxış edən tanınmış hüquqşünas Əkrəm Həsənov borclu vətəndaşlara çıxış yollarını da göstərib.
O bildirir: "Əslində isə bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə əsasən “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil.
Mümkün qədər qısaca izah etməyə çalışacağam. Notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir.
Belə işlərin sayı artmaqdadır. Məsələn, bank təxmini 30000 manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10000 manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır.
Yaranmış vəziyyət qanunsuzdur. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. Lakin biz bilirik ki, Konstitusiya Məhkəməsi yalnız bankların marağını qorumaq lazım olduqda cəld tərpənir. Əhalinin maraqları üçün tezliklə nəsə etməsini gözləmirəm.
Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.
Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır. Odur ki, ayıq olun, cəld tərpənin!
Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin...."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru