"Şikayətim "İrşad Elektroniks"dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında GunAy Sadiqova Suleymanova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Aprel ayında "iphone 16 pro max" və "fakir" markasının ketlini götürdüm. Götürərkən 450 manat qızıl zəmanətə ödəniş etmişəm.
Avqust ayında ketl xarab oldu və irşadda servisə verdim, verərkən 2-14 gün ərzində mesaj gələcəyi bildirildi. 14 gün keçdi heç bir xəbər yoxdur. "İrşad Elektroniks"ə zəng etdim, dedilər biz ketli 45 gün ərzində təmir edib veririk. 6 ay olmadan məhsul əgər xarab olursa və bunun təmiri də 45 gün çəkirsə, ki bu da hələ sual altındadır o zaman mən 450 manat qızıl zəmanəti bəzək üçün almışam?"