Son zamanlar bir sıra banklara məxus bankomat və terminalarının nasaz olması ilə bağlı şikayətlər artmaqdadır.
Yenisabah.az xəbər verir ki, bu dəfə analoji hal “Unibank”ın Tbilisi prospektində yerləşən ATM-də qeydə alınıb. Vətəndaşlar bildiririr ki, sözügedən bankomat artıq 5 gündən çoxdur ki, işləmir.
Xatırladaq ki, “Unibank”ın həmin ünvanda fəaliyyət göstərən ATM-i tez-tez xarab olması ilə məşhurdur.