Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                 

Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Tarix: Bu gün, 17:55 | Çap et

Ermənistan həm təhlükəli, həm də taleyüklü mərhələyə sürətlə yaxınlaşır. Belə ki, gələn ilin yayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu ölkədə gərgin siyasi atmosferin formalaşdığı bir vaxtda, həmin seçkilərin yalnız daxili siyasi mübarizə ilə məhdudlaşacağı isə qətiyyən inandırıcı görümür. Paşinyan hakimiyyətinin seçki kampaniyası ilə bağlı dolaşan müəmmalı iddialar, Rusiyanın informasiya məkanında gündəmə gətirilən təhlükəli ssenarilər və Kremlin regiondakı strateji maraqları Ermənistanda seçkiləri həm daxili, həm də xarici qüvvələrin toqquşma səbəbinə çevirir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin gələcək taleyi üçün real təhlükənin mövcudluğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Kremlə bağlı Rusiya mediasında yayımlanan materiallarda baş nazir Nikol Paşinyanın siyasi komandası seçkilərdə ənənəvi “siyasi texnologiyalar”a söykənməkdə ittiham olunur. Belə ki, əsas iddialara görə, Paşinyan hakimiyyəti indiyə qədər qəbul etdiyi bütün qərarları “xalqın iradəsi” ilə əlaqələndirməyə çalışacaq. “Qarabağdan imtina” və Zəngəzur dəhlizi kimi məsələlərdə güzəştlər “sülh naminə” strategi uğur kimi təqdim olunacaq. Paşinyan hakimiyyətinə qarşı istənilən tənqid “sabitliyə və sülhə təhlükə” kimi göstəriləcək.

Digər tərəfdən, Rusiya mətbuatı iddia edir ki, Paşinyan hakimiyyəti seçkilər ərəfəsində saxta sorğularla hökumətin legitimliyini sübut etməyə, beynəlxalq tərəfdaşlara siyasi kursun doğru olduğunu göstərməyə çalışacaq. “Yeni Ermənistan” və “Gələcəyin erməniləri” kimi emosional şüarlarla yanaşı, seçicilərə “Biz getsək, müharibə başlayacaq” mesajı ötürüləcək. Və Ermənistanda Paşinyan hakimiyyətinin real strateji alternativləri məhdud olduğu üçün “klassik” vasitələrə üstünlük verilməsi tamamilə mümkündür.

Maraqlıdır ki, Rusiya mediası Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmasını Ermənistanı parçalayacaq sənəd kimi təqdim edir. Əslində, Kremlin bu manipulyativ ritorikası qətiyyən təsadüfi deyil. Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanın tranzit asılılığını Rusiyadan məhz Azərbaycan- Türkiyə xəttinə keçirə bilər. Paşinyan hakimiyyəti elə indidən bu önəmli layihəni “sülh və gələcək naminə strateji zərurət” kimi ictimaiyyətə təqdim etməyə başlayıb. Rusiyanın uydurma “narrativlər”ində isə bu proses “Böyük Turan” layihəsinə xidmət kimi təqdim olunaraq, həm Ermənistan cəmiyyətində, həm də erməni diasporunda qorxu mühiti yaradılmasına hesablanıb.

Ona görə də, hazırda əsas sual ondan ibarətdir ki, Rusiya Ermənistan daseçkilərə hansı səviyyədə müdaxilə edə bilər? Böyük ehtimalla Kreml informasiya və diaspora şəbəkələri, eləcə də, erməni kilsəsi və biznes oliqarxiyası vasitəsilə Ermənistanda ictimai rəyi çaşdırmaqda davam edəcək. Rusiya tərəfindən, seçki prosesinə lokal agentura şəbəkələri, saxta sorğular və hətta kiberhücumlar ilə texniki müdaxilə cəhdləri də göstərilə bilər. Əgər, bütün bunlardan Rusiyanı qane edən nəticə çıxmazsa, Kremlin Ermənistan ordusu və təhlükəsizlik qurumları üzərindən Paşinyan hakimiyyətini devirmək üçün hibrid savaşa başlaması, ölkədə siyasi sabitliyin pozulmasına cəhd göstərə biləcəyi də qətiyyən istisna deyil. Və Ermənistanda son vaxtlar çevriliş planları ilə bağlı həbslərin olması da bu ssenarilərin sadəcə, “nəzəriyyə” deyil, məhz real təhlükə kimi mövcudluğunu göstərir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasi kursu, xüsusilə də, ABŞ və Avropa Birliyi ilə yaxınlaşma cəhdləri Rusiyanın strateji maraqlarına ziddir. Kreml Ermənistanı itirmək istəmir və seçkilər Rusiyanın bu ölkədə öz təsir imkanlarını sınaması baxımından, əsas faktor olacaq. Çünki Kremlin strateji hədəfi məhz Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarmaq və buna paralel olaraq da Zəngəzur dəhlizi layihəsinin əngəllənməsindən ibarətdir. Və hazırda yalnız Azərbaycan və Türkiyə üçün Paşinyan hakimiyyətinin mövcud kursunun qorunması regionda tranzit layihələrin reallaşdırılması baxımından, cəlbedici xarakter daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti üçün siyasi risk indikatorlarının sırası da kifayət qədər genişdir. Belə ki, son vaxtlar baş nazir Nikol Paşinyanın təhlükəsizlik strukturlarında qəfil kadr dəyişiklikləri etməsi risk səviyyəsinin artdığını göstərir. Çünki Kreml tərəfindən Ermənistanın seçki sistemlərinə yönələn kibertəhlükəsizlik insidentlərinin törədiləcəyi artıq qətiyyən şübhə doğurmur. Rəsmi İrəvanın Rusiyanın agentira şəbəkəsində yer alan radikal-revanşist qüvvələrə, erməni kilsəsinə və biznes oliqarxiyasına qarşı hüquqi təzyiqləri artırması isə Ermənistanda vəziyyətin qəliz olduğuna şübhə yeri buraxmır.

Bütün bunlar onu göstərir ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri yalnız ölkədaxili siyasi mübarizə deyil, həm də Rusiya və Qərb arasında amansız nüfuz savaşı kimi də diqqəti çəkəcək. Qərbə inteqrasiya və regionda iqtisadi-ticari əməkdaşlıq kursuna üstünlük verən Paşinyan hakimiyyətinin birmənalı şəkildə Rusiyanın hədəfində olacağını elə indidən təxmin etmək mümkündür. Kremlin informasiya manipulyasiyaları, diaspor, erməni kilsəsi, biznes oliqarxiyası, eləcə də, radikal revanşistlər və s. kimi hibrid alətlərlə seçki prosesinə müdaxilə edərək, Paşinyan hakimiyyətini devirməyə çalışacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Bu gün, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Bu gün, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Bu gün, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Bu gün, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Bu gün, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Bu gün, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Bu gün, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Bu gün, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Bu gün, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Bu gün, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Bu gün, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Bu gün, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Bu gün, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Bu gün, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Bu gün, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Bu gün, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Bu gün, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Bu gün, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Bu gün, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Bu gün, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Bu gün, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Bu gün, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Bu gün, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Bu gün, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Bu gün, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Bu gün, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Bu gün, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Bu gün, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Bu gün, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Bu gün, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Bu gün, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Bu gün, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Bu gün, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Bu gün, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Bu gün, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Bu gün, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Bu gün, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Bu gün, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Bu gün, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru