Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, polkovniki Vüqar İsmayılov bir neçə ay Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə çalışıb.