Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tibbi alətlərin satın alınması üçün elan edilmiş açıq tender ləğv olunub.
"DİA-AZ" xəbər verir ki, satınalma prosesinin ləğv edilməsinə səbəb tenderdə iştirak edən və təklif təqdim edən təchizatçıların sayının üçdən az olmasıdır. Bu isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq tenderin keçirilməsinə imkan verməyib.
Tenderin ehtimal olunan dəyəri 31 892 AZN idi. Müsabiqə 22 iyul 2025-ci il, saat 14:22-də dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi və vaxtı 13 avqust 2025-ci il, saat 17:30 müəyyən edilmişdi. Zərflərin açılışı da eyni tarixdə və saatda keçirilməli idi.
Lakin təklif verənlərin sayı qanunvericilikdə tələb olunan həddən az olduğuna görə tenderin ləğv edilməsi barədə qərar qəbul edilib.