Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                     Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi .....                     Prezident onlara “general-mayor” rütbəsi verdi .....                     Prezident sərəncam imzaladı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi .....                     Bakıda icra başçısı birinci müavinini işdən çıxardı .....                     Azərbaycanlı müğənninin rus sevgilisi .....                     SEPAH və ETTELAAT yeni qurum yaradır .....                     Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub .....                     Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı .....                     Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir .....                     Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq .....                     BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi .....                     Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... .....                     İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir .....                     Xəyal Rzaya ağır itki üz verib .....                     “İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU .....                     Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... .....                     Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU .....                     Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... .....                     İsrail-İran SAVAŞI BİTDİMİ? .....                     Eldar Quliyevə qarşı ŞOK İTTİHAM .....                     "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." .....                     Kremlin `K` variantı... .....                     Bu, dələduzluq deyil... BƏS NƏDİR? .....                     KONTAKT HOME hamını BOĞAZA YIĞIB .....                     Referendum üçün gerisayım BAŞLADI .....                     Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış .....                     Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər .....                     Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... .....                 

Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Tarix: Bu gün, 08:44 | Çap et

“Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi hüquqi və siyasi sistemdə dərin transformasiyanın başlanğıcıdır". “Yeni Müsavat” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyini bildirən ekspertin sözlərinə görə, qarşıdakı dövrdə planlaşdırılan ümumxalq səsverməsi - referendum yalnız texniki dəyişiklikləri deyil, dövlətin suverenlik anlayışı, idarəetmə modeli və ərazi-inzibati arxitekturası üzrə strateji dönüşü nəzərdə tutur.

Z.Məmmədov qeyd edib ki, referendumun əsas fəlsəfəsi Azərbaycanın postmünaqişə dövründə yeni reallıqları nəzərə alaraq milli hüquqi sistemini xarici hüquq istinadlarından təmizləmək və tam suveren normativ bazaya keçməkdir: “Azərbaycanın 1995-ci ildə qəbul olunmuş konstitusiyası sonrakı illərdə - 2002, 2009 və 2016-cı illərdə dəyişikliklərə uğrasa da, bu dəfə planlaşdırılan dəyişikliklər daha genişmiqyaslı və strateji olacaq. Bu dəyişikliklər dövlətin hüquqi sistemini müasirləşdirmək və suveren hüququ gücləndirmək məqsədi daşıyır”.

O bildirib ki, konstitusiyaya təklif olunan düzəlişlər 4 əsas faktora əsaslanır:

Postmünaqişə reallıqları - işğaldan azad edilən ərazilərin vahid hüquqi çərçivəyə inteqrasiyası;

Suverenlik anlayışının yenidən tərifi - beynəlxalq müqavilələrə istinadın azaldılması, milli hüququn əsas götürülməsi;

Rəqəmsal dövrün çağırışları - informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi;

İdarəetmənin modernləşdirilməsi - Prezident və hökumət arasında səlahiyyət bölgüsünün çevikləşdirilməsi.

Onun sözlərinə görə, dəyişikliklər yalnız dövlət idarəçiliyinə deyil, ictimai konsensusa, qərarverici mərkəzlərin legitimliyinə və vətəndaşlarla dövlət arasındakı etimada da ciddi təsir göstərəcək.

Z.Məmmədov onu da deyib ki, 2025-ci ildə regional və yerli idarəetmə sistemində də köklü struktur islahatları planlaşdırılır. Onun sözlərinə görə, icra hakimiyyətləri sovet mirası kimi tarixə qovuşacaq və onların yerini koordinasiya əsaslı dövlət nümayəndəlikləri alacaq: “Bu dəyişiklik vahid hüquqi məkanın yaradılması, idarəetmədə çevikliyin təmin olunması və hesabatlılıq prinsipinin gücləndirilməsi baxımından önəmlidir”.

Politoloq vurğulayıb ki, idarəetmə mexanizmlərinin mərkəzdən vahid şəkildə koordinasiya olunması institusional səmərəliliyi artıracaq, eyni zamanda regionlarda dövlət nəzarətini gücləndirəcək. Sonda əlavə edib ki, bu dəyişikliklər dövlətin strateji inkişaf xəritəsinə uyğun həyata keçirilir və uzunmüddətli dövr üçün hüquqi-inzibati sabitlik yaradacaq.

Hazırda həm dünyada, həm regionda vəziyyət qeyri-qənaətbəxşdir. Ona görə mümkündür ki, referendum iddiaları təsdiqlənərsə, oktyabr-noyabr aylarında gerçəkləşə bilər. Ümumiyyətlə, referendum keçiriləcəyi barədə vaxtaşırı proqnozlar səslənir. Hətta dəyişikliklərdə Naxçıvanın muxtar statusunun ləğvi, deputat sayının artırılması nəzərdə tutula bilər.

“Yeni Müsavat”a danışan hüquqşünas Qulamhüseyn Əlibəyliyə görə, konstitusiyada islahatlar aparılmasına zərurət var, lakin hazırkı geosiyasi reallıqlarda hakimiyyətin referenduma gedəcəyi gözlənilmir. Q.Əlibəyli qanunvericiliyə dəyişikliyi ona görə vacib hesab etmir ki, 2025 “Konstitusiya və Suverenlik İli” elan olunub: “Azərbaycanda hər ilin bir adı olur. Sadəcə, referendumla qanunlardakı boşluqlar, bütövlükdə hüquqi məkanda olan çatışmazlıqlar aradan qaldırıla bilər. Ona görə konstitusiyaya dəyişikliklər zəruridir. Yəni düşünmürəm ki, yerli icra hakimiyyətlərinin fəaliyyəti və digər məsələlərə görə referenduma gedilməsinə ehtiyac var. Eyni zamanda Prezident Administrasiyasının iş bölgüsü aparılıb, ümumən idarəetmə modeli var, bunun üçün konstitusiyada dəyişikliyə zərurət hiss olunmur. Amma dediyim kimi, geosiyasi şəraitdə Azərbaycan hakimiyyətinin ümumxalq səsverməsinə gedəcəyini gözləmirəm”.

Q.Əlibəyli hesab edir ki, hazırda regionda həssas dönəmdir, üstəgəl, Bakının İrəvandan gözləntiləri var, belə şəraitdə Azərbaycanda referendum elan olunmayacaq: “Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlar gedir, düşmən ölkənin özü konstitusiyasında Azərbaycana olan təhdidləri aradan qaldırmalıdır, o səbəbdən biz ümumxalq səsverməsinə getmərik. Çünki Ermənistan regionda "yeni İsrail" rolunu oynamaqdadır və addımları ilə sülh prosesini yubadır. Gələcəkdə referendum ona görə keçirilə bilər ki, parlamentə yer sayı artırılsın, qanunvericiliyə dəyişikliklər olsun. Əgər geosiyasi gərginlik fonunda referendum keçirilərsə, xaricdəki proseslər daxilə təsir edə bilər. Ona görə indi zamanı deyil, amma Azərbaycan hüquqi məkanında olan boşluqlara, Naxçıvanın statusuna və digər amillərə görə gələcəkdə konstitusiyaya dəyişikliklər zəruridir".

Hüquq müdafiəçisi Xəzər Teyyublu payızda referendum keçirilməsini regiondakı proseslərin inkişafından asılı sayır. Onun fikrincə, şimal və cənub qonşularımızda münaqişələr, hərbi eskalasiyalar səngimək bilmir: “Həmçinin Ermənistanın bölgədəki destruktiv hərəkətləri, Avropa İttifaqının "casus şəbəkəsi"ni sərhədimizə yerləşdirməsi, sülh prosesi ilə bağlı Bakının iki məlum tələbini yerinə yetirməməsi referendum planlarını təxirə sala bilər. Çünki dünyada baş verən hadisələr Azərbaycana bu və ya digər şəkildə təsir edir. Dövlət addımlarını sağlam atmağa çalışır və hər hansı gərginliyin içəri sirayət etməməsi üçün ehtiyatını möhkəm tutur. Sözsüz ki, konstitusiyaya dəyişikliklər mümkündür, amma bunun davamı kimi növbədənkənar parlament seçkiləri keçirilməlidir, Naxçıvanın muxtar statusuna baxılmalıdır. Əgər Zəngəzur dəhlizi reallaşmayıbsa, muxtar respublika bu statusunu hələlik itirə bilməz. Ona görə qeyri-müəyyənlik çoxdur və Azərbaycan dövlətindən də asılı deyil. Gərək Ermənistan real addımlara ata ki, bunun məntiqi nəticəsi kimi biz də postmünaqişə dönəmində idarəçilik modelində yeni addımlar ataq. Təbii ki, bir çox qanunlar dəyişə, təkmilləşə, işlək vəziyyətə gətirilə bilər, amma referendumun nəhəng proses olduğunu nəzərə almalıyıq".

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 2002, 2009 və 2016-ci illərdə ümumxalq referendum yolu ilə Konstitusiyaya dəyişiklik və əlavələr edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Paşinyanın Ərdoğanla söhbəti: Rusiya bazası Ermənistandan, Ağrı gerbdən çıxarılacaq - İLGİNC
Bu gün, 10:01
BU DA BU: Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...
Bu gün, 09:59
Qanunsuz olaraq belə işçiləri yüngül işlə təmin etməkdən imtina edirlər... - AXI NİYƏ?
Bu gün, 09:57
Paşinyan komandasına xəbərdarlıq etdi: Hazır olun, tezliklə... - “İravunk”
Bu gün, 09:50
İnvestisiya şirkətinin səhmdarı Müşahidə Şurasına sədrliyi başqa şəxsə həvalə edir - BUNDAN SONRA...
Bu gün, 09:45
Xəyal Rzaya ağır itki üz verib
Bu gün, 09:43
“İnşaat Konstruksiyaları” daha biri ili ZƏRƏRLƏ BAŞA VURDU - HESABAT
Bu gün, 09:41
Polis revanşist və irqçi keşiş Baqratın iqamətgahında axtarışa başladı... - "ArmTimes"
Bu gün, 09:38
Evə girib qadına seksual hərəkətlər edən azərbaycanlıya HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 09:35
Amerika Bakıdakıl səfirliyinin qapılarını MÖHKƏMCƏ BAĞLADI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:26
İsrail-İran SAVAŞI BİTDİMİ? - Görünəni odur ki... YOX!
Bu gün, 09:24
Eldar Quliyevə qarşı ŞOK İTTİHAM - GÖRÜN NƏ OYUNLARDAN ÇIXIB Kİ...
Bu gün, 09:20
"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..." - Qarabaö Qazisi şikayətçidir...
Bu gün, 09:10
Kremlin `K` variantı... - Görünəni odur ki...
Bu gün, 09:00
Bu, dələduzluq deyil... BƏS NƏDİR? - NARAZILIQ VAR...
Bu gün, 08:58
KONTAKT HOME hamını BOĞAZA YIĞIB - ETİRAZ VAR...
Bu gün, 08:51
Referendum üçün gerisayım BAŞLADI - AKTUAL
Bu gün, 08:44
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - ortada dəlil var, sübut var...
Bu gün, 07:42
Ağstafada yaşıllığı gözgörəsi məhv edirlər - VİDEOFAKT
Bu gün, 07:35
Qağayılar XƏBƏR VERİR: Xəzər ÇİRKAB İÇİNDƏDİR... - VİDEO
Bu gün, 07:18
"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Bu gün, 07:13
“Coffeemania Next” külli miqdarda vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 07:04
"Monitorinqlər “statistik hesabat” səviyyəsindən yuxarı qalxa bilmir" - FAKT BUDUR!
Bu gün, 07:00
Qadağa və cərimələr başlayır: Mollalar, sadlıq evləri, qızdan 5 yaş böyük oğlan və daha nələr.... - TƏFƏRRÜAT
Bu gün, 06:57
Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma – qalib 10 manatlıq şirkət
Bu gün, 06:55
"Aşağı bal yığan müəllimlər məktəbdə qalmamalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:52
İranla İsrail arasında savaşın dayanması sülh deyil, nəfəs fasiləsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
İranda təşviş: azərbaycanlılar silah istəyir! – Yeni müharibə başlaya bilər
Bu gün, 06:45
Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...
Bu gün, 06:41
Binəqədinin hər şeyə QADİR EL XANI... - NARAZILIQ VAR...
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru