ƏVƏZ ZEYNALLINI NİYƏ TUTUBLAR?
Tarix: 31-10-2011, 21:01 | Çap et
REDAKTORUN EVİNDƏ KÜLÇƏ AXTARIŞI
Millət vəkili Gülər Əhmədovanın şikayəti ilə jurnalistə qarşı külli miqdarda rüşvət tələb etmək maddəsi üzrə cinayət işi başlanıb.
В«Bizim evimizdə axtarış aparıblar. Evdə xəstə atam yatır. Bu adam anlaqsız sayılır, onu iflic vurub. Ondan tələb ediblər ki, pul verin, külçə qızıl verin, iri karatlı brilyant və bir də avtomat silah. Baş redaktorun evində avtomat silah hardan ola bilər ki?В» Bunu deyən Məlahət Zeynallıdır. Oktyabrın 28-də korrupsiyada ittiham olunaraq, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilən В«XuralВ» qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı. Onların evində axtarışı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları aparıblar. В«XuralВ»ın redaksiyasında, redaktorun evində və avtomobilində olduğu kimi. Artıq vəkil bununla bağlı apelyasiya şikayəti verib. REDAKTORUN EVİNDƏ TAPILAN DƏFTƏRÇƏDƏ NƏLƏR YAZILIBMIŞ Məlahət Zeynallı deyir ki, axtarış aparanlar evdən onun dəftərçəsini götürüblər. Həmin dəftərçədə o, evlərinin tikintisi ilə bağlı qeyd aparırmış: В«Yəni nə qədər daş istifadə olunub və s. Hər adamda sərfiyyatlarla bağlı belə dəftərçə olub. Həmin qeydləri sevincək götürüblər ki, gəlir-çıxar qeyd olunub. Mən bir daha bəyan edirəm ki, bu, siyasi məsələdir. Maraqlanın ki, Əvəz Zeynallını son aylarda kimlər məhkəməyə verib, cərimə etdirib. Bircə o siyahıya baxmaq kifayətdir ki, nəticəsini görəsən...В» Yada salaq ki, В«XuralВ» qəzetinin əmlakı oktyabrın 19-da müsadirə olunub. Buna səbəb Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı qaldırdığı iddia olub. Az sonra isə redaktora Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələri ilə iş qaldırılıb, o, böyük həcmdə rüşvət qoparmaq cəhdində ittiham olunur. Cinayət işinin qaldırılmasına səbəb deputat Gülər Əhmədovanın ərizəsidir. KORRUPSİYA, YOXSA SİYASİ İTTİHAM? Oktyabrın 31-də hüquq müdafiəçiləri ilə bir yerdə toplanan Redaktorlar Birliyinin iclasında da əsas fikir bu oldu: В«Bu korrupsiya yox, siyasi ittihamdırВ».
В«Bütün işimiz-gücümüz, cəhdlərimiz bu olmalıdır ki, bütün cəmiyyət, bütün dünya inansın: bu saxta və qurama işdirВ». В«AzadlıqВ» qəzetinin redaktoru Qənimət Zahid toplantıda belə dedi və əlavə etdi: В«Ortalıqda cinayət yoxdur. Hətta cinayət niyyəti də yoxdur. Bircə niyyət var. O da bir insanı şərləyib tutmaqdırВ». SƏS YAZISI SÜBUT SAYILA BİLƏRMİ? Əvəz Zeynallının vəkili Elçin Sadıqov isə deyir ki, istintaqın sübut kimi əlində bircə dənə səs yazısı var. Ancaq ondan da sübut kimi yararlanmaq Konstitusiyanın 33-cü maddəsinə görə yolverilməzdir. Vəkilin dediyinə görə, söhbət Gülər Əhmədovanın ərizəsinə əlavə etdiyi diskdən gedir. В«Orda Əvəz Zeynallının rüşvət tələb etməsi eşidilirmi?В» AzadlıqRadiosunun sualına vəkilin cavabı belə oldu: В«Onu biz hələ eşitməmişik. Bu haqda ekspert arayışı var. Yəqin ki, ekspertiza təyin olunacaq. Amma yenə deyirəm ki, bu qanunsuz yolla əldə olunmuş sübutdur. İstənilən şəxsin səsini, son 6 aydakı danışıqlarını götürüb istənilən halda montaj etmək olar. Hətta yeni texnologiyalar əsasında şəxsin səsindən istifadə edərək istənilən ifadəni əldə etmək olur. Bütün hallarda bu şübhəli məsələdir. O məhkəmə qərarı ilə əldə olunsaydı, biz onu real sübut kimi qəbul edərdik. Mən düşünürəm ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır və bunu təxribat sayıramВ». В«ŞÜBHƏLİ MƏQAMLARA GÜLƏR ƏHMƏDOVA AYDINLIQ GƏTİRƏ BİLƏR, AMMA O DA SUSURВ» В«Femida 007В» qəzetinin redaktoru Əyyub Kərimov belə deyir. Onun fikrincə, Gülər Əhmədova danışmasa belə, onun Əvəz Zeynallı ilə üzləşməsi qaçılmazdır. Və bu, hüquqşünaslara fikir deməyə imkan yaradacaq. В«İndiliksə suallar çoxdur, danışansa bir tərəfdirВ». Redaktor ona da diqqət çəkir ki, istintaqı Korrupsiyaya qarşı Mübarizə İdarəsi kimi ciddi qurum aparır. Və idarə ciddi dəlil-sübut olmadan çətin həbs aparsın: В«Guya hansısa yazının getməməsi üçün pul tələbi qoyulub. Mən deyə bilmərəm Gülər Əhmədovanın əlində nələr var. Ancaq beləydisə pul niyə götürülmürdü? Adətən pul tələb edən daha çox zəng edir. Biz hələ də bilmirik söhbət hansı şantajdan gedir. Gülər Əhmədova deputatdır. Onun şəxsi həyatı da cəmiyyətə maraqlıdır. Bu da sual doğururВ». Deputat Gülər Əhmədovanın Kiprdə olduğu bildirilir. O, oktyabrın 31-də В«FacebookВ» səhifəsində yazıb ki, suallara bir qədər sonra ona yaxın olan В«merkez.azВ» saytında cavab veriləcək. Hələ ki, cavab yoxdur...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28 |
|
|
|
| • Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08 |
|
|
|
| • Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57 |
|
|
|
| • "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42 |
|
|
|
| • "Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38 |
|
|
|
| • "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34 |
|
|
|
| • "Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26 |
|
|
|
| • İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21 |
|
|
|
| • Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09 |
|
|
|
| • AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04 |
|
|
|
| • Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58 |
|
|
|
| • Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42 |
|
|
|
| • ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34 |
|
|
|
| • İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28 |
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Dünən, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31 |
|
|
|
|