Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                 

Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal... - Həbs dalğasında növbədə kimlərdir?
Tarix: 14-05-2015, 08:35 | Çap et
Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal...
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin istefaya getməsi ətrafında yaranan suallar yavaş-yavaş öz cavabını tapmaqdadır. Son günlər В«iş adamı kimi tanınanВ» bir sıra şəxslərin həbs olunması C.Hacıyevin ətrafında çevrəni daraltmaqla yanaşı, onun ölkənin ən böyük bankından uzaqlaşdırılmasının səbəblərini ortaya çıxarır. İstefasından sonra, onun guya, başqa bir yüksək vəzifəyə təyinat alacağına dair gümanlar puça çıxdı. Cahangir Hacıyevin bundan sonra, həbsdən qurtula bilməsi onun üçün yeganə ən yaxşı perspektiv ola bilər.

Analitik.az-ın məlumatına görə, son günlərin qalmaqallı həbsləri bilavasitə Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrü və fəaliyyəti ilə bağlıdır. Əvvəlcə Dövlət Bayrağı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun ətrafında yaranan qalmaqal və hüquq-mühafizə orqanının araşdırmaları paralel olaraq C.Hacıyevin də karyerasında məhvedici faktların ortaya çıxmasına zəmin yaradıb. Özəl mənbələrin məlumatına görə, R.Məmmədovun Nazirlər Kabineti yanında İdarə rəisliyindən çıxarılmasına səbəb təkcə çoxmilyonlu yeyintilər və işində yol verilən qanunsuzluqlar deyilmiş. R.Məmmədovun işdən çıxarılması və ətrafının bu cür silkələnməsi onun anasının erməni olması ilə bağlı açıqlanan məlumatlarla da tam bağlı olmayıb. R.Məmmədov himayədarına arxalanaraq, yuxusunda belə görə bilmədiyi o qədər В«uzağa gedib çıxıbВ» ki, onu o yoldan qaytarmaq üçün başqa yol qalmayıb…

Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal...

Analitik.az-a daxil olan xəbərlərə görə, son günlər dələduzluq və ictimai əmlakın talanması ittihamları ilə həbs olunan iş adamlarının barəsində araşdırmalar əslində bir neçə həftə əvvəl başlanılıb. Bu araşdırmaların başlanmasına 2 əsas versiya irəli sürülür. Bunlardan biri məhz Rəşad Məmmədovun ailəsindən В«qaynaqlananВ» məlumatlarla bağlıdır. Məhz R.Məmmədovun В«diqqət mərkəzinəВ» gəlməsindən sonra, onun əlaqəli olduğu şirkət(lər)in Beynəlxalq Bankdan götürdüyü və mənimsənilən pulların araşdırılmasına başlandığı bildirilir.

Digər, daha tutumlu versiya isə bilavasitə keçmiş bankir Cahangir Hacıyevin öz fəaliyyəti ilə bağlıdır. Məlumata görə, manatın devalvasiyası ərəfəsində C.Hacıyev və komandası В«çox fəalВ» hərəkət ediblər. Mətbuatda hallanan milyardlarla manat pulun ələ keçirilməsində C.Hacıyevçilərin В«devalvasiya fəallığınınВ» da rolu olduğu bildirilir. Yəni, söhbət təkcə Beynəlxalq Bankdan götürülərək qaytarılmayan və В«batırılanВ» kreditlərdən getmir. 21 fevral ərəfəsində В«dollar ajiotajındaВ» qazananın elə Cahangir Hacıyev olduğuna dair məlumatlar var.

Bu məlumatların ən yüksək səviyyədə məruzə olunduğu və məhz ən yüksək səviyyədən heç bir güzəştsiz, sərt tədbirlərin görülməsinə qəti göstəriş verildiyi bildirlir.

C.Hacıyevin ətrafında, onun himayəsində olan şirkətlərin fəaliyyətinin yoxlanmasına 1 aya yaxın vaxt sərf olunub. Bütün maxinasiyalar, В«devalvasiya möhtəkirlikləriВ» qovluqlara salınıb. Bilavasitə işin içində olan ilkin mərhələdə 25-dən artıq şəxsin məsuliyyətə cəlb edilməsinə əsaslar müəyyənləşib. Hələ adları açıqlanmayan, Beynəlxalq Bankdan pul götürən və bank vasitəsilə çoxmilyonluq dövriyyələri olan şirkətlərin hamısının fəaliyyəti təftişə alınıb. Yüzlərlə daşınmaz əmlak sənədlərinə baxış keçirilib, C.Hacıyevə yaxın В«məmur-binesmenlərinВ» fəaliyyətinə qiymət verilib. Adi mənzillərdə on kiloqramlarla qızıl-zinət əşyalarının, mülk sənədlərinin saxlanc yerləri müəyyənləşib… Bir sözlə, böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal aşkarlanıb…

Keçmiş icra başçısı və iş adamlarının həbsi, növbədə kimdir?

Bütün araşdırma tədbirləri maliyyə maxinasiyalarının, yeyntilərin son ünvanının Beynəlxalq Bankın sabiq rəhbərinə apardığını göstərir. Bankın İdarə Heyətinin sədri kimi təminatsız və heç bir ciddi biznes-layihə ilə əsaslandırılmayan yüzmilyonluq kreditlərin verilməsinə məhz C.Hacıyevin məsul olduğu şübhəsizdir…

Bir neçə gündür ki, bəzi mətbu orqanlarının himayəçisini В«axtardığıВ» Rəşad Məmmədovu Dövlət Bayrağı Meydanı İdarəsinə də, yüzmilyonluq dövriyyəsi olan şirkətə gətirib çıxaran da Cahangir Hacıyevin olduğu deyilir. Həbs olunan, В«metanol NizamiВ» kimi tanınan N.Piriyev isə son illərdə C.Hacıyevin əsas biznes proyektlərinin icraçısı və formal rəhbəri olub. Şəkinin keçmiş icra başçısı Murad Cabbarlının, В«AzərinşaatВ» MMC-nin direktoru Mehdi Əliyevin də C.Hacıyevin kurasiyasında olan biznes sahələrinə rəhbərlik etməsi sirr deyil.

Hacı İbrahim Nehrəmlinin DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) dindirilməsinə dair xəbərlər həbs dalğasının davam edəcəyini təsdiqləyən faktordur. Keçmiş deputat Dünyamin Xəlilovun da sıradan В«iş adamıВ» olmadığı və 3 milyonluq kreditə görə yada düşmədiyini düşünmək olar. C.Hacıyevin В«pambıq imperiyasıВ»nın digər simaları da yəqin ki, yaddan çıxarılmayıb, onlara da növbə çatacağı gözlənilir…

Manatın ucuzlaşmasından xeyir götürənlər

Hər kəs Beynəlxalq Bankdan götürülmüş və mənimsənilən kreditlərə görə sorğu-suala çəkilərkən, keçmiş baş bankirin bu sorğu-sualdan kənar qalacağı məntiqsiz olardı. BMCQMİ-də dindirilməsi bildirilən 25-dən artıq В«talançıВ»nın hamısının C.Hacıyevə birbaşa çıxışı olmasa da, onlar - bəziləri birbaşa özləri, bəziləri də üst patronları vasitəsilə Hacıyevin çevrəsində təmsil olunanlardır. Söhbət milyardlarla manat pulun mənimsənilməsindən, В«devalvasiya möhtəkirliyindənВ», bununla da ölkənin iqtisadi sisteminə təsir edən maliyyə fırıldaqlarından gedirsə, kimsəyə güzəşt olunacağını düşünməyə dəyməz. Hələlik isə Cahangir Hacıyevin ətrafındakı dairə tam qapanmayıb…

BMCQMİ-dən ifadə verdiyi bildirilən yeni isimlər eşidəcəyik…Məlumata görə maxinasiyaların və subyektlərin dairəsi o qədər genişdir ki, müstəntiqlər işi aparmağa vaxt çatdıra bilmirlər... Hər gün isə yeni faktlar çıxır... Bu arada Nərimanov rayon məhkəməsinin darısqal dəhlizli, köhnə təmirli binası Azərbaycanın son 10 ildə В«çiçəklənənВ» biznes elitasına В«ev sahibliyiВ» etməkdə çətinlik çəkə bilər…

Hələ C.Hacıyev özü şəxsən bu binaya təşrif buyurarsa…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
Bu gün, 12:46
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru