Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                 

Hərbi xidmət əlilindən İcra Hakimiyyətinə ittiham - “33 ildir evimi vermirlər”
Tarix: 8-05-2019, 09:17 | Çap et
Hərbi xidmət əlilindən İcra Hakimiyyətinə ittiham
Şabran sakini, II qrup əlil Elxan Şeydayev 33 ildir ki, güzəştli mənzil növbəsindədir.

Növbəsini illərlə gözləyən və tam hədəfə çatacağı bir zamanda naməlum səbəbdən ev növbəsi pozulur. Bunu əsas gətirən Şabran Rayon İcra Hakimiyyəti II qrup əlili 33 ildir ki, gözü yolda və evsiz qoyub.Bu iddia ilə “Cümhuriyət” qəzetinə müraciət edən Elxan Şeydayev probleminə cavabdeh olan Şabran Rayon İcra Hakimiyyətinin onun mənzil növbəsinin bərpa edilməsi öhdəliyindən hələ də yayındığını dilə gətirib.

1986-cı ildə mənzil üçün müraciət edən hərbi xidmət əlili 6 il sonra Şabran şəhərində güzəştli mənzil növbəsinə götürülüb. 1990-cı ildə mənzil növbəsində 7-ci, 1993-cü ildə isə 5-ci şəxs olub.Mənzil növbəsinin bərpası üçün dəfələrlə aidiyyati instansiyalara üz tutub və rəsmi müraciətlər edib.Amma 2007-ci ildə Şabranda yenidən güzəştli əhali üçün mənzil növbəsi yaradılıb.Onun növbəsi isə naməlum səbəbdən pozulub.Məcbur qalan Elxan Şeydayev 2012-ci ildə mənzil üçün daha bir müraciət edib. Bu dəfə o, növbədə 168-ci şəxs olub:

“Hərbi xidmət əlili kimi 33 ildir ki, mənzil növbəsindəyəm. 26 il əvvəl güzəştli mənzil növbəsində 5-ci şəxs olmuşam. Şabran Rayon İcra Hakimiyyəti növbəmi qəbul etmirdi. Baxmayaraq ki, dəfələrlə icra hakimiyyətinə bununla bağlı rəsmi sənədlər təqdim etmişəm. Sonrakı illərdə uzun müddət növbəmi tanımadılar. Bu səbəbdən də məcbur qalıb məhkəməyə üz tutdum.Təxminən 3 il əvvəl Şabran Rayon İcra Hakimiyyətinin başçısının birbaşa məsləhəti ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi mənim mənzil növbəmi təsdiqləyib və öhdəliyi Şabran Rayon İcra Hakimiyyətinin üzərinə qoyub.1993-cü ildə Şabran Rayon İcra Hakimiyyəti tərəfindən mənə verilən arayışlarda da göstərilir ki, həmin ildə mənzil növbəsində 5-ci şəxs olmuşam.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarından sonra iddiaçı tərəf, yəni Şabran Rayon İcra Hakimiyyəti Apelyasiya Məhkəməsinə müraciət edib. Amma Apelyasiya Məhkəməsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni təsdiqləndi ki, mən 1987-ci ildən ev növbəsindəyəm. İndi məsələ açıq qalıb və 4 aydır ki, Şabran Rayon İcra Hakimiyyətindən məktubuma heç bir cavab verilmir. Heç olmasa, cavab verilsin ki, mənzil növbəm tanınıb və ya 3, 5 ilə ev veriləcək. Vətəndaş və əlil olaraq məktubuma cavab almaq haqqımdır”.

62 yaşlı Elxan Şeydayev qəzetimizə müraciətində digər bir məsələyə də toxunub. O, deyib ki, dolanışığın çətinliyi səbəbində ödənişli əsaslarla təhsil alan qızının təhsil haqqını ödəməyə gücü yetmir və bu səbəbdən dövlətdən köməklik istəyir:

“Hazırda müəllim işləyirəm və 371 manat əməkhaqqı alıram. 30 ilə yaxın kirayələrdə qaldım və indi də ev sarıdan çətin durumdayam. Əlil olaraq dolana bilmirəm.Aldığım təqaüd 160 manatdır. Baxmayaraq ki, 40 il iş təcrübəm var. Əməkhaqqım isə kommunal xidmətlərə və dərmanlarıma güclə yetir.

Dövlətdən xahişim odur ki, qızımın təhsil haqqının ödənilməsində köməklik edilsin. Bununla bağlı Birinci Vitse-prezident Mehriban Əliyevaya rəsmi müraciət etmişdim. Xanım isə məktubumu Təhsil Nazirliyinə yönləndirib.Təhsil Nazirliyi isə Səhiyyə Nazirliyinə müraciət etməyimi məsləhət bilib.Çarəsiz vəziyyətdə qalmışam. Dövlət qurumlarının problemdən niyə yayındığını anlamıram. Sağ olsun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Vaxtilə müəyyən qədər mənə köməklik göstərib.Amma evlə bağlı hələ də Şabran Rayon İcra Hakimiyyətinin süründürməçiliyindən qurtula bilmirəm”.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyov “Cümhuriyət” qəzetinə açıqlamasında Elxan Şeydayevin hazırda ev növbəsinə götürüldüyünü və bununla bağlı da şikayətçiyə rəsmi məktib ünvanladıqlarını bildirib:

“Bu köhnə söhbətdir. Vətəndaşa rəsmi məktub göndərilib və bildirilib ki, o rəsmi ev növbəsinə götürülüb. Əgər lazımdırsa, yenidən bizim ümumi şöbə ilə əlaqə saxlasın və təkrar məktub göndərilsin ”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru