Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                 

“Qan pulu” ilə bağlı iki məhkəmənin fərqli qərarı - şəhid ailəsi nədən narazıdır?
Tarix: 22-04-2019, 08:37 | Çap et
“Qan pulu” ilə bağlı iki məhkəmənin fərqli qərarı
Şəhid ailələrinin “qan pulu” məsələsində məhkəmələrin fərqli qərarlar verməsi narazılıq doğuran məqamlardandır. Şəhid Vüqar Cavanşir oğlu Niftalıyevin bacısı Lətifə Məmmədovanın səlahiyyətli nümayəndəsi Arif Məmmədli deyir ki, prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana qısa müddətdən sonra dəyişikliklər edib:

“Bu dəyişikliklərlə ölkə başçısı vaxtilə simvolik məbləğdə müavinət almış şəhid ailələrinə də 11 min manat civarında birdəfəlik ödəmənin verilməsini rəsmi olaraq qərarlaşdırdı. Şəhid ailələrini get-gələ salan, onları incidən məmurların bir bəhanəsini də əllərindən aldı. Təəssüflər olsun ki, cənab prezidentin bu məsələyə həssas və net yanaşmasından sonra da bəzi məmur və hakimlər absurd qərarlar verirlər.

Şəhid Vüqar Niftalıyevin vərəsələrinin birdəfəlik ödəməni almaq hüququ Fərmandakı dəyişiklikdən əvvəl tanınıb. Birdəfəlik ödəməyə hüququ yaranan şəhid vərəsələrinin notariat konturuna təqdim edəcəkləri sənədlərin siyahısı da verilib və sonda belə bir qeyd var: ”Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s".

A.Məmmədli deyir ki, bu qeyddən məhkəmələrdə şəhid ailələrini get-gələ salmaq üçün sui-istifadə edilir: “Az qala dil açıb ”mən şəhidin atasıyam, anasıyam, qardaşıyam, bacısıyam" deyən sənədləri nəzərə almayıb, onların varis olmadığını sübut etmək üçün “fakt” axtarırlar. Bu, süründürməçilikdir, ötür-ötür oyunudur. Bəzi hakimlər istəyirlər ki, hər kəs fərdi qaydada prezidentə müraciət etsin. Əgər hamı prezidentə müraciət edəcəksə, bəs sizin işinizin adı nədir".

A.Məmmədli deyir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayeva prezidentin imzaladığı məlum fərmanı sanki heç eşitməyib: “Nümayəndəsi olduğum Lətifə Məmmədova bu il fevralın 8-də doğum akt qeydinin bərpa edilməsi haqda Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etdi. Ərizəçinin şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamələrin (ata və anasının, şəhid qardaşının), Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən və yaşayış yerindən verilən arayışların, məcburi köçkün vəsiqəsinin surətləri də məhkəməyə təqdim olundu. Bildirişi gec almağımız səbəbindən işin 25 fevral 2019-cu il tarixdə keçirilən hazırlıq iclasında iştirak edə bilmədik. Martın 27-nə təyin olunmuş məhkəmə prosesində isə iddiaçı ilə bərabər şahid kimi mən də iştirak edirdim. Hakim nikahın bağlanması haqda şəhadətnamənin əslini nəzərdən keçirsə də, iş materiallarına əlavə etmədi. İşin mahiyyəti üzrə onsuz da iddia ərizəsində öz əksini tapan, yəni məlum faktlara dair 2-3 primitiv sualla, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə almadan 5-6 dəqiqə çəkən prosesi yekunlaşdırdı və növbəti məhkəmə iclasının aprelin 19-da keçirilməsi barədə qərar qəbul etdi. 19 apreldə baş tutan məhkəmə iclasında etibarnamə ilə ərizəçini mən təmsil edirdim və əlavə sübutlar gətirmişdim. Eyni zamanda, iddiaçını və onun ailə üzvlərini yaxından tanıyan şahidlər ifadə vermək üçün hakimin dəvətini gözləyirdilər. Şahidləri dinləməyən hakim bizimlə bir kənddən olan 4 nəfərin iştirakı ilə tərtib olunaraq imzalanan və ərazi üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiqlənən aktı da sübut kimi nəzərə almadı. Sübutları təqdim etmək cəhdimə hakim susmaqla cavab verdi və heç bir sübutu iş materiallarına əlavə etmədi. Şahidlərin ifadə verməsi haqqında vəsatətimə də etinasız yanaşdı. Müddəti əvvəlki məhkəmə prosesindən də az, uzağı 3-4 dəqiqə çəkən məhkəmə prosesini tələm-tələsik yekunlaşdırıb məşvərətə getdi və qısa fasilədən sonra qayıdaraq ərizənin təmin edilmədiyini qət etdi və müraciətimizi təmin etmədi. Məncə, hakim, sadəcə, əvvəlcədən hazırladığı qərarı açıqladı. Çünki məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət vermədən əsaslandırılmış ədalətli qərar çıxara bilməzdi. Bu, 2-3 dəqiqə ərzində nəinki hüquqi, heç fiziki baxımdan da mümkün deyildi. Məsələ ondadır ki, şəhidin digər bacısı da ”doğum akt qeydinin bərpa olunması" tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət edib və ərizə 12 mart 2019-cu il tarixdə hakim Günay Həşimovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təmin olunub. Ortaya məntiqi bir sual çıxır. Necə olur ki, eyni kənddə, eyni ata-ananın ailəsində doğulan iki bacıdan (təvəllüd fərqləri ilə) birinin “doğum akt qeydi” təmin olunur, digərininki yox?! Axı hər 2 hakim eyni qanunlara istinad edir və hər ikisi Azərbaycan Respublikasının adından qətnamə çıxarır. Deməli, insan faktoru qanundan önə keçib. Bütün hallarda hakimlər qanunun aliliyinə əməl etməklə yanaşı, vicdanlarının səsinə də qulaq asmağa borcludurlar. Nəsimi Məhkəməsinin hakiminin ədalətsiz qərar verdiyinə əminəm. Şəhidin “qan pulu” ilə mübahisələnən kiçik bir mülki işdə hakimin “qalib gəlməsi”ni də heç arzulamırdım".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru