Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                 

Şamaxı sakinləri imdad diləyir - FOTOLAR
Tarix: 27-07-2017, 10:11 | Çap et
Şamaxı sakinləri imdad diləyir
.. Bu yerin adı da özü kimidir - Keçməddin. Nə keçmək olur, nə keçilən yolu var, nə də keçməyə cığır qoyublar. Allahın ümidinə qalmış bu kənd Şamaxıdan təqribən 25 kilometr aralıda yerləşir.


Sözlə təsvir olunacaq deyil, gərək Keçməddinə gedəsən, o məşəqqəti yaşayasan, onda camaatın nə çəkdiyini anlayarsan.
Amma Şamaxı Rayon İcra Hakimiyyətinin kondisionerli kabinetlərində oturmuş səlahiyyətli şəxsləri nə bu kəndin yolunu tanıyır, nə bir dəfə ayaq basıb. Əgər bircə dəfə “UAZ”la Keçməddinə keçsələr, bir sutka bu kənddə yaşamazlar, qaçarlar.
Keçməddinin fədakar sakinləri isə illərdir ki, yurd-yuvasında zülm-zillət, sel-daşqınla üzbəüz yaşayırlar. Elə buna görədir ki, kəndin yarısı məcburiyyət qarşısında Keçməddini tərk eləməli olub.


O Keçməddini ki, ermənilər Şamaxıda kütləvi qırğınlar törədəndə bu kəndə keçə bilməyiblər. Sakinlər danışırlar ki, ermənilər kəndə hücum etmək istəyəndə geri qayıtmağa məcbur olublar.


Rəvayətə görə, ermənilərin kənddə qabaqlarına çıxan iri daşlar qaranlıq vaxtı gözlərinə insan cildində görünüb, geri dönüb arxaya baxmadan qaçıblar. O vaxtdan bəri kəndə “keçmədim” deyiblər, elə buna görə də adı Keçməddin qalıb.
İndi isə Şamaxının icra başçısı Asif Ağayev, onun 1-ci müavini, rayonun başının bəlasına çevrilmiş Qasım Qasımov Keçməddin sakinlərinin dərd-sərinə əncam eləmir.


Onların dediyinə görə, kəndə sel gəlir, həyətləri basır, mal-heyvanı aparır, təsərrüfatı məhv edir, heç bir tədbir görülmür. Sonuncu belə güclü sel mayın 16-da gəlib. Kənddə kiminin mal-qarası, kiminin ot tayaları, kiminin bağ-bostanı gedib.
Təxminən üç aya yaxın vaxt keçsə də, nə bu keçilməz Keçməddin yolu düzəldilir, nə də bəndbərkitmə işləri görülür. Bizi bu kəndə gətirən “UAZ” olmasaydı, əsla Keçməddindəki mənzərə ilə tanış ola bilməzdik.


Kənd sakini Bilal Əmrahov Bilas oğlu deyir ki, gözünü bu kənddə açıb və 70 ildir Keçməddində yaşayır: “45 il bu kəndin məktəbində müəllim işləmişəm, ayda 100 manat maaş almışam.


Əlimizin zəhməti ilə yaşamışıq. Atam müharibə əlili olub. Bizə həmişə hörmət olub. İndi sözümüzü eşidən yoxdur. Mən bu ölkənin təhsilinə xidmət göstərmişəm".


Bilal kişinin sözlərinə görə, mayın 16-da gecə sel gələndə mal-qara, ot tayaları gedib: “Bir ay icra hakimiyyətinə gedib-gəldim, dedilər, təbii fəlakətdir, nə edə bilərik?


Hələ bir əllərini ciblərinə salıb silkələyirlər ki, pulumuz yoxdur, kömək edə bilmirik. Birinci müavin Qasım Qasımov deyir ki, pulumuz yoxdur, kömək edə bilmirik. Deyirlər ki, gözləyin. Sel suları gəlir, bizi evimiz qarışıq aparacaq, necə gözləyək?!
Bu adamlar sovet dövrünün qalıqlarıdır, indi də kələyimizi kəsirlər, iliyimizi gəmirirlər. Mən 4 əsgər yetişdirmişəm. Ancaq Şamaxı icra hakimiyyətinə gedirəm, mən yaşda adamı ələ salırlar.


Görəsən, ordakıların uşaqları bu zülmə dözərmi? Hər seçkidə 10 nəfər ailə üzvümü aparıram, onda bizi sayırlar, indi niyə saymırsız?"


B.Əmrahov Fövqəladə Hallar Komissiyasına dəfələrlə zəng edib: “200 manatlıq konturum getdi. Hər dəfə dedilər ki, dayı, şikayətinizi icra hakimiyyətinə ünvanlamışıq. İcra hakimiyyəti də baxmır, deyir ki fövqəladə hallara yollamışıq.
O gün də bir məktub gəlib, guya icra hakimiyyətində komissiya təşkil olunub, baxış keçirilib. Amma vəsait yoxdur. Uçqun gəlir üstümüzə, bu zəngin dövlətin pulu yoxdur kömək eləsin biz sakinlərə?!


Mayın 16-də gecə elə güclü yağış var idi ki, sel gəldi, işıqlar kəsildi, heyvanları apardı, ot tayalarımız getdi, toyuq-cücəmiz qalmadı.


Bir özümüz qalmışıq, sel bir dəfə də bizi aparacaq. 3-4 il qabaq da sel gəlmişdi. Aidiyyəti qurumdan gəlib baxdılar, ölçüb-biçib, dedilər ki, evinizə təhlükə yoxdur.


Amma indi gəlib baxmırlar. Mayın 16-da sel gələndən quru yerlərdə yatmaqdan nəvələrimin böyrəkləri ağrıyır. Bu uşaqları necə sağlam böyüdüb əsgərliyə göndərək?"


Şikayətçi bildirir ki, ya Şamaxıda ev versinlər, ya yol açsınlar: “Heç olmasa gəlib bənd atsınlar, onu da eləmirlər. 3-4 il qabaq 1 güclü sel gəlmişdi, 20 sota yaxın torpağımızı yudu apardı, 14 min manat zərər dəydi.


Bostanımızı, bağımızı apardı, 20 qoz ağacımız, tut, əncir ağaclarımız, 25 yeşik arımız getdi. Bizə dedilər ki, sığortanız yoxdur, heç nə verə bilmərik. Görəsən, bu ölkədə bizim nəyimizin sığortası var?


Mehriban xanım Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə də yazmışıq, amma cavabı gəlmir. Bəlkə də poçtdan məktublar çatmır.


Cəmi bir dəfə icradan cavab yazılıb ki, vəsait yoxdur. Çayın da ağzı dolur, sel dəhşət olur. ARB TV də çəkmişdi, heç bir tədbir görmədilər.


Qara bulud gələn kimi canımızı dişimizə tuturuq. Bu kənddə 32 ev var. Demək olar ki, onun 15-də yaşayış yoxdur. Hamı qaçır, gedir. Mən niyə getməliyəm?


Oturub evimdə təsərrüfatımı saxlayıb yaşamaq istəyirəm. Rayona çıxırsan, heç bu kəndin adını bilən yoxdur. Təsəvvür edin ki, 90-cı illərdə kəndə bir avtobus işləyirdi, o da yoxdur. Həmin avtobus bu gün toyuq hinidir".


Kənd sakini Nüşabə Qocayeva danışır ki, Keçməddində qaz yox, yol yox, şərait yox: “Meşələr Şahdağ Milli Parkının balansına keçib. Evlərimizi qızdırmağa odun da tapmırıq. Sağ olsunlar, ”əziyyət" olub onlara, heç olmasa işıq verirlər.


Yaxşı ki, su bulaqdan gəlir. Allahın bizə yazığı gəlib. Hər dəfə yağış yağanda məktəb olmur, uşaqlar dərsə gedə bilmirlər. Uşaqlar deyir ki, məktəbdə 15 müəllim, üç şagird var. Dünyanın hansı məktəbində 3 şagird təhsil alır?"


N.Qocayeva bildirir ki, sabah yağış yağsa, təzə çəkdikləri yoldan heç tank da keçə bilməz: “Texnika göndərəndə də rüsvayçılıq olur, yanacaq pulunu bizdən alırlar. Bu boyda varlı dövlətin pulu yoxdur ki, texnikanın yanacağını versin, biz kasıb-kusubdan pul alırlar”.


N.Qocayeva deyir ki, Şamaxıda zəlzələdən sonra yarımdağınıq vəziyyətdə olan evdə yaşayır: “Uşaqları oxutmaq üçün məcbur orda qalırıq. Kəndin yollarına görə burda yaşamaq olmur.


O ev də bu gün-sabah başımıza uçacaq, Allahın ümidinə yaşayırıq. Sosial müavinət alırdım, onu da kəsiblər. Əgər aparıb “haqq” versəm, onda yenə müavinət ayrılar. Belə acınacaqlı vəziyyətdə yaşayırıq".


12 yaşlı Qocalı Orxan da rayon rəhbərliyinin laqeydliyindən zərər çəkib. Orxan uçqunda yıxılıb və xəsarət alıb. Kənd sakinləri deyir ki, Şamaxı RİH-dəki məmurlar öz övladlarını bu şəraitdə yaşamağa qoymazlar.


70 yaşlı, tək yaşayan Əntiqə Allahverdiyeva da sel gələn gün möhkəm qorxub. Qonşunun ağacları onun damına düşüb. Qadın deyir ki, şəkər xəstəliyindən əziyyət çəkir, aldığı pensiya heç dərmanlarına çatmır. Kəndin yolu da fəlakət içindədir və vaxtında həkimə gedə bilmir. Əntiqə xala gözləyir ki, yerdə qalan ömrünü Keçməddinin keçərli yolları ilə gedib-gələcək.


Həmyerlisi Rauf Allahverdiyev isə xahiş edir ki, sel gələn yerlərə bənd vurulsun, insanlar qorxu-hürküsüz, rahat yaşaya bilsinlər. Keçməddin sakinlərinin bundan sonra tək ümidi dövlətdən, prezident İlham Əliyevdən dəstək görməkdir.
Onların sözlərinə görə, bu qədər müraciətə baxmayaraq Şamaxının icra başçısı A.Ağayev və rayonda hegemonluq edən 1-ci müavin Q.Qasımov heç bir kömək göstərmək niyyətində deyil. Odur ki, ümid ölkə rəhbərliyinin göstərişinə qalıb.
Keçməddinlilər isə keçilməz kəndin yollarına intizarla baxırlar, uzaqda maşın görünəndə ümidlənirlər, bəlkə rayon rəhbərliyindən kimsə gələr, kömək edər...


Amma hər dəfə məlum olur ki, kənddə dükan olmadığına görə gələn o “UAZ” Şamaxı bazarından yavanlıq alan yerli adamları gətirir - uçqunun üstünə...


Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir
Şamaxı sakinləri imdad diləyir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru