Bura UNEC deməyib, UNO da göndərsələr, xeyri yoxdur... - PROBLEM VAR
Tarix: 6-05-2016, 08:39 | Çap et
 Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən Şəmsəddin Hacıyevin çıxarılması orada bir çox dekan və vəzifəli şəxslərin işini itirməsinə gətirib çıxardı. Bu kadr dəyişməsi onunla izah olundu ki, universitetdə şəffaf mühit yaratmaq vacibdir, dekanlar bu səbəbdən işdən çıxarılır. İndi aradan iki ilə yaxın müddət keçməsi şərtləndirir ki, rektor Ədalət Muradov ADİU-da hansı uğurlara imza atıb,fikirləri irəli sürülsün.
Hamı bilir ki, yaxın bir ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası ADİU kimi yazılırdı. Hazırda abreviatura UNEC-lə əvəzlənib, bu düzdürmü?! Allah xatirinə, səhvlərə bəraət qazandırmaq üçün bircə deməyin ki, bunu beynəlxalq brendin qaydalarına uyğunlaşdırmaq üçün etmişik. Həmin təqdirdə qayıdıb deyərlər ki, brend olmaq istəyirsinizsə, tələbələrin bilik səviyyəsini qaldırın, universitetdə rüşvəti yığışdırın. Belə demək mümkündürsə, universitetin rektoru Ədalət Muradov dünyada gedən təhsil proseslərində kül halında iştirakını əməli sübutu olan işi ilə həyata keçirib, fərqlənə və bu səbəbdən ADİU-nu brend edə bilərdi. Hazırki halda UNEC heç nəyi dəyişmir,desək yanılmarıq. Yəni, dünyada öndə olan iqtisadi universitetlərin sırasında yer almaq istəyiriksə, təhsilin keyfiyyəti dəyişib ADİU-da ilk növbədə şəffaflıq təmin olunmalı idi. Bununla bir çox universitetlərin həm tərəf müqabili olar, həm də kadr yetişdirilməsi baxımından tərəfimizə çəkə bilərdik. Belə deyək, müasirlik adın, geyimin, həyat tərzinin yeni qaydalarla nizamlanması olmadığı kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturası UNEC-lə əvəzlənməsi də heç nəyi dəyişmir.
Biraz əvvəl qeyd etdiyimiz kadır məsələlərinə gəlincə deməliyik ki, ADİU-da Beynəlxaq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mansur Barxudarovla əvəzləndi. Faktinfo.az saytının əldə etdiyi məlumatlardan aydın olur ki, BİM fakültəsinin dekanı xüsusi göstəricilərinə görə deyil, Ədalət Muradovun tələbə yoldaşı olduğu səbəbi ilə universitetin aparıcı fakültəsinə dekan təyin olunub. Eləcə də, Biznes İnzibatçılığı fakültəsinə Zülfüqar İbrahimov, Maliyyə və Uçot fakültəsinə Gəray Musayev, Kommersiya fakültəsinə Mirağa Əhmədov dostluq, yaxınlıq münasibətləri əsas götürülərək dekan təyin olunublar.
Saytın əldə etdiyi məlumatlarda o da əksini tapır ki, bir çox dekanların işdən çıxarılmasına rəğmən yerliçilik baxımından Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanov, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov və başqaları vəzifələrini qoruya biliblər. Hətta, bəziləri daha irəli çəkilib. Məsələn, Magistratura Mərkəzinin direktoru vəzifəsinə Qabil Manafov təyin edilib. Buna qədər Qabil Manafov Kommersiya fakültəsinin dekanı olub.
Distant Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor vəzifəsini hazırda rektora yaxın şəxs icra edir. Bütün bunlar ona görə edilib ki, “ev bizim, sirr bizim” prinsipinə əsaslansın, universitet daxilindəki informasiyalar kənara çıxarılmasın. Amma göründüyü kimi, elə olmadı və bu gün ictimaiyyət bilir ki, ADİU-da Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rüşvət “mexanizmi”nin başında dayanır. Bütün qaranlıq işlərin “qəbulu” və “emalı” məsələlərini uğurla icra edir. Universitet daxili sessiya imtahanları tələbələrə demək olar ki, dərs müddəti dövründə əlavə ballar yazılmaqla imtahanlara qədər yekunlaşdırılır. Universitet daxili qiyabidən əyani şöbəyə tələbənin keçirilməsi 3000 manat, dövlət imtahanlarının qiyməti 3000-5000 manat aralığında dəyişirsə, ADİU-nun UNEC-lə əvəzlənməsi nəyi dəyişəcək?! Və yaxud, semest imtahanları tələbəyə 1000-1500 manata başa gəlirsə, Dərbənd filialından tələbələrin universitetə “perevodu” 30-35 min manat səviyyəsində müəyyənləşibsə və 15-20 fənn imtahanından biri üçün tələbə 800 manat civarında ödəməlidirsə, beynəlxaq brend olmaq bu qədər asandırmı?! Qəribəsi də odur ki, bu işlərə Damət Bağırov rəhbərlik edir. Yəqin, o zənn edir ki, ictimaiyyət bir müddət əvvəl Dərbənd filialının özünü asaraq intihar etdiyi müəlliməsi Minə xanım və onun ətrafında cərəyan edən hadisələri unudub. Hesab edirik ki, fikirlərimizi uzatmaq, bu barədə uzun-uzadı danışmaq olar. Amma qəbul edək ki, hər şeyin ictimailəşməsini gördükdən sonra Ədalət Muradov Damət Bağırovu da prorektorluqdan uzaqlaşdıracaq, sükan arxasına Eldar Azadov keçəcək. Təki, biz yanılmış olaq. Fuad İsgəndərov Faktinfo.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07 |
|
|
|
| • Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00 |
|
|
|
| • AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56 |
|
|
|
| • Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47 |
|
|
|
| • “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36 |
|
|
|
| • İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31 |
|
|
|
| • “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09 |
|
|
|
| • Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05 |
|
|
|
| • İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59 |
|
|
|
| • Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47 |
|
|
|
| • Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
| • Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41 |
|
|
|
| • İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35 |
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32 |
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
|