Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                 

AMİP PREZİDENT SEÇKİSİNƏ NAMİZƏD ÇIXARIR
Tarix: 16-09-2011, 14:13 | Çap et
AMİP PREZİDENT SEÇKİSİNƏ NAMİZƏD ÇIXARIR

MİLLİ İSTİQLALÇILAR İP-LƏ NİYƏ ANLAŞA BİLMƏYİB?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin APA-ya müsahibəsi

- Müalicə olunurdunuz, hazırda səhhətiniz necədir?
- Mənim hərəkətimlə bağlı problem vardı, onurğa sütunumda yırtıq əmələ gəlmişdi. Almaniyada əməliyyat keçirdim. Hazırda səhhətim yaxşıdır, özümü əla hiss edirəm.

- Siz müalicə olunduğunuz vaxtda bəzi partiya yetkililəri, o cümlədən Əli Orucov AMİP-in fəaliyyətində qüsurlar olması barədə açıqlamalar verdi. Doğrudan AMİP-də axsamalar var?
- AMİP Nizamnaməsinə uyğun olaraq kollegial bir təşkilatdır. Bizdə hər şey şəffafdır, bütün qərarlar kollegial qaydada qəbul olunur. Siz deyənlər partiya funksionerlərinin mövqeyidir. Mən partiya sədri olandan sonra AMİP-də vəziyyət dəyişib, partiyada böyük canlanma var idi. Bu ilin təxminən ortalarına yaxın AMİP İctimai Palatada fəaliyyətini dayandırdı, həmin vaxt mənim səhhətimdə problem yarandı, müalicəyə getdim, yay mövsümü idi və s. Bütün bu amillər partiyamızın fəaliyyətinə təsir etdi, həqiqətən də axsamalar vardı. Amma indi hər şey qaydasına düşüb, partiya fəaliyyətini əvvəlki axarla davam etdirir. Gördüyünüz kimi, işə çıxan kimi partiya funksionerləri ilə İsveçə səfərim oldu. Sonra, İran səfirliyinin qarşısında piket keçirdik. Bundan sonra da proqram çərçivəsində AMİP fəaliyyətini davam etdirəcək, partiyanın iclasları vaxtı-vaxtında keçiriləcək.

- AMİP funksionerlərinin partiyanın fəaliyyətində axsamalar olduğunu deyərkən bunun əksini iddia edənlər də vardı. Məsələn, AMİP-in baş katibi Arzuxan Əlizadə deyirdi ki, partiyada problem yoxdur. Hazırda AMİP-də qruplaşma, ikitirəlik varmı?
- Xeyr, partiyada heç bir qruplaşma yoxdur. Partiyanın Siyasi Şurası var, zəruri məsələlər Siyasi Şurada müzakirə olunacaq.

- Siz mətbuata açıqlamanızda demisiniz ki, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə bilər. Bu, nə qədər realdır?
- Yox, bu dediklərim sadəcə ehtimaldır. Yəni, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə də bilər, etdirməyə də bilər. Bu, Siyasi Şuranın qərarı ilə bağlı məsələdir. Siyasi Şuranın verdiyi qərarları partiya icra edir. Siyasi Şura İctimai Palatada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bununla bağlı sənəd də qəbul etmişik və nəyə görə iştirakımız dayandırdığımızı orada göstərmişik. Ancaq bəzi üzvlərimiz indi də İctimai Palatada fəaliyyətini davam etdirir. İctimai Palata yeni yaradılmış qurumdur, bizim orada tövsiyələrimiz və bir razılığımız var idi. Razılıq pozulduğuna görə fəaliyyətimizi dayandırdıq. Bir daha deyirəm ki, AMİP məsələlərin həllini təkcə küçə yürüşü və mitinqlərdə görmür. Bununla bağlı İctimai Palatada mənim də, Başqalarının da çıxışları olmuşdu ki, təşkilatlanma işi başa çatmadan, digər zəruri işlər başa çatmadan buna getmək olmaz, bu cür məsələlər hələ tezdir. Biz hələ proqramla çıxış etməli, Nizamnamə qəbul etməliydik. İndi görürsünüz, Palata “yol xəritəsi” hazırlayıb. Bilirsiz, mitinq, yürüş son məqamdır və bunun da modeli, forması var. Beləliklə, bildirirəm ki, AMİP Siyasi Şurası nə vaxt qərar versə, biz İctimai Palatada fəaliyyətimizi davam etdirəcəyik. Partiyada bu məsələ ilə bağlı müxtəlif fikirlər olub, bu gün də var. Amma AMİP-də qərar qəbul olunursa, hər kəs bu qərara tabedir. Bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə oluna bilər. O da ola bilər ki, Siyasi Şura sabah qərar verir və biz yenə də İctimai Palatada fəaliyyətimizi davam etdiririk.

- Deyirsiz ki, bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə olunmalıdır. AMİP İctimai Palatada fəaliyyətini dayandıran vaxt rayon təşkilatlarının konfransı çağırılmışdı?
-Xeyr. AMİP nə İctimai Palatanı təsis edəndə, nə də fəaliyyətini dayandıranda belə konfrans çağırılmamışdı. Amma həmin dövrdə qərarlar Mərkəzi Şuralar arası dövrdə partiyanın qərarverici orqanı olan Siyasi Şura tərəfindən müzakirə olunaraq qəbul edilib. Bir şeyi deyim ki, bizim fəaliyyət istiqamətimizin bir hissəsi partiyanın gücləndirilməsinə yönəldilibsə, digər istiqaməti siyasi partiyalarla əməkdaşlıqla bağlıdır. Məsələn, “Altılar”ın toplantısına da qatıldıq. Onlara dedik ki, biz orda yoxuq, amma fəaliyyətinizi başlayın, görək ortaya nə çıxacaq. Bir blokdan çıx, başqa hərəkata qoşul... Belə olmaz. 2013-cü il yaxınlaşdıqca siyasi müxalifət düşərgəsində qruplaşmalar olacaq. Axır hərə öz yerini tapacaq. Buna heç pis də baxmaq lazım deyil. 2013-cü ilə qədər hələ qarşıda iki il vaxt var. Ola bilsin “Altılar”la İctimai Palata birləşdi. Hər şey ola bilər.

- Bayaq dediniz ki, bizim İctimai Palatada bir razılığımız var idi, razılıq pozulduğuna görə orada fəaliyyətimizi dayandırdıq. Söhbət hansı razılaşmadan gedir?
- Mən küçə yürüşləri və mitinqlərə getməyin tez olduğunu demişdim. Birinci dəfə idi ki, Azərbaycanda siyasi partiyalarla vətəndaş cəmiyyətinin nümayəndələri bir qurumda fəaliyyət göstərirdi. Yəni, İctimai Palata yeni bir model idi. Yeni model də olduğuna görə vaxt lazım idi ki, sənədlər qəbul olunsun. Beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşəndə bizdən sənəd tələb edirdilər ki, sənədinizi ortaya qoyun. Bununla bağlı razılığa gəlmişdik. İkincisi, biz partiya olaraq İctimai Palatanı daha geniş formatda görmək istəyirdik. Məsələn, mənim özümün iki partiya ilə bağlı təklifim olmuşdu ki, onlar İctimai Palatada təmsil olunsunlar. Əvvəl bununla bağlı razılığa gəlmişdik. Sonradan bu razılıq da pozuldu. Mən deyirdim ki, gəlin nisbətən “Açıq qapı” siyasəti yürüdək, bizə qoşulmaq istəyənlər qoşulsun. Bunu da razılaşdırmışdıq, razılaşmamız pozuldu. Ümumilikdə iki razılaşmanın pozulması AMİP-in İctimai Palatada fəaliyyətini dayandırmasına səbəb oldu.

- İctimai Palataya daxil edilməsinə təklif irəli sürdüyünüz partiyalar hansılar idi?
- Adlarını deyə bilərəm, Ümid Partiyası və ADP. Onlar gəlmək istəyirdi. ADP “Ümid”siz gəlmək istəmirdi. “Ümid”i də Palatada qəbul etmək istəmirdilər. Söhbət bu iki partiyadan getmir, başqa partiyalar da gəlmək istəyirdi, sadəcə adlarını çəkmək istəmirəm.

- Siz razılıqlar pozulduğuna görə AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırdığınızı dediniz. Bəs son vaxtlarda hansı dəyişikliklər baş verib ki, partiyanın Palataya qayıda biləcəyini deyirsiniz? Bəlkə İctimai Palatanın aksiyaları dayandıraraq “yol xəritəsi” hazırlaması fikrinizi dəyişdirib?
- Axı biz qayıtmamışıq, hələ gözləmə mövqeyindəyik. Görürsüz ki, küçə mitinqləri, yürüşləri dayandırıldı, “yol xəritəsi” hazırlanıb müvafiq qurumlara təqdim olundu. Dəyişikliklər olarsa, ola bilsin fikrimizi dəyişib Palatada fəaliyyətimizi davam etdirdik. Çörçilin məşhur bir ifadəsi var: Böyük Britaniyanın daimi dostları və düşmənləri yoxdur, daimi maraqları var. Bizim də daimi maraqlarımız var. AMİP-in maraqlarına nə uyğun olsa, o cür də hərəkət edəcəyik. Bir şeyi də deyim. AMİP təmsilçilərindən Palatada bu gün də fəaliyyətini davam etdirənlər var ki, onlar bunu fərdi qaydada edirlər, biz bunu qadağan edə bilmərik.

- 2013-cü il prezident seçkilərində AMİP-in öz namizədi ilə, yoxsa müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə iştirakının tərəfdarısınız? Əgər AMİP seçkiyə təkbaşına gedərsə, namizəd Siz, yoxsa Etibar Məmmədov olacaq?
- Əlbəttə, əgər Etibar bəy namizəd kimi qatılarsa, mən seçkidə iştirak etmərəm, AMİP də onun namizədliyini dəstəkləyəcək. Əgər Etibar bəy iştirak etməsə və partiya məsləhət bilsə, mən öz namizədliyimi irəli sürəcəyəm. Çünki AMİP sonuncu prezident seçkiləri istisna olmaqla həmişə prosesə öz namizədi ilə qatılıb. AMİP-in 2013-cü ildə prezident seçkilərində öz namizədilə iştirak edəcəyi birmənalıdır.

Ümumiyyətlə, düşünürəm ki, bəzi siyasi partiyalar öz ambissiyalarını, öz oyunlarını bir qırağa qoysalar və birlikdə layiqli mövqedən çıxış etsək, uğur qazanarıq, qələbəyə nail olarıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru